Zoologiya İnstitutunun əməkdaşları Bakı buxtasında tədqiqat aparıblar
Bakı, 17 iyun, AZƏRTAC
AMEA-nın Zoologiya İnstitutunun Hidrobiologiya laboratoriyasının əməkdaşları, aparıcı elmi işçi, biologiya üzrə fəlsəfə doktoru Ənvər Cəlilov, kiçik elmi işçilər Arzu Quliyeva və Nigar Mehdiyeva Bakı buxtasında hidrobiontların biomüxtəlifliyi və mühitin ekoloji durumunun qiymətləndirilməsində onların rolunun öyrənilməsi məqsədilə ekspedisiyada olublar.
Akademiyadan AZƏRTAC-a bildiriblər ki, tədqiqatçılar tərəfindən ekspedisiya zamanı mezoplankton, vətəgə və qeyri-vətəgə balıqlarına aid nümunələr toplanıb. Əldə olunmuş nümunələr tədqiq edilmək üçün laboratoriyaya gətirilib.
Bakı buxtasında tədqiqatlar fəsillər üzrə davam etdiriləcək.