Yaponiyada raket sınağı zamanı partlayış baş verib
Bakı, 14 iyul, AZƏRTAC
Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi (JAXA) tərəfindən hazırlanan bərk yanacaqla işləyən Epsilon-S raketinin sınağı zamanı partlayış baş verib.
AZƏRTAC xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.
Partlayış Yaponiyanın Akita prefekturasındakı poliqonda mühərrikin sınaqlarına başlandıqdan təxminən bir dəqiqə sonra baş verib. Hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb olunub.
Qeyd edək ki, 2013-cü ildən bəri JAXA-da beş uğurlu Epsilon buraxılışı və bir uğursuzluq olub. Epsilon seriyalı bərk yanacaqlı üç pilləli raket JAXA tərəfindən IHI təyyarə korporasiyası ilə birlikdə hazırlanıb. Epsilon S-in uzunluğu 26 m, diametri - 2,5 m, yükgötürmə qabiliyyəti - 590 ilə 700 kq arasında idi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [22:45]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [19:44]
“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır
- 28.09.2026 [19:36]
Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb
- 28.09.2026 [19:19]
La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib
- 28.09.2026 [18:45]
Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb
- 28.09.2026 [18:07]