Yeni zoopark Ceyranbatan qəsəbəsi ərazisində inşa olunacaqdır
Bakı, 2 noyabr (AZƏRTAC). Yeni zooparkın tikintisi Ceyranbatan qəsəbəsi ərazisində aparılacaqdır.
AZƏRTAC xəbər verir ki, bunu noyabrın 2-də jurnalistlərə müsahibəsində ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov bildirmişdir.
Onun sözlərinə görə, yeni zooparkın tikintisi Abşeronun Qobu ərazisində nəzərdə tutulmuşdu. Qobuda başqa layihələr həyata keçiriləcəyi üçün yerlə bağlı qərar dəyişdi. Yerin dəyişdirilməsində ictimaiyyətin də təklifləri nəzərə alınmışdır. Bundan başqa, zoopark tikiləcək yerdə tullantıların axıntısı və yeni texnologiyalardan istifadəsi üçün geniş imkanlar olmalıdır.
Təbiətə zərər vuranlara qarşı cəzaların sərtləşdiriləcəyini söyləyən nazir demişdir ki, cərimələrin miqdarına yenidən baxılması ilə bağlı təkliflər hazırlanmışdır. Nazirlər Kabineti bu təklifləri dövlətimizin başçısına təqdim edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]