Yaponiya Şimali Koreya məsələsi ilə əlaqədar ABŞ-la əməkdaşlığı davam etdirəcək
Tokio, 1 mart, AZƏRTAC
Yaponiya hökuməti Şimali Koreyanın raket-nüvə proqramları ilə əlaqədar ABŞ-la əməkdaşlığı daha sıx şəkildə davam etdirəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Tokioda keçirilən mətbuat konfransında Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa bəyan edib. Baş katib, həmçinin qeyd edib ki, Tokio Şimali Koreyanın xüsusi xidmət orqanları tərəfindən keçmişdə oğurlanan Yaponiya vətəndaşları ilə əlaqədar məsələdə də tərəqqiyə nail olmaq niyyətindədir.
Xatırladaq ki, bir gün əvvəl Vyetnamın paytaxtında iki gün davam edən ABŞ-Şimali Koreya sammiti nəticəsiz başa çatıb. Lakin buna baxmayaraq, tərəflər dialoqun davam etdirilməsi barədə razılığa gəliblər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:29]
İsveç dövləti da Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]