“Yuventus” inamlı qələbə qazanıb
Bakı, 14 noyabr, AZƏRTAC
Noyabrın 13-də futbol üzrə İtaliya A Seriyasının 15-ci turunun növbəti oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, “Yuventus” öz meydanında “Latiso” ilə qarşılaşıb.
Oyunda hesabı matçın 43-cü dəqiqəsində Moise Kean açıb. Fasilədən sonra daha bir qol vuran M.Kean dublunu rəsimləşdirib. 90-cı dəqiqədə isə Arkadiusz Milik son nöqtəni qoyub - 3:0. Bu nəticədən sonra "Yuventus" 31 xalla üçüncü, "Latsio" isə 30 xalla bir pillə aşağıda yer alıb.
Qeyd edək ki, turnirə 41 xalla “Napoli” başçılıq edir. “Milan” klubu isə 33 xalla ikinci yerdə qərarlaşıb.
Turun digər görüşlərində isə bu nəticələr qeydə alınıb: "Milan" - “Fiorentina” - 2:1, “Monza” - “Salernitana” - 3:0, “Roma” - “Torino” - 1:1, “Verona” - “Spezia” - 1:2, “Atalanta”- “İnter” - 2:3.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [14:59]
“Fənərbağça”nın ulduzu “Turan Tovuz”la oyunda meydana çıxa biləcək
- 30.09.2026 [14:08]
Fransalı pilot “Haas” komandasından ayrılacağını açıqlayıb
- 30.09.2026 [13:43]
Azərbaycan Alpinizm Federasiyasına yeni prezident seçilib
- 30.09.2026 [12:54]
Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb
- 30.09.2026 [12:49]
Fransanın məşhur klubu 1 avroya satılıb
- 30.09.2026 [11:28]