Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yurmala Baltik rivyerasının renessansıdır

Bakı, 22 avqust, Emil Eyyubov, AZƏRTAC

Yurmalaya yollananda haradasa Latviyada, dənizin sahilində yerləşən, hələ sovet dövründən musiqi və yumor festivallarının keçirildiyi bir şəhərcik təsəvvür edirdik. Odur ki, özünəməxsus arxitekturası, dünya səviyyəli sanatoriyaları və şəfalı iqlimi olan Avropa tipli səliqəli kurort şəhəri görəndə təəccübləndik. Bu torpağın əsas sərvəti onun ecazkar təbiətidir. Bir tərəfdən, onu qumsal sahilləri bərq vuran çimərliklər boyunca qalın şam meşələrinin uzandığı Riqa körfəzinin suları yuyur, digər tərəfdən, böyük Liyelupe çayı axır və bu mənzərəni mineral bulaqlar və müalicəvi palçıq mənbələri ilə zəngin olan çoxsaylı göl və bataqlıqlar tamamlayır.

Sovet dövründə kosmonavtlar və vəzifəli partiya işçiləri Yurmalada dincəlib müalicə olunurdular. Bu gün isə bu balneoloji kurort öz qapılarını hər kəsin üzünə açıb.

Riqa körfəzi, çiçək buludlar və dirçəliş

Biz Bakıdan Riqa aeroportuna “airBaltic” aviaşirkətinin birbaşa reysi ilə gəldik. Uçuş təqribən üç saat yarım çəkdi. Şübhəsiz ki, Latviyaya getmək üçün Şengen vizasını qabaqcadan almışdıq.

Aeroport binasından çıxanda meşənin ətri hopmuş ionlaşmış hava bizi məst etdi. Bu hava ilə köks dolusu nəfəs alandan sonra yolumuza davam etdik. Riqa aeroportundan Yurmalaya avtomobillə cəmi 10 dəqiqəlik yoldur. Bu yol Riqanın özünə gedən yoldan qısadır. Amma Yurmaladan Riqanın mərkəzinə 25 dəqiqəyə getmək olar. Biz bu iki şəhərin bir-birinə bu qədər yaxın olduğunu bilmirdik. Amma Yurmalanın tarixi ilə tanış olanda bu fakt daha təəccüblü görünmür. Axı XX əsrin birinci yarısında bu kurortu Riqa körfəzi (Yurmala latış dilindən “körfəz” kimi tərcümə olunur) adlandırırdılar.

Riqa aeroportundan Yurmalaya gedən müasir çoxzolaqlı avtomobil yolu başdan-başa sütunlardan asılmış, topa buludlar şəklində təbii çiçəklərə qərq olmuş kaşpolarla bəzədilib. Bu detal bizə İsveçrə və Almaniya şəhərlərini xatırlatdı. Bu ölkələrin də irili-xırdalı bütün şəhərlərinin eyvanları bu cür gül-çiçək içindədir, hər yerdə belə çiçəkliklər salınıb. Biz Yurmalanın mərkəzində gözəl dekorasiya olunmuş çiçəkliklərə çox rast gəldik. Qeyd edək ki, burada abadlaşdırma işləri ilə şəhər bələdiyyəsinin xüsusi bölməsi məşğul olur.

Avtomobil yolunun hər iki tərəfi boyunca qalın meşə zolağı uzanır. Yurmala ərazisinin təqribən 40 faizi meşəlikdir. Burada tülkülər, dovşanlar və başqa heyvanlar məskunlaşıb. Çox vaxt onları avtomobillərdən görmək olur.

Şəhərə yaxınlaşdıqca meşə seyrəkləşir, yol kənarındakı evlərlə əvəzlənir. Tikililərin əksəriyyəti bu yerlər üçün ənənəvi tərzdə inşa edilib. Oyma naxışlı verandaları olan, dam örtüyündən kiçik qüllələr ucalan bu taxta evlərin hər birinin yüz və daha çox yaşı var. Buna baxmayaraq, onlar çox səliqəli görünür, çünki ev sahibləri onların bərpasının qayğısına qalıblar. Burada hətta tamamilə köhnəlmiş tikililəri də sökməyə deyil, gələcək nəsillər üçün bərpa etməyə çalışırlar. Doğrudur, SSRİ-nin dağılmasından sonra Latviyada mülkiyyətin qanuni varislərə - qolçomaqlıqdan salınmış torpaq sahiblərinin nəslindən olan şəxslərə qaytarılması prosesinin başlaması bu işdə az rol oynamayıb. Hətta söküntüsü nəzərdə tutulmayan hər hansı sovet müəssisəsinin, məsələn, sanatoriyanın yerləşdiyi ərazinin də hüquqi varisinə kompensasiya ödənilib. Şəxsi mülkiyyətə bu cür hörmət bəsləmək müasir Yurmalanın tarixi simasının dirçəlməsinə kömək edib.

