Zaza Vaşakmadze: Gürcü və Azərbaycan xalqları dünyada nümunəvi olan bir münasibətə sahibdirlər

Tbilisi, 18 mart, AZƏRTAC
“Bu gün Gürcüstan ilə Azərbaycan arasındakı dostluq münasibətlərinin, ikitərəfli əlaqələrin inkişafında dini qurumların əməkdaşlığı mühüm əhəmiyyətə malikdir. Bu əməkdaşlıq nəticəsində Azərbaycan ilə Gürcüstan arasında münasibətlər digər sahələrdə olduğu kimi din sahəsində də uğurla inkişaf edir. Ona görə də inamla deyə bilərəm ki, dövlətlərimiz, eləcə də xalqlar arasında olan dostluğun alternativi yoxdur. Bu dostluq təkcə regionda deyil, bütövlükdə dünyada nümunəvi olan bir dostluq münasibətədir”.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze söyləyib.
Onun sözlərinə görə, şəxsi münasibətlər insanlar arasındakı dostluğun da güclənməsinə öz töhfəsini verir.
“Əminəm ki, dini rəhbərlərin əməkdaşlığı və qarşılıqlı sıx görüşləri digər istiqamətlərdəki əlaqələrimizin də güclənməsinə öz töhfəsini verəcək” – deyə, Vaşakmadze vurğulayıb.
Xətayi Əzizov
AZƏRAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2025 [18:51]
Şabran və Qusar rayonlarında təbiətə 13 min manatdan çox ziyan dəyib
- 25.04.2025 [18:46]
DİN: Ötən illə müqayisədə cinayətlərin dinamikasında azalma qeydə alınıb
- 25.04.2025 [18:12]