Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yaxın gələcəkdə Azərbaycanın adı turizmdən ən çox gəlir götürən ölkələrlə bir sırada çəkiləcəkdir

Bakı, 27 yanvar (AZƏRTAC). Bu gün təkcə Azərbaycanda deyil, bir çox ölkələrdə turizm yaxşı gəlir gətirən əsas sahələrdən biri kimi inkişaf etdirilməkdədir. Bu inkişafa təkan verməyə çalışan dövlətlər , ilk növbədə təbii sərvətlərdən asılılığı azaltmaq, ölkəsini gözəl, firavan gələcəyə aparmaq, vətəndaşları üçün yüksək səviyyəli iş yerləri açmaq, vətəninin hər qarışının füsunkar gözəlliyini bütün dünyada təbliğ etmək üçün bu yolu seçmişlər.

Təsadüfi deyildir ki, dünya üzrə ümumu milli məhsulun 10 faizi, ixracatın 8 faizi məhz beynəlxalq turizmin payına düşür. Göstərilən xidmətlərin təqribən üçdə biri beynəlxalq turizm vasitəsilə həyata keçirilir. Dünyada əmək qabiliyyətli əhalinin 8,1 faizi turizm sənayesində və onunla bağlı iqtisadiyyat sahələrində məşğuldur.

Azərbaycanda da adıçəkilən sahənin kənd, müalicə-sağlamlıq, ekoloji, mədəni, dini, idman və s. kimi müxtəlif qollarının inkişafı üçün kifayət qədər resurslar mövcuddur. Bunu yerli mütəxəssislərimiz də təsdiqləyirlər. Turizmin əsas atributlarından biri gecələmə yerlərinin - mehmanxanaların mövcudluğu sayılır ki, hazırda həm paytaxtda, həm də ölkəmizin müxtəlif regionlarında yüksək dərəcəli mehmanxanalar inşa edilərək turistlərin istifadəsinə verilmişdir. Bu gün demək olar ki, Azərbaycanın hər bir guşəsində turistləri qəbul edə biləcək mehmanxanalar mövcuddur. Turizmin inkişafı üçün Bakını respublikamızın regionları ilə birləşdirən avtomobil yollarının yüksək standartlara uyğun yenidən qurulması da müsbət qiymətləndirilir.

Xəzər sahili çimərlik turizmi, qarlı dağlarımız qış turizmi, dağlıq rayonlarımız dağ və ekstremal turizm, kəndlərimiz kənd və ya aqrar turizmin üçün əhəmiyyətlidir. Bundan başqa, Azərbaycanın qədim tarixini özündə əks etdirən tarix-memarlıq abidələrimiz mədəni turizmin, mineral bulaqlarımız, müalicəvi neftimiz və iqlimimiz müalicə-sağlamlıq turizminin, milli parklarımız və meşələrimiz ekoturizmin, regionlardakı olimpiya kompleksləri və idman qurğuları idman turizminin, ziyarətgahlarımız dini turizmin, bənzərsiz mətbəximiz qastronomiya turizminin inkişaf etdirilməsinə geniş imkan yaradır. Hazırda mövcud olan turizm növlərindən yalnız kosmik turizmi çıxmaq şərti ilə, qalanlarının Azərbaycanda inkişaf etdirməyin və gəlir əldə etməyin mümkünlüyü hamımıza yaxşı məlumdur.

Turizmin inkişafı və turizm sektorunun ölkə iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilməsi bu gün Azərbaycanda ən mühüm vəzifə olaraq qarşıda durur. Təsadüfi deyildir ki, Prezident İlham Əliyev 2011-ci ili Azərbaycanda “Turizm ili” elan etmişdir. Dövlətimizin başçısı demişdir: “2011-ci ildə Bakıda beşulduzlu 5 mehmanxana açılacaq, hesab edirəm, yəqin ki, bu, dünyada analoqu olmayan bir hadisədir. Bir ildə bir şəhərdə beşulduzlu 5 mehmanxana açılacaq, mən Bakını nəzərdə tuturam. Ancaq Bakıda dördulduzlu, üçulduzlu hotellər də tikilməkdədir. Bölgələrdə hotelçilik ilə bağlı çox böyük işlər görülür, artıq Azərbaycanda turizmin inkişafı reallıqdır. Bu infrastrukturu yaratmaq üçün, əlbəttə ki, dövlət tərəfindən böyük vəsait tələb olunur. Ancaq bu, infrastruktur məsələlərinə yönəldilir. Hotellər isə özəl sektor tərəfindən tikilir. Deməli, Azərbaycanın inkişafına inam o qədər böyükdür ki, buraya, bu hotellərə milyonlarla, yüz milyonlarla vəsait qoyulur. İnvestorlarda inam var ki, bu vəsait onlara dividentlər gətirəcəkdir. Şəhərimizə isə bu, yenilik, müasirlik gətirir. Şəhərə gələn qonaqlar üçün gözəl şəraitin yaradılması, əlbəttə ki, vacib məsələdir”.

