Yardımlı rayonunda arxeoloji abidəyə qanunsuz müdaxilə olunub
Bakı, 22 sentyabr, AZƏRTAC
Sentyabrın 22-də Yardımlı rayonu Arvana kəndi ərazisində Sərək yaşayış yerində mövcud olan arxeoloji abidənin ərazisində qazıntı işlərinin aparıldığı aşkarlanıb.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, naməlum şəxslər tərəfindən XII-XVI əsrlərə aid, ölkə əhəmiyyətli, inventar nömrəsi 1213 olan arxeoloji abidəyə qanunsuz müdaxilə olunması ilə bağlı yerli hüquq-mühafizə orqanlarına məlumat verilib. Müvafiq tədbirlərin görülməsi üçün araşdırma aparılır.
Qeyd edək ki, tarixi abidə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən qorunur.