Zaur Məmmədov: Türk dövlətlərinin əməkdaşlığı sahəsində böyük bir səhifə açılıb
Bakı, 24 noyabr, AZƏRTAC
Türk dövlətlərinin əməkdaşlığı sahəsində böyük bir səhifə açılıb və bu, çox önəmli bir hadisədir. Bu gün biz Türk Dövlətləri Təşkilatı çərçivəsində yeni əməkdaşlıq və dərin inteqrasiyanın şahidi oluruq.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Bakı Politologiya Klubu” İctimai Birliyinin sədri Zaur Məmmədov TDT QHT-lərinin həmrəylik forumu çərçivəsində keçirilən “Azərbaycan-Qazaxıstan QHT-lərinin I Əməkdaşlıq Forumu"na həsr olunan paneldə söyləyib.
O bildirib ki, Azərbaycan QHT-ləri vətəndaş cəmiyyəti sahəsində son illər beynəlxalq əhəmiyyətli tədbirlər həyata keçirib. Bu il də Bakıda çoxsaylı tədbirlər təşkil olunub, Türkiyə və digər türk dövlətlərinin QHT-ləri ilə birgə əməkdaşlıq gücləndirilib.
"Son bir neçə ildə QHT-lər dərin əməkdaşlıq və sıx əlaqələr qurublar. Bugünkü forum da Türk dünyasında bu əməkdaşlığın və birliyin güclənməsinə xidmət edir", - deyə Z.Məmmədov vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [21:26]
BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib
- 28.09.2026 [21:15]
Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb
- 28.09.2026 [19:05]