Yusuf Tekinay: Qarabağa investisiya imkanlarını yenidən qiymətləndirmək istəyirik
Bakı, 24 noyabr, AZƏRTAC
İyun ayında iş adamları ilə birlikdə Bakıya səfər etdiyimiz zaman biznes imkanlarını və qarşılıqlı investisiya fürsətlərini qiymətləndirmək şansımız olmuşdu. Bugünkü qeyri-hökumət təşkilatlarının toplantısı bizim üçün həm ümidverici oldu, həm də Türk dünyasının birliyinin gücləndirilməsinə mühüm töhfə verdi. Bu mənada Bakıya və ümumilikdə Azərbaycan dövlətinə belə bir tədbirə ev sahibliyi etdiyi üçün çox təşəkkür edirik.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Şimali Kipr Gənc İş İnsanları Dərnəyinin rəhbəri Yusuf Tekinay söyləyib.
Qarabağdakı sənaye bölgələrinə Türkiyə vətəndaşlarının necə investisiya edə biləcəyi barədə ətraflı məlumat almaq imkanlarının olduğunu diqqətə çatdıran Dərnəyin rəhbəri deyib: “Növbəti heyətimizlə birbaşa Qarabağa səfər etməyi planlayırıq və oradakı investisiya imkanlarını yenidən qiymətləndirmək istəyirik”.
Yusuf Tekinay ümidvar olduğunu bildirib ki, Zəngəzur dəhlizi ilə açılacaq yeni ticarət yolları bütün Türk dünyası üçün uğurlu olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [21:26]
BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib
- 28.09.2026 [21:15]
Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb
- 28.09.2026 [19:05]