Yasamal rayon Heydər Əliyev Mərkəzi ilə tanışlıq şagirdlərdə zəngin təəssürat yaradıb
Bakı, 1 mart, AZƏRTAC
Martın 1-də Yasamal rayon Heydər Əliyev Mərkəzinə 31 nömrəli tam orta məktəbin şagirdlərinin ekskursiyası təşkil edilib.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsindən AZƏRTAC-a bildirilib ki, şagirdlər mərkəzin “Muzey” və “Kitabxana və informasiya texnologiyaları” bölmələri ilə tanış olublar.
Burada onlara ümummilli lider Heydər Əliyevin şərəfli ömür yolu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi çoxsaylı xidmətləri özündə əks etdirən eksponat, fotoşəkillər və kitablar haqqında ətraflı məlumat verilib.
Mərkəzlə tanışlıq şagirdlərdə zəngin təəssürat yaradıb.