Zərdab rayonunda meşə sahələri genişləndirilir
Zərdab, 19 dekabr (AZƏRTAC). Ekolojiya və Təbii Sərvətlər Nazirliyinin Zərdab Regional Meşəsalma Müəssisəsi ərazidəki meşə sahələrinin genişləndirilməsi, mövcud yaşıllıqlara qulluq göstərilməsi sahəsində ardıcıl tədbirlər həyata keçirir.
Müəssisədən AZƏRTAC-a bilıdirmişlər ki, təkcə cari ilin on bir ayında 85 hektar sahədə 212 min 500 ədəd yeni ağac əkilmişdir. Rayonda yeni meşəliklərin salınması istiqamətində işlər davam etdirilir. İlin sonunadək daha 15 hektarda yeni meşəliklərin salınması nəzərdə tutulmuşdur.
Müəssisə tərəfindən mövcud meşələrə xidmət göstərilməsi, onun mühafizəsi sahəsində də lazımi işlər görülür. Bu ilin ötən dövründə 90 hektar sahədə yeni meşəliklərin yaradılması üçün şumlama və malalama aparılmış, ağac əkini üçün şırımlar çəkilmişdir. 2,9 hektar sahədə tingilik salınmış, 1 hektarda böyütmə sahəsi yaradılmışdır.
Meşəsalma müəssisəsi bu il daxili imkanlar hesabına 500 kiloqram müxtəlif növ toxum tədarük edərək səpin aparmışdır. Yeni məşəliklərin mal-qaradan mühafizəsi məqsədilə 4 kilometr uzunluğunda mühavizə kanalları çəkilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]