Yaxın 2 gündə hava yağmursuz keçəcəkdir
Bakı, 22 yanvar (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, yanvarın 23-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, cənub küləyinin əsəcəyi gözlənilir.
Havanın temperaturu gecə 2-4, gündüz 8-10 dərəcə təşkil edəcəkdir.
Yanvarın 24-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, cənub-qərb küləyinin əsəcəyi gözlənilir.
Havanın temperaturu gecə 2-4, gündüz 8-11 dərəcə olacaqdır.
Azərbaycanın rayonlarında yanvarın 23-24 hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı, şərq küləyinin əsəcəyi gözlənilir.
Havanın temperaturu gecə 0-5 dərəcə, gündüz 6-11 dərəcə, dağlarda gecə mənfi 5-10 dərəcə, gündüz mənfi 2 - 3 dərəcə təşkil edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:27]
2026-cı ilin mayı tarixə qlobal daşqınlar ayı kimi daxil olub
- 08.06.2026 [12:48]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 08.06.2026 [10:31]
Hesabat: Bəşəriyyətin gələcəyi sürətlə dəyişən okeanlardan asılıdır
- 06.06.2026 [17:11]