Yeni layihə: Gənclərin yol hərəkəti qaydalarına dair bilik və bacarıqları artırılacaq
Bakı, 11 sentyabr, AZƏRTAС
Azərbaycan Könüllülər İctimai Birliyi (AKİB) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Dayanıqlı şəhər mobilliyinin təşviqində gənclərin iştirakçılığı istiqamətində təşəbbüslər” adlı yeni layihəyə start verir.
İctimai Birlikdən AZƏRTAC-a bildirilib ki, layihənin icrasının başlıca məqsədi gənclərin yol hərəkəti qaydalarına dair bilik və bacarıqlarının artırılması, hər kəs üçün əlçatan, mobil və dayanıqlı şəhər mühitinin yaradılmasının təşviqidir.
Layihə çərçivəsində Bakıda 50-yə yaxın gənc iştirakçı yol hərəkəti qaydalarına və müasir şəhər mobilliyinin prinsiplərinə dair bilik və bacarıqlarının artırılması, yollarda təhlükəsiz davranış vərdişlərinin aşılanması istiqamətində qeyri-formal təhsil metodundan istifadə olunaraq görüşlər təşkil olunacaq. Görüşlərdə təcrübəli ekspertlər iştirak edəcək. Sonda iştirakçılara sertifikatlar təqdim olunacaq.
Layihədə iştirak etmək üçün link vasitəsilə ərizə formasını dolduraraq elektron şəkildə müraciət etmək olar. Müraciət edənlər e-mail vasitəsilə seçimlərin nəticələri haqqında məlumat əldə edəcəklər.
Müraciət üçün son tarix sentyabrın 22-dir.