“Yuventus” bu mövsüm meydana çıxmayan futbolçusu ilə müqaviləni yeniləyib
Bakı, 30 aprel, AZƏRTAC
İtaliyanın “Yuventus” komandası futbolçusu Arkadiuş Miliklə müqaviləni yeniləyib.
AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, Turin təmsilçisi zədə səbəbindən bu mövsüm heç bir oyunda meydana çıxmayan polşalı hücumçu ilə 2026-cı ildə başa çatacaq sözləşmənin müddətini daha bir il uzadıb.
Polşa millisinin üzvü zədəyə görə “qoca sinyora”nın heyətində 2022-2023-cü illərdə 15, 2023-2024-cü illər mövsümündə isə 7 matçda oynayıb.
2024-cü ilin yayında dizindən aldığı zədə səbəbindən 208 gün yaşıl meydanlardan uzaq qalan A.Milik daha sonra baldır və əzələ probleminə görə bu mövsüm meydanda olmayıb.
Qeyd edək ki, forvard “Yuventus”a Fransanın “Marsel” klubundan 8 milyon avro təzminat qarşılığında keçib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:30]
Serbiyanın idman naziri Azərbaycana gəlib
- 08.06.2026 [18:28]
Veteran futbolçu: Dünya çempionatında Braziliyanı favorit hesab edirəm
- 08.06.2026 [18:06]
“Şəfa”nın yeni mövsüm üçün hazırlıq planı müəyyənləşib
- 08.06.2026 [18:03]
Roberto Mançini İtaliya millisinin yeni baş məşqçisi olacaq
- 08.06.2026 [17:31]
“Turan Tovuz”un məşqçisi: CAS-ın qərarının xeyrimizə olacağına inanırıq
- 08.06.2026 [17:15]
Yunis Hüseynov: Millimiz C Liqasına qayıtmaq məcburiyyətindədir
- 08.06.2026 [15:45]