Yunan-Roma güləşçilərimiz dünya çempionatında uğurlu çıxışlarını davam etdirirlər
Bakı, 7 oktyabr, AZƏRTAC
Norveçin paytaxtı Osloda güləş üzrə dünya çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, altıncı yarış günündə - oktyabrın 7-də 55, 72, 77 və 82 kiloqram çəki dərəcələrində çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulublar.
Güləşçimiz Eldəniz Əzizli (55 kq) ilk görüşdə ukraynalı rəqibindən güclü olub.
Ülvü Qənizadə (72 kq) startda Almaniya güləşçisi ilə qarşılaşıb. Hesabda 1:6 geriyə düşən həmyerlimiz möhtəşəm geridönüş edərək əzmkar qələbə qazanıb. Təmsilçimiz Gürcüstan pəhləvanı ilə gərgin idman mübarizəsi şəraitində keçən görüşdə də sevinən tərəf olub.
Sənan Süleymanov (77 kq) ilk mərhələdə Qırğızıstan idmançısına tam üstünlüklə qalib gəlib. Gənc pəhləvanımız Tacikistandan olan həmkarına da heç bir şans tanımayıb.
Çempionatda 82 kiloqram çəki dərəcəsində çıxış edən Rafiq Hüseynov əvvəlcə Estoniya güləşçisini vaxtından əvvəl üstələyib. Qırğızıstan idmançısı da təcrübəli güləşçimiz qarşısında tab gətirməyib.
Xatırladaq ki, dünya çempionatında sərbəst güləşçilərimizdən Abubakr Abakarov (86 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıblar. Qadın güləşçilər isə yarışı medalsız başa vurublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]