Yay məktəbində əylənərək öyrənənlər FOTOSESSİYA
Bakı, 23 iyun, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 308 ümumi təhsil müəssisəsində yay məktəbi təşkil edilib.
AZƏRTAC BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrindən “Yay məktəbi - əylənərək öyrənənlər” mövzusunda fotosessiyanı təqdim edir.
Xatırladaq ki, iyunun 30-dək davam edəcək yay məktəbinə ümumi təhsil müəssisələrinin I-X sinif şagirdləri ödənişsiz və könüllü əsaslarla qoşulublar.