YENİ TƏDRİS İLİNİN İLK GÜNÜ LERİKDƏ 10 MƏKTƏB BİNASI İSTİFADƏYƏ VERİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, 2008-2009-cu tədris ilinin ilk günü Lerik rayonunda ümumilikdə 1430 şagird yerlik 10 məktəb binası istifadəyə verilmişdir.
2008-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin, Təhsil Nazirliyinin vəsati ilə Piran, Tikəband, Buruq, Rəzgov, Peştətük, rayonun daxili imkanları hesabına isə Əliabad, Hıramo, Bilnə, Çeşman kənd və Lerik şəhər 1 nömrəli orta məktəbləri tikilmişdir. Açılış mərasimlərində Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, ARDNŞ-in prezidenti Rövnəq Abdullayev, Milli Məclisin deputatı Miri Qənbərov, rayonun təhsil işçiləri, yaşlı nəslin və ziyalıların nümayəndələri Bilik günü münasibətilə müəllim və şagirdləri təbrik etmiş, ölkəmizdə təhsiliin inkişafına və onun maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərilən qayğıya görə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.
Mərasimdə bu il birinci siniflərdə təhsil alan şagirdlərə Heydər Əliyev Fondunun məktəbli çantaları və dərs ləvazimatları təqdim edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]