“Zirə” klubu Macarıstan təmsilçisinə məğlub olub
Bakı, 17 yanvar, AZƏRTAC
Antalyada təlim-məşq toplanışını davam etdirən Bakının “Zirə” klubu bu gün növbəti yoxlama oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, paytaxt təmsilçisi Macarıstanın İkinci Liqasında mübarizə aparan “Szeged-Csanad” kollektivi ilə qarşılaşıb. Oyun rəqibin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Zirə”nin matçda yeganə qolunu 34-cü dəqiqədə Toni Qomes vurub.
Baş məşqçi Rəşad Sadıqovun komandası bu gün daha 1 yoxlama oyununa çıxacaq. Komandanın ikinci matçda rəqibi Serbiya Super Liqa təmsilçisi “Radniçki" olacaq. Oyun saat 16:30-da start götürəcək.
Qeyd edək ki, “Zirə” Antalyadakı ilk yoxlama görüşündə Rumıniyanın “Çindia” komandasına qalib gəlib - 3:2.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:17]
Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub
- 28.09.2026 [18:57]
“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]