YÜRGEN KLİNSMAN ALMANİYA MİLLİ FUTBOL KOMANDASINABAŞ MƏŞQÇİ TƏYİN OLUNMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, xeyli vaxtdır, yeni məşqçi axtarışında olan Almaniya Futbol Assosiasiyaları Birliyi, nəhayət, gözlənilmədən Yürgen Klinsmana ölkə yığmasına rəhbərliyi təklif etmişlər.Təklifi həvəslə qəbul edən Yürgen Klinsman artıq öz köməkçilərini müəyyənləşdirmişdir. O, milli komandada keçmiş oyundaşı Oliver Birhof (menecer) və 1990-cı il dünya birinciliyinin qalibi, hazırda FİFA-nın nizam-intizam komitəsinin sədri Holger Ozieklə (ikinci məşqçi) birlikdə milli yığmanı 2006-cı ildə Almaniyada keçiriləcək dünya birinciliyinin oyunlarına hazırlayacaqdır.
Məşqçilik sahəsində hələlik heç bir uğuru olmayan 39 yaşlı Klinsmanın və futbol meydanları ilə yalnız ötən il vidalaşan 29 yaşlı Birhofun gözlənilməz təyinatı yaşlı və təcrübəli futbol mütəxəssisləri arasında təəccüb və suallar doğurmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:17]
Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub
- 28.09.2026 [18:57]
“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]