Yevlaxda Novruz bayramı münasibətilə konsert təşkil olunub
Yevlax, 20 mart, Tahir Ağaməmmədov, AZƏRTAC
Qədim dövrlərdən qorunub saxlanan, Azərbaycan xalqının birliyini, saflığını, əmin-amanlıq və həmrəyliyini əks etdirən Novruz bayramı respublikamızın hər yerində olduğu kimi Yevlaxda da xüsusi qeyd edilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, baharın gəlişi münasibətilə Yevlax rayonu bayram ab-havasına uyğun olaraq bəzədilib, müxtəlif silsilə tədbirlər keçirilib. Silsilə tədbirlərin davamı olaraq təşkil olunan bayram konsertində Yevlax Şəhər İcra Hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərliyi, kollektivi, şəhid ailələri, qazilər, müharibə veteranları, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Təqdim edilən rəngarəng musiqi nömrələri, Novruzun əsas personajları olan Kosa və Keçəlin zarafatları konsertə tamaşa edənlərin böyük sevincinə səbəb olmaqla, sakinlərdə əsl bayram əhvali-ruhiyyəsi yaradıb.