Zərdabda Xocalı faciəsi qurbanlarının xatirəsi yad edilmişdir
Zərdab, 25 fevral (AZƏRTAC). Zərdabda Xocalı faciəsinin iyirminci ildönümü çoxsaylı rayon ictimaiyyəti nümayəndələrinin, o cümlədən ağsaqqalların və gənclərin, yuxarı sinif şagirdlərinin iştirakı ilə anılmışdır.
AZƏRTAC xəbər verir ki, anma mərasiminin iştirakçıları Şəhidlər parkında soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə tər çiçəklər qoymuş, faciə qurbanlarının xatirəsini yad etmişlər.
Rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayev 20 il əvvəl fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilən qanlı faciənin məhz ermənilərin zaman-zaman xalqımıza qarşı həyata keçirdikləri soyqırımı siyasətinin tərkib hissəsi olduğunu diqqətə çatdırmışdır.
Mərasimdə çıxış edənlər soyqırımı qurbanlarının xatirəsinin daim əziz tutulacağını, bu insanların gələcək nəsillər tərəfindən ölkəmizin azadlığı və torpaqlarımızın bütövlüyü uğrunda mübarizədə qəhrəmanlıq simvolu kimi qəbul olunacağını bildirmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]