Zoologiya İnstitutunun əməkdaşları ekspedisiyada olublar
Bakı, 16 iyun, AZƏRTAC
Zoologiya İnstitutunun Quru onurğasızları laboratoriyasının baş elmi işçisi, biologiya elmləri doktoru Natalya Sneqovaya, aparıcı elmi işçilər, biologiya elmləri üzrə fəlsəfə doktorları Gülər Hüseynzadə və İlhamə Kərimova Zaqatala və Balakən rayonlarında ekspedisiyada olublar.
Zoologiya İnstitutundan AZƏRTAC-a bildirilib ki, ekspedisiya dövründə Zaqatala rayonunun Kebeloba, Cicixana kəndləri, Zaqatala Dövlət Təbiət Qoruğunun Beşbulaq adlanan ərazisi, Balakən rayonunun Geratab kəndi, Qabaqçöl qəsəbəsinin ətrafı və çay kənarındakı çəmənliklər, meşəətrafı sahələr, talalar müayinə edilərək entomoloji materiallar toplanıb. Alimlər mövzularına uyğun olaraq arıkimilər, qızıl böcəklər və iynəcələr dəstəsinə aid növlərin yetkin fərd və sürfələrini toplayaraq tədqiq etmək üçün laboratoriyaya gətiriblər.