Yaxın 2 gündə yağıntılı hava gözlənilir
Bakı, 8 yanvar (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, yanvarın 9-da tutqun hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı, şimal, şimal-şərq küləyinin əsəcəyi gözlənilir.
Havanın temperaturu gecə 3-5, gündüz 5-7 dərəcə təşkil edəcəkdir.
Yanvarın 10-da hava şəraitinin buludlu, arabir yağıntılı olacağı, şimal küləyinin əsəcəyi və gündüz arabir güclənəcəyi gözlənilir.
Havanın temperaturu gecə 3-5, gündüz 5-7 dərəcə olacaqdır.
Azərbaycanın rayonlarında yanvarın 9-da hava şəraitinin yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, arabir intensivləşəcəyi ehtimal olunur. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 3 dərəcə şaxtadan müsbət 2 dərəcəyədək yüksələcək, gündüz müsbət 5-9 dərəcə, dağlarda gecə 4-8 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan müsbət 2 dərəcəyədək olacaqdır.
Yanvarın 10-da havanın yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, arabir intensivləşəcəyi, ayrı-ayrı yerlərdə güclü olacağı ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 0-4 dərəcə şaxta, gündüz müsbət 4-7 dərəcə , dağlarda gecə 4-8 dərəcə şaxta təşkil edəcək, gündüz 4 dərəcə şaxtadan müsbət 1 dərəcəyədək yüksələcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:27]
2026-cı ilin mayı tarixə qlobal daşqınlar ayı kimi daxil olub
- 08.06.2026 [12:48]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 08.06.2026 [10:31]
Hesabat: Bəşəriyyətin gələcəyi sürətlə dəyişən okeanlardan asılıdır
- 06.06.2026 [17:11]