Sırf dövlət tərəfindən yaradılan layihələrdən biri də “Şahdağ” qış-yay turizm kompleksi infrastrukturudur. Qusar rayonu ərazisində inşa olunan bu turizm kompleksində tikinti işlərinin birinci mərhələsi başa çatmaq üzrədir. Kompleksdə buraz yollarının konstruksiyası, xizək yolları, süni qar yaradan generatorlar artıq hazırdır. Hotel və digər xidmət mərkəzlərinin tikinti işləri isə davam etdirilir.

Burada inşa olunan tikililər 9 bal gücündə zəlzələyə davamlıdır. Gələn ilin sonlarında 600-1200 metr uzunluğunda olan 2 buraz yolunun tam hazır olması planlaşdırılmışdır. Xizək yollarının hamarlaşdırılması işi də son mərhələyə yaxınlaşır.

Kompleks iki hissədən - yuxarı və aşağı bazadan ibarətdir. Avropada bənzəri olmayan bu kompleks ümumilikdə 2 min hektar ərazini əhatə edir. Kompleksin ən aşağı hissəsi dəniz səviyyəsindən 1435 metr, ən yüksək nöqtəsi isə 2450 metr hündürlükdə yerləşir. Ən yüksək nöqtədə 300 nəfərlik restoran tikiləcəkdir.

Əraziyə qaz xəttinin çəkilişi artıq yekunlaşdırılmışdır. Gələcəkdə içməli su xətlərinin çəkilməsi və mərkəzləşdirilmiş istilik sisteminin quraşdırılması nəzərdə tutulur.

Dövlətimizin başçısı bu layihəni də müsbət dəyərləndirir: “Mən o bölgələrdə dəfələrlə olmuşam. Mən oraya birinci dəfə gedəndə heç nə yox idi. Dağlar idi, heç yaşayış məntəqələri də yox idi. Yaşayış məntəqələrindən bir neçə kilometr uzaqlıqda yerləşən dağlar idi. Amma indi orada yollar, elektrik xətləri, qaz xətləri, su xətləri çəkilir, birinci mehmanxana dövlət tərəfindən tikilir. Əminəm ki, bundan sonra özəl sektor da bu təşəbbüsə qoşulacaq, çünki orada çoxlu mehmanxana tikilməlidir. Xizək bazası, qaldırıcılar, tibb məntəqələri, restoranlar, əyləncə yerləri olacaqdır. Bir sözlə, “Şahdağ” kurort mərkəzi dünya səviyyəli mərkəzə çevriləcəkdir. Dünyada hazırda mövcud olan ən qabaqcıl, ən populyar kurort yerlərindən geri qalmamalıdır və qalmayacaqdır”.

Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşdırılan bu layihə ölkəmizə həm yeni investisiyalar gətirəcək, həm də şimal zonasında yaşayan əhalinin maddi rifahının yaxşılaşdırılmasına əlavə şərait yaradacaqdır. Eyni zamanda, minlərlə yeni iş yerlərinin yaradılmasına təkan verəcəkdir. Prezident İlham Əliyev gələcəkdə turizmin inkişafının ölkəmizə gətirəcəyi dividentləri belə qiymətləndirir : “Azərbaycana gələn turistlərin sayı daha da çox olacaq və Azərbaycan turizm üçün çox cəlbedici ölkəyə çevriləcəkdir. Bizim gözəl təbiətimiz var, Xəzər dənizimiz, gözəl dağlarımız, çaylarımız, meşələrimiz bizim böyük sərvətimizdir. Elə etməliyik ki, 2011-ci ildə turizmin inkişafına böyük təkan verilsin. Hesab edirəm ki, bu məqsədlə 2011-ci ilin “Turizm ili” elan olunması ədalətlidir. Elə etməliyik ki, bu sahədə böyük və gözəl nəticələr görək”.

Gözlənilən məqsədlərə çatmaq üçün isə ilk növbədə nəzərdə tutulan tədbirlər reallaşdırılmalıdır. Bütün bu istiqamətlər ötən il dövlətimizin başçısının müvafiq Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nda da öz əksini tapmışdır. Proqramda turizm infrastrukturunun beynəlxalq tələblər səviyyəsində qurulması, turizm haqqında qanunvericiliyin təkmilləşdirilməsi əsas yer tutur.

