LƏNKƏRANLILAR BOKS ÜZRƏ RESPUBLİKATURNİRİNİN QALİBİ OLMUŞLAR

07.12.2005 [00:11]
AzərTAc-ın müxbiri xəbər verir ki, Lənkəran Dövlət Universitetinin akt zalında 14-15 yaşlı boksçular arasında keçirilən Respublika turnirində lənkəranlı idmançılar uğurla çıxış edərək ümumi komanda hesabında birinci yerə sahib olmuşlar.
Respublikamızın ...

AFFA PREZİDENTİNİN FİKRİ TƏHRİF OLUNMUŞDUR

06.12.2005 [22:25]
AFFA-nin İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən AzərTAc-a daxil olmuş məlumatda deyilir ki, İcraiyyə Komitəsinin noyabrın 29-da keçirilən iclasından sonra mətbuat konfransında qurumun prezidenti Ramiz Mirzəyev futbol üzrə milli yığma komandanın ...

ÖLKƏ HƏNDBOL ÇEMPİONATI BAŞLAMIŞDIR

06.12.2005 [21:06]
AzərTAc xəbər verir ki, dekabrın 6-da ABU-Arena idman kompleksində kişilər arasında ölkə həndbol çempionatının birinci turunun iki görüşü keçirilmişdir. Nəticələr belədir: “RİOEUGİM” – “Varidat” 32:30, “DİN HK” – “Nəsimi OEUGİM” ...

“BAVARİYA” İRQÇİLİKLƏ MÜBARİZƏYƏ GÖRƏ MÜKAFAT ALACAQDIR