Balıqçılar, qum təpələri və Mavi bayraq

Nəhayət, mehmanxanamıza gəlib çatdıq. “Hotel Jurmala Spa” Yurmalanın mərkəzində, dənizin və şəhərin əsas ticarət və əyləncə arteriyası olan Yomas küçəsinin yaxınlığında SSRİ dövründən qalma sanatoriyanın yenilənmiş binasında yerləşir. Oteldə ən müasir standartlara cavab verən “Wellness Oasis” SPA kompleksi fəaliyyət göstərir. Kompleks əsaslı şəkildə yenidən qurulandan sonra bu ilin avqustunda öz qapılarını istifadəçilərin üzünə açıb. Mərkəzdə bir neçə sauna, su temperaturu müxtəlif olan hovuz və cakuzilər, sağlamlaşdırma proqramları təqdim olunub.

Bir qədər dincələndən sonra Yurmalanın tarixi ilə tanışlığımızı davam etdirmək üçün onun ən görməli məkanlarından birinə - açıq səma altında yerləşən Balıqçı kəndinə yollandıq. Yeri gəlmişkən, müasir Yurmalanın yerində hələ 200 il əvvəl balıqçı məskənləri yerləşib və XX əsrin əvvəllərinədək mövcud olub. XIX əsrin sonu - XX əsrin əvvəllərində yurmalalı balıqçıların gündəlik həyatından maraqlı söhbətlər açan muzey Raqa qum təpəsinin ətəyində yerləşir. Burada biz tam təchizatlı iki qədim balıqçı gəmisi gördük, balıqçı evlərinə girib onların məişəti ilə tanış olduq. Evlərdən biri varlı balıqçı ailəsinin, nisbətən kiçik olan digər ev yoxsul balıqçı ailəsinin məişətini illüstrasiya edir. Biz odun sobası ilə qızdırılan və hələ də çox populyar olan yerli hamama da baxdıq. Muzey yayda, cümə axşamı günlərində saat 12:00-dan 15:00-dək müsafirlərə xoş sürpriz edir. Yerli balıqçılar ənənəvi üsullarla balığı necə hisə verdiklərini nümayiş etdirir və dequstasiya təklif edirlər.

Müalicəvi sular və palçıqla zəngin olan bu yerlər XVIII əsrin axırlarında kurort şöhrəti qazananda, balıqçılar özlərini itirməyiblər. Onlar istirahətə gələnlərə ev icarə verməyə, digər xidmətlər təklif etməyə başlayıblar. İlk kurort Dubbelne qəsəbəsində (hazırda Dubultı rayonu) yaranıb. Onun ardınca digər balıqçı qəsəbələri də yavaş-yavaş bağ yerlərinə çevrilib. Riqa ilə nəqliyyat rabitəsi yaradılandan - əvvəlcə bərə xətti, 1843-cü ildə dəmir yolu açılandan sonra körfəzdə kurort həyatı qaynamağa başlayıb. Amma bu kurort hələ uzun müddət ayrı-ayrı qəsəbələrdən ibarət olub. Yalnız 1959-cu ilin sonunda Riqa körfəzini, Kemerini və Slokanı bir şəhərdə birləşdirərək Yurmala adlandırıblar.

Balıqçı məskəni muzeyi “Raqakapa” Təbiət Parkının yaxınlığında yerləşir. Bu xüsusi mühafizə olunan ərazi yüzillik şam ağaclarının bitdiyi meşənin ekoloji sistemini və sahil zolağını qoruyub saxlamaq üçün yaradılıb. Meşə ilə sahil zolaqlarının qonşuluğu Yurmala üçün çox səciyyəvidir. Belə ki, dəniz sahili ilə meşə zolağı arasında məsafə cəmi 25-30 metrdir. Yəni, istirahət edənlər dənizdə çimib günəş vannası qəbul etməyi rahat şəkildə meşə gəzintiləri ilə uyğunlaşdıra, fitonsidlərlə zəngin dəniz havası ilə köks dolusu nəfəs ala bilərlər.

Sonra sahil xəttinə yollanırıq. Meşəyə paralel olan sahil xəttinin uzunluğu 24,2 kilometrdir. Dənizdən meşəyə qədər bütün ərazi ağ kvars tərkibli narın qumla örtülüb. Qumun üstündə gəzmək xoşdur, amma onun üstündə günəş vannası qəbul etmək daha xoşdur. Meşə xəttinə yaxınlaşdıqca küləyin sovurduğu qumlar barxanlar əmələ gətirir. Buna görə də yerli əhali bu yerləri qum təpələri adlandırırlar.