Proqramın həyata keçirilməsi üzrə Tədbirlər Planına uyğun olaraq, turizm və rekreasiya zonalarının müəyyən edilməsi, bu zonalarda müxtəlif növlər üzrə turizm fəaliyyətinin təşkilinə dair normativ hüquqi bazanın təkmilləşdirilməsi nəzərdə tutulmuşdur. Proqram çərçivəsində əsas işlərdən biri də tarix və mədəniyyət abidələrinin, qədim arxitekturaya malik binaların turizm məqsədləri üçün istifadəsinə dair təkliflərin hazırlanmasıdır.

Proqramın digər istiqaməti tanıtma və marketinqlə bağlıdır. Bununla əlaqədar xarici turistlər üçün milli mətbəx, incəsənət, sənətkarlıq və Azərbaycanın tarixi-mədəni abidələri haqqında məlumat toplusunun yaradılması və təbliği nəzərdə tutulur.

Hədəfi Azərbaycanda turizm infrastrukturunun genişləndirilməsi, turizm sahəsində xidmət səviyyəsinin yaxşılaşdırılması, ölkə turizminin dünya turizm bazarına inteqrasiyası və bu yöndə təbliğat, təşviqat işlərinin aparılması, turizm sahəsində çalışan mütəxəssislərin peşə hazırlığı səviyyəsinin artırılması və s. aktual vəzifələr qoyan Dövlət Proqramına müvafiq olaraq ötən müddət ərzində bir sıra tədbirlər görülmüşdür.

2010-cu ildə respublikamızın turizm imkanları Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları tərəfindən Vyana, İstanbul, Vilnüs, Berlin, Moskva, Kiyev, Pekin, Manama, Dubay, Əl-Küveyt, Paris və Tokio şəhərlərində keçirilmiş beynəlxalq turizm sərgilərində təqdim olunmuşdur. Eyni zamanda, Bakıda I Ümumrespublika daxili turizm sərgisi, 9-cu Beynəlxalq turizm sərgisi keçirilmişdir.

Hazırda respublikamızda 207 turizm şirkəti fəaliyyət göstərir. Hər il Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bir çox hüquqi və fiziki şəxsə mehmanxana fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilir. Bu gün ölkə ərazisində Mədəniyyət və Turizm Nazirliyindən xüsusi razılıq (lisenziya) almış 295 mehmanxana və mehmanxana tipli obyekt fəaliyyət göstərir. Eyni zamanda, ötən il 16 mehmanxana və mehmanxana tipli obyekt dövlət təsnifatından keçirilmiş və onların sayı 77-yə çatdırılmışdır.

Azərbaycanın mövcud turizm potensialının təbliğ edilməsi məqsədilə dünyanın aparıcı televiziya kanalları sayılan “CNN”, “Euronews”, “Travel Channel”, “BBC”, “CNBC”, “National Geopraphic” və digər kanallarda reklam çarxları yayımlanır. Həmçinin məşhur “ABTA” jurnalında, “Upper Reach” və “Forbes” qəzetlərində respublikanın turizm imkanları haqqında reklam səhifəsi yerləşdirilmişdir.

Nazirliyin həyata keçirdiyi əsas tədbirlər sırasında beynəlxalq mədəni turizm marşrutları vasitəsilə Azərbaycanın turizm bazarının beynəlxalq turizm bazarına inteqrasiyasını təmin etmək əsas işlərdən hesab edilir. Bununla bağlı, Avropa Şurasının “Kiyev təşəbbüsü” layihəsi çərçivəsində “Azərbaycanda şərab yolları” və “Aleksandr Düma Qafqazda” beynəlxalq mədəni turizm marşrutları, “Alman yaşayış məskənləri” adlı beynəlxalq layihələr işlənməkdədir. “Azərbaycanda şərab yolları” layihəsi çərçivəsində Beynəlxalq Mədəniyyət və Turizm mübadiləsi Assosiasiyası yaradılmışdır.

