YUNANISTAN OLİMPİYA OYUNLARINA HAZIRDIR
Olimpiada ilə əlaqədar ölkədə ciddi təhlükəsizlik tədbirləri görülmüşdür. Belə ki, Afina küçələrində asayişə nəzarət etmək üçün 1200 kamera yerləşdirilmişdir. Ölkənin paytaxtına bütün gün ərzində polis vertolyotlarından və xüsusi dirijabldan nəzarət olunur. Təhlükəsizlik tədbirləri üçün NATO silahlı qüvvələrindən də istifadə edilir. Yunanıstanın ən böyük limanı Pirey də tarixində ilk dəfə olaraq bağlanmışdır. Burada bəzi ölkələrdən gəmi ilə gələn idmançılar yerləşdiriləcəkdir.
XXVIII Olimpiya oyunları zamanı 300 müxtəlif xarici televiziya kanalı ümumi həcmi 35 min saata çatan verilişlər yayımlayacaqdır. Bu, indiyə qədər olan ən böyük göstəricidir. Olimpiadanın təntənəli açılış mərasimində olimpiyaçıların andını yunan üzgüçüsü Dzoi Dimosçaki səsləndirəcəkdir. Olimpiya məşəlini isə yunan basketbolçusu Nikos Qallisin yandıracağı gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [16:00]
Dünya çempionatının fərdi mükafatları ictimaiyyətə təqdim olunub
- 12.06.2026 [15:38]
Rəşad Sadıqov: Braziliya millisi çempionluğa əsas namizəddir
- 12.06.2026 [15:36]
“Gəncə” heyətini yeni voleybolçu ilə gücləndirib
- 12.06.2026 [15:23]
NBA-nın final seriyasının oyununda hakim səhvi etiraf olunub
- 12.06.2026 [14:49]
Azərbaycan avarçəkəni Avropa çempionu olub
- 12.06.2026 [13:57]
Budapeştdə Avropa Olimpiya Komitələrinin Baş Assambleyası işə başlayıb
- 12.06.2026 [12:46]
“Sumqayıt”ın müdafiəçisi əməliyyat olunub
- 12.06.2026 [12:16]