Riqa körfəzinin bütün sahil xətti boyunca 11 çimərlik yerləşir. Onların 7-nə “Mavi bayraq” beynəlxalq ekologiya sertifikatı verilib. Sertifikat həmin çimərliklərdə dəniz suyunun çimməyə yararlı olduğunu, infrastrukturun isə bütün beynəlxalq standartlara cavab verdiyini göstərir. Yurmala çimərliklərində fiziki imkanları məhdud olan şəxslər üçün də hər cür şərait yaradılıb.

Suyun dayaz olması yerli çimərliklərin daha bir xüsusiyyətidir. Suyun dərinliyi çox ləng artır. Bəzi yerlərdə suya tam baş vurmaq üçün az qala 100 metr getmək lazımdır. Riqa körfəzində su şəffafdır və o qədər də duzlu deyildir - cəmi 5,5 promilledir.

Yomas küçəsi, Aspaziya və Dzintari cazibəsi

Çimərliklərdən birinin, otelimizin yaxınlığındakı Dzintari çimərliyinin Yurmalanın mərkəzi küçəsi Yomasa çıxışı var. Yayda bu küçədə istirahət edənlərin əlindən iynə atsan, yerə düşməz. Əfsanəyə görə, Yurmala məhz burada yaranıb. Vaxtilə bu yerlər başdan-başa boş qumsallıq ərazi olub. Dəniz küləyi bu ərazidə qum təpələrindən və dayaz dərələrdən ibarət zolaqlar - “jomas”lar əmələ gətirib. “Jomas” latış dilindən tərcümədə “qum dalğaları” deməkdir. Sonralar onların birində eyniadlı küçə salınıb. Bu gün burada həyat qaynayır, küçə yeməklərinin, suvenirlərin satıldığı kiçik dükanlar, mağazalar, populyar kafe və restoranlar işləyir.

Amma Yurmalada həyat təkcə günəş vannaları və gəzintilərlə məhdudlaşmır. Şəhərdə çoxlu mədəniyyət müəssisəsi var. Onlar Yurmalanın tarixini yaxından öyrənməyə, asudə vaxtı səmərəli keçirməyə imkan verir. Mesenat Kristaps Morberqin bağının tarixi binası ən maraqlı görməli yerlərdən biridir. Təqribən 1883-cü ildə neoqotika üslubunda inşa edilmiş bu tikili dövlət əhəmiyyətli taxta memarlığı abidəsidir. 2007-2008-ci illərdə kompleksin binalarında və interyerində bərpa işləri aparılıb, XIX əsr planlaşdırması və bağ landşaftı bərpa olunub. Latviyalı tikinti podratçısı və mesenat Kristaps Morberq bu malikanəni öz ailəsi üçün inşa etdirib. Burada öz dövrü üçün novator ideyalardan və qabaqcıl texnologiyalardan istifadə edib. Binanın interyerinin tavanında naxışlı plafonlar, vitrajlar, rəngbərəng minalı kaşıdan gözəl dəyirmi sobalar və buxarılar qorunub saxlanılıb. Malikanənin həyətində at tövləsi və nəbatat bağı yerləşir. K.Morberqin vəsiyyətinə görə, binalar kompleksi 1928-ci ildə Latviya Dövlət Universitetinə verilib.

Rəssamların, musiqiçilərin, ədiblərin və arxitektorların yayda bura axışması və ya buranı daimi yaşayış yeri seçməsi Yurmalanı fərqləndirən mühüm cəhətdir. Birinci Latviya Respublikası dövründə (1918-1940-cı illər) Riqa körfəzi latış ədəbiyyatı tarixində ən məşhur cütlüyün - şair Raynisin və onun xanımı, feminist ruhlu Aspaziyanın yay iqamətgahı olub. Bu poetik cütlük ən yaxşı əsərlərini burada yaradaraq latış ədəbiyyatı ilə bərabər, latış dilində və dünyagörüşündə də silinməz izlər qoyub. Bir vaxtlar onlara məxsus olan iki malikanə bu gün memorial muzeylərə çevrilib. Aspaziya Muzeyi əsaslı yenidənqurmadan sonra Yurmala sakinlərini və qonaqlarını latış poeziyasının qızıl dövrünə aparan maraqlı məkana çevrilib.

