Zelenski NATO sammitində Qərb silahlarının tədarükü məsələsini müzakirə etməyi planlaşdırır
Bakı, 10 iyul, AZƏRTAC
İyulun 11-12-də Vilnüsdə keçiriləcək NATO sammiti zamanı Ukrayna Prezidenti Volodimir Zelenski Qərb tərəfdaşları ilə Kiyevə silah və hava hücumundan müdafiə vasitələrinin tədarükü məsələsini müzakirə etmək niyyətindədir.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna lideri teleqram kanalında videomüraciətində bildirib.
"Vilnüsdə müxtəlif səviyyəli ikitərəfli görüşlər planlaşdırılır. Bizim üçün prioritetlər göz qabağındadır - şəhərlərimizi hava hücumundan qorumaq”, - deyə Ukrayna Prezidenti qeyd edib.
Zelenski əlavə edib ki, o, NATO ölkələrindən Ukraynanın alyansa üzvlüklə bağlı aydın siqnal alacağına ümid edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [23:04]
Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb
- 28.09.2026 [22:45]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [19:44]
“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır
- 28.09.2026 [19:36]
Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb
- 28.09.2026 [19:19]
La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib
- 28.09.2026 [18:45]