“Zirə” klubu Seneqal millisinin sabiq üzvünü transfer edə bilər
Bakı, 13 avqust, AZƏRTAC
Transfer çalışmalarını davam etdirən Bakının “Zirə” futbol klubu qapıçı axtarışındadır. Bakı təmsilçisi əcnəbi qolkiperi transfer etmək istəyir.
AZƏRTAC xəbər verir ki, mövsümlərarası fasilədə Emil Balayev, Boyan Zoqoviç və Orxan Sadıqlı ilə yollarını ayıran qəsəbə təmsilçisi Seneqal millisinin sabiq qapıçısı Klement Diopla maraqlanır. Baş məşqçi Rəşad Sadıqovun ixtiyarında görmək istədiyi 26 yaşlı oyunçu ilə ilkin danışıq da olub. Hazırda MLS klubu “Montreal İmpakt”ın formasını geyinən Diop əsas heyətə düşə bilmədiyindən, komandasını dəyişməyi planlaşdırır. “Zirə”nin təklifinə hələlik konkret cavab verməyən futbolçu ilə danışıqlar davam etdirilir.
Qeyd edək ki, karyerası ərzində “Amyen”, “Los-Anceles Qalaksi” və “Montreal İmpakt”da çıxış edən K.Diopun hazırkı klubu ilə müqavilə müddəti bu ilin sonuna qədərdir. Diop 2017-ci ildə qısa müddət Seneqal millisinə çağırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [18:28]
Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub
- 16.06.2026 [18:07]
İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq
- 16.06.2026 [16:57]
Azərbaycan yığmasının futbolçusu: Milli komandada inkişaf hiss olunur
- 16.06.2026 [16:20]
Mərakeş millisinin sabiq futbolçusu: Ümid edirəm ki, dünya çempionu olacağıq
- 16.06.2026 [16:07]
Azərbaycan cüdoçuları Rusiyada 3 medal qazanıblar
- 16.06.2026 [15:46]
Cavid Hüseynov: Çalışacağıq ki, “Araz-Naxçıvan”la uğur qazanaq
- 16.06.2026 [14:49]