Yeri gəlmişkən, gözlənilmədən burada Yurmala ilə Bakının əlaqəsini kəşf etdik. Sən demə, tanınmış latış naşiri və mesenatı Andreys Birzniyeks Upitis neft bumu dövründə qazanc dalınca Bakıya gəlib. O, qazandığı pullarla Aspaziyaya, Raynisə və digər latış ədiblərinə maliyyə yardımı edib. Cənab Upitesin Bakının Balaxanı poçt şöbəsindən Aspaziyaya göndərdiyi məktub indiyədək şairənin ev-muzeyində saxlanılır.

Yurmala öz qonaqlarına təkcə qədim və müasir, dəbdəbəli bağ evlərinə tamaşa edərək zövq almağı deyil, həm də şəhər parklarında dincəlməyi təklif edir. Şəhərin mərkəzində yerləşən “Dzintari” Meşə Parkı onlar arasında xüsusi seçilir. Park həm fəal, həm də müntəzəm istirahəti sevənlər üçün nəzərdə tutulub. Burada həm ailə, həm də dostlarla vaxt keçirmək, idmanla məşğul olmaq, gəzintiyə çıxıb şam meşəsinin havasını doyunca ciyərlərinə çəkmək olar. İlboyu işləyən bu parkda hər yaşda uşaqlar üçün meydançalar, diyircəkli konkisürən və piyada yolları, skeytpark, stritbol meydançaları, müxtəlif kafelər var. Qışda parkda xizəklə gəzintiyə çıxmaq olar. On iki eyvanı olan 33,5 metr hündürlüyündə müşahidə qülləsi açıq havada bədən tərbiyəsi həvəskarlarının sevimli yeridir.

Meşə parkının yaxınlığında şəhərin ən mühüm mədəniyyət abidələrindən biri - 1936-cı ildə inşa edilmiş “Dzintari” Konsert Zalı yerləşir. 2015-ci ildə əsaslı yenidənqurmadan sonra zal daha təntənəli görkəmdə şəhər sakinlərinin istifadəsinə verilib.

Son söz yerinə

Reportajımızın növbəti hissəsində sizə turistlər üçün pulsuz olan “Kemeri” Milli Parkından söhbət açacağıq. Bu parkda sanki “National Geographic” telekanalının təbiət haqqında filmlərinin birinə düşürsən. Bundan əlavə, Yurmalanın müalicəvi kurort imkanlarından danışacağıq. Yerli sağlamlıq ocaqları mineral sular və palçığın gücü ilə elm və texnikanın son nailiyyətlərini özündə səmərəli birləşdirən böyük müalicə, reabilitasiya və SPA xidmətlər siyahısı təklif edir. Odur ki, fürsəti əldən verməyin!

Fotolar Fərhad Həşimovundur

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

UEFA Millətlər Liqası: Litva - Azərbaycan oyununda ilk hissə heç-heçə yekunlaşıb - YENİLƏNİB

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününun altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü

Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Badri Naçkebiya: Azərbaycanın tarixi qələbəsi region üçün müstəsna əhəmiyyət kəsb edən böyük zəfərdir

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Anım Günü: Gənclərin milli yaddaş və dövlətçilik qarşısında məsuliyyəti

Füzulidə Anım Gününə həsr olunan sərgi açılıb

Şəhidlərin xatirəsi Brüsseldə anılıb

Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Zəfər parkını ziyarət ediblər

Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb

Kürşad Zorlu: Şəhidlərimizin qəhrəmanlığı millətimizin yaddaşında daim yaşayacaq

Füzulidə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Sumqayıt teatrında Anım Günü ilə əlaqədar “Ölməz” tamaşası təqdim edilib

Vahid uşaqlıqdan ətrafına sevinc və enerji bəxş edirdi – şəhid anası

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

“AzərEnerji" və "Azərişıq" ASC-lərin kollektivi şəhidlərin xatirəsini anıb

27 Sentyabr həm də milli qürur günüdür - Minskdə şəhidlərimiz yad edilib

Dmitri Solonnikov: 2020-ci il hadisələrindən sonra Cənubi Qafqazda uzunmüddətli dinc inkişaf üçün imkan yarandı

Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb VİDEO

Şəhid anası: Əlihüseyn Vətəninə bağlı oğul idi

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 27 sentyabr

27 Sentyabr Azərbaycan xalqının yaddaşında milli birlik, iradə və qəhrəmanlıq rəmzi kimi yaşayır

Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

“44 gündə yazılan şanlı tarix” - Bolnisidəki soydaşlarımız şəhidləri anıblar

Lerikdə zəlzələ olub

Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət edib

Zəfər yürüşünün başladığı məkanda şəhidlərin xatirəsi anılıb