2010-cu ildə Mədəniyyət və Turizm Nazirliyinin həyata keçirdiyi tədbirlərdən biri də “Azərbaycanın yeni turizm marşrutlarını kəşf edək” layihəsi olmuşdur. Bu layihə çərçivəsində turizm şirkətlərinin köməyi ilə bir neçə turizm marşrutu yaradılmış və təqdim edilmişdir. Şəki Atçılıq Mərkəzi ilə birlikdə Şəki və Şəki ətrafında birgünlük atla turizm marşrutunun təqdimatı məqsədi ilə infotur təşkil olunmuşdur. Digər yeni marşrut isə ekstremal turizm həvəskarları üçün xüsusilə maraqlı olmuşdur. Marşrut Quba rayonundan başlayaraq sərt dağlıq ərazilərdən keçməklə Şamaxıya, oradan isə Bakıyadək yolu əhatə etmişdir.

Bu gün ölkəmizin turizm potensialının formalaşmasında, bu sahədə gənc kadrların yetişməsində Azərbaycan Turizm İnstitutunun (ATİ) üzərinə də ciddi vəzifələr düşür. 2010-cu il institutda ilk məzun buraxılışı ilə əlamətdar olmuşdur. 74 nəfər tələbə Azərbaycan Turizm İnstitutunun, 14 nəfər isə ATİ ilə bərabər həm də bu ali təhsil ocağı ilə tərəfdaş olan Avstriyanın Krems Tətbiqi Elmlər Universitetinin diplomunu almışdır. Bundan əlavə, ATİ daha iki ölkənin - Almaniyanın Yade və Şimali Kiprin Doğu Akdeniz universitetləri ilə tərəfdaşlıq haqqında müqavilə imzalamışdır.

Ümumilikdə institut beynəlxalq əlaqələrini ilbəil inkişaf etdirir. ATİ-nin tələbələri təhsil və təcrübə məqsədi ilə Yunanıstana, Türkiyəyə, Şimali Kiprə göndərilir. Təkcə ötən il institut xaricə 100-dək tələbə göndərmişdir. İnstitutun fəaliyyətində baş verən daha bir yenilik ölkəmizdə turizm sahəsində mövcud olan kadr problemini həll etmək məqsədi ilə müxtəlif ixtisaslar üzrə kursların təşkil edilməsi olmuşdur. Mütəxəssislərin fikrincə, bu kursların təşkili turizm sahəsində kadr çatışmazlığı problemini tam olmasa da, qismən həll edəcəkdir.

Turizm Azərbaycanda yeni təşəkkül tapan və geniş inkişaf perspektivləri olan bir sahədir. İnkişafda olan hər bir sahədə olduğu kimi, burada da, şübhəsiz, problemlər və çətinliklər mövcuddur. Lakin buna baxmayaraq son vaxtlar bu sahəyə diqqətin daha da artırılması, xüsusilə 2011-ci ilin “Turizm ili” elan edilməsi əsas verir deyək ki, yaxın gələcəkdə Azərbaycanın adı bu sahədən ən çox gəlir götürən ölkələrlə bir sırada çəkiləcəkdir.

Suvar İbadov

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

UEFA Millətlər Liqası: Litva - Azərbaycan oyununda ilk hissə heç-heçə yekunlaşıb - YENİLƏNİB

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününun altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü

Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Badri Naçkebiya: Azərbaycanın tarixi qələbəsi region üçün müstəsna əhəmiyyət kəsb edən böyük zəfərdir

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Anım Günü: Gənclərin milli yaddaş və dövlətçilik qarşısında məsuliyyəti

Füzulidə Anım Gününə həsr olunan sərgi açılıb

Şəhidlərin xatirəsi Brüsseldə anılıb

Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Zəfər parkını ziyarət ediblər

Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb

Kürşad Zorlu: Şəhidlərimizin qəhrəmanlığı millətimizin yaddaşında daim yaşayacaq

Füzulidə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Sumqayıt teatrında Anım Günü ilə əlaqədar “Ölməz” tamaşası təqdim edilib

Vahid uşaqlıqdan ətrafına sevinc və enerji bəxş edirdi – şəhid anası

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

“AzərEnerji" və "Azərişıq" ASC-lərin kollektivi şəhidlərin xatirəsini anıb

27 Sentyabr həm də milli qürur günüdür - Minskdə şəhidlərimiz yad edilib

Dmitri Solonnikov: 2020-ci il hadisələrindən sonra Cənubi Qafqazda uzunmüddətli dinc inkişaf üçün imkan yarandı

Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb VİDEO

Şəhid anası: Əlihüseyn Vətəninə bağlı oğul idi

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 27 sentyabr

27 Sentyabr Azərbaycan xalqının yaddaşında milli birlik, iradə və qəhrəmanlıq rəmzi kimi yaşayır

Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

“44 gündə yazılan şanlı tarix” - Bolnisidəki soydaşlarımız şəhidləri anıblar

Lerikdə zəlzələ olub