Yolumuz Şuşaya, Xankəndinədir! VİDEO
Bakı, 10 oktyabr, AZƏRTAC
Ermənistanın işğal etdiyi torpaqlarımızın azad olunması istiqamətində uğurlu əməliyyatlarını davam etdirən şanlı Azərbaycan Ordusuna dəstək məqsədilə Azərbaycan Velosiped İdmanı Federasiyası “Yolumuz Şuşaya, Xankəndinədir” adlı videoçarx hazırlayıb.
Federasiyadan AZƏRTAC-a daxil olan videoçarxda “Qəhrəman Azərbaycan Ordusuna eşq olsun!”, “Qarabağ Azərbaycandır!” şüarları səsləndirilib.