Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ziyafət Əsgərov NATO PA-nın vebinarında ermənilərin yalanlarını bir daha ifşa edib

Bakı, 16 oktyabr, AZƏRTAC

NATO Parlament Assambleyasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vebinarı keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə quruma üzv və assosiativ üzv olan ölkələrin nümayəndələri və ekspertlər iştirak ediblər.

Vebinarı açan NATO PA-nın prezidenti Attila Mesterxazi əvvəlcə münaqişə barədə iştirakçılara məlumat verib.

Tədbirdə çıxış edən ekspertlər Nona Mixelidze, Laurens Broers, Türkiyə, İtaliya, Kanada, Ermənistan nümayəndələri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə fikirlərini bildirib, münaqişənin kəskinləşməsi nəticəsində yaşanan insan itkilərindən narahatlıqlarını ifadə ediblər.

İclasda çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov səsləndirilən fikirlərə münasibətini bildirib.

Vebinarın təşkilinə görə minnətdarlığını bildirən Ziyafət Əsgərov 27 sentyabrdan etibarən baş vermiş hadisələr barədə geniş məlumat verib. O bildirib ki, həmin gün Ermənistan Azərbaycana qarşı növbəti hərbi hücum həyata keçirdi: "Əlbəttə, biz də cavab vermək məcburiyyətində qaldıq. Buna qədər Ermənistan silahlı qüvvələri tərəfindən 2016-cı ildə, sonra 2020-ci il iyulun 12-də Tovuz rayonunda olduğu kimi müəyyən təxribatlar törədilmişdi. Sonra avqust ayında diversiya qrupu sərhədi keçmək istəmişdi və nəhayət 27 sentyabrdan sonra baş verənlər...".

Nümayəndə heyətimizin rəhbəri Ermənistan tərəfindən Gəncə şəhərinə raket atılması ilə bağlı bildirib ki, Gəncə Azərbaycanın ikinci böyük şəhəridir. Təəssüf ki, Ermənistan tərəfindən atılmış raket yaşayış binasına düşmüş və Ermənistanın bu terroru nəticəsində 10 mülki şəxs həlak olmuş, 34 nəfər yaralanmışdır.

Daha sonra Z.Əsgərov deyib ki, Azərbaycan və Ermənistan arasındakı danışıqlar artıq 30 ildir gedir: "1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsi qəbul olunmuşdur, nədənsə ekspertlərimiz bunu qeyd etmədilər. Bunlar 822, 853, 874 və 884 saylı qətnamələrdir. Həmin qətnamələrdə açıq-aydın şəkildə göstərilir ki, Ermənistan silahlı qüvvələrini Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmalıdır.

Türkiyənin bu prosesdə iştirakına gəldikdə isə, bilirsiniz, biz bir çox ölkələrdən, o cümlədən Rusiyadan, Belarusdan, İsraildən, həmçinin Türkiyədən silahlar alırıq. Türkiyə hazırda bizə yalnız siyasi və diplomatik müstəvidə dəstək verir. Türkiyə ilə əlaqədar Ermənistanın dünyaya yaydığı məlumatlar saxtadır və qara təbliğatdan başqa bir şey deyil.

Burada muzdlular barədə məsələyə də toxunuldu. Cənab Lorens dedi ki, guya Suriyadan hansısa muzdlular Azərbaycana göndərilib. Biz bunu inkar etmişik və yenə inkar edirik. Yeri gəlmişkən, Fransa Prezidenti Emmanuel Makron Azərbaycan Prezidenti İlham Əliyevlə söhbətində bu məsələyə toxunmuşdu və heç bir sübut təqdim etməmişdi. Prezident İlham Əliyev bildirmişdi ki, bizə sübutları təqdim edin: hansı muzdlular, haradan, necə, hansı yolla gətirilir ? Heç bir sübut yoxdur. Siz də deyirsiniz ki, guya buraya Suriyadan hərbi muzdlular gətirilir.

Amma bizdə sübutlar var ki, Ermənistana Livandan, Suriyadan və başqa ölkələrdən PKK terrorçuları gətirilir. Biz bunu sübut etmişik. Bizim sübutlarımız var və onları müvafiq beynəlxalq strukturlara təqdim etmişik".

Ziyafət Əsgərov qeyd etdi ki, Dağlıq Qarabağ Azərbaycan Respublikasının beynəlxalq hüquqla tanınmış ərazisidir. Hamının bunu başa düşməsinin vaxtıdır. Bu anlayışlarla manipulyasiya etmək lazım deyil: "Bir daha bəyan edirik ki, biz humanitar atəşkəsə sadiq qalırıq. Moskvada əldə olunmuş razılıqdan sonra Ermənistanın xarici işlər naziri başqa belə bir bəyanat verdi ki, Dağlıq Qarabağ öz müqəddəratını təyin etməlidir və sairə, sonra isə sülh danışıqlarına “Dağlıq Qarabağ” da qoşulmalıdır. “Dağlıq Qarabağ” adlı qurum yoxdur, bu ərazi Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir. Hörmətli ekspertlər, “Dağlıq Qarabağ” qanunsuz bir qurumdur. Buna görə də biz münaqişənin yalnız bir həlli yolunu görürük: Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən, bizim torpaqlarımızdan çıxarılması".

Tədbirin sonunda ikinci dəfə çıxış edən Ziyafət Əsgərov bir daha qeyd edib ki, münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna bilər. O, beynəlxalq ictimaiyyəti Ermənistanın təxribatlarına və işğalçı siyasətinə adekvat münasibət bildirməyə çağırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq