Zabux sakini: Bu gün çox sevincliyik, doğma obamıza gedirik
Bakı, 20 noyabr, AZƏRTAC
Bu gün mən ailəmlə birlikdə çox sevincliyik, çünki doğma elimizə, obamıza gedirik.
Bunu AZƏRTAC-a müsahibəsində noyabrın 20-də Bakıdan Laçın rayonunun Zabux kəndinə yola salınan keçmiş məcburi köçkün Murad Vəlizadə deyib.
Qırx dörd günlük Vətən müharibəsində iştirak etdiyini vurğulayan Murad qeyd edib ki, Azərbaycanın ərazi bütövlü Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə şanlı Ordumuzun gücü sayəsində tam bərpa olunub.
“Biz 30 ildir həsrətində olduğumuz gözəl torpaqlarımıza qayıdırıq. Bizə bu şəraiti yaradan Prezidentimizə təşəkkür edirəm. Bu sevinci bizə yaşadan Vətənimizin qəhrəman övladlarına minnətdaram”, - deyən keçmiş məcburi köçkün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 16.06.2026 [18:23]
Dövlət Yanğından Mühafizə Xidməti növbəti “Açıq qapı” günü təşkil edib
- 16.06.2026 [17:42]