Zelenski Cənubi Afrika prezidenti ilə danışıqlar aparıb
Bakı, 14 iyul, AZƏRTAC
Ukrayna Prezidenti Volodimir Zelenski Cənubi Afrika Respublikasının Prezidenti Matamela Siril Ramafoza ilə telefonla danışdığını və onu "Ukraynadan taxıl" təşəbbüsünə qoşulmağa dəvət etdiyini bildirib.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezidenti özünün Telegram kanalında yazıb.
Zelenskinin sözlərinə görə, o, Buça və Kiyevə səfər etdiyi üçün Ramafoza təşəkkür edib, “qlobal sülh sammiti”nə hazırlıq və Afrika ölkələrinin Ukraynaya dəstəyini gücləndirmək üçün addımları müzakirə edib.
“Biz taxıl dəhlizinin davam etdirilməsinin vacibliyini qeyd etdik. Mən Cənubi Afrika Respublikasını Ukraynadan taxıl təşəbbüsünə qoşulmağa dəvət etdim”, - deyə Ukrayna lideri yazıb.
Qeyd edək ki, iyulun 27-28-də Rusiya-Afrika İqtisadi Forumunun keçirilməsi planlaşdırılır. Cənubi Afrika Prezidenti Sankt-Peterburqda keçiriləcək Forumda öz dövlətinin nümayəndə heyətinə rəhbərlik edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [22:45]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [19:44]
“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır
- 28.09.2026 [19:36]
Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb
- 28.09.2026 [19:19]
La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib
- 28.09.2026 [18:45]
Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb
- 28.09.2026 [18:07]