Yevlaxda 20 Yanvar faciəsinə həsr olunmuş açıq dərslər keçilmişdir
Yevlax, 19 yanvar (AZƏRTAC). Yevlax Şəhər İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq tarix-diyarşünaslıq muzeyində 20 Yanvar faciəsinin 21-ci ildönümü ilə bağlı açıq dərslər keçilmişdir.
AZƏRTAC xəbər verir ki, ümumtəhsil məktəblərinin VII-XI sinif şagirlərinin iştirakı ilə yanvarın 15-dən başlanmış açıq dərslərdə Azərbaycan tarixinin azadlıq mübarizəsinin və qəhrəmanlıq salnaməsinin parlaq səhifələrindən olan 20 Yanvar faciəsindən, sovet ordusunun günahsız insanları gülləbaran etməsindən, qəhrəman oğul və qızlarımızın Vətənin azadlığını öz canlarından əziz tutmasından, xalqın azadlıq ruhunu boğmağa çalışan imperiyanın öz məqsədinə nail ola bilmədiyindən danışılmışdır.
Şagirdlər muzeydə 20 Yanvar faciəsini əks etdirən fotoşəkillərlə, digər eksponantlarla tanış olmuşlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]