Yardımlıda orta aylıq nominal əməkhaqqı 6,7 faiz artıb
Yardımlı, 6 avqust, İlkin Adıyev, AZƏRTAC
Yardımlıda bu ilin iyul ayının 1-də muzdlu işçilərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,3 faiz artaraq, 4598 nəfər olub, onlardan 3589 nəfəri iqtisadiyyatın dövlət sektorunda, 1009 nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Yardımlı Rayon Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, muzdla işləyənlərin 46,2 faizi təhsil, 18,3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,2 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 5,8 faizi istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 3,9 faizi tikinti, 2,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi, 2,3 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 5,4 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.
2023-cü ilin yanvar-iyun ayları ərzində rayon iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,7 faiz artaraq 594,8 manat olub.
İqtisadiyyatın maliyyə və sığorta fəaliyyəti, dövlət idarəetməsi və müdafiə, digər sahələrdə xidmətlərin göstərilməsi fəaliyyət növləri üzrə orta aylıq nominal əməkhaqqı daha yüksək olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [23:29]
Tovuzda ağır yol qəzası olub, ölən var
- 13.06.2026 [23:15]
Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib
- 13.06.2026 [22:57]
Qəbələdə inklüziv sinfin ilk buraxılışı olub
- 13.06.2026 [20:34]
Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb
- 13.06.2026 [20:11]
Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb
- 13.06.2026 [17:55]
Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb
- 13.06.2026 [17:50]
Qazax-Tovuz regionunda 6678 şagird məzun olub
- 13.06.2026 [17:15]
Naxçıvanda 3698 şagird məzun olub VİDEO
- 13.06.2026 [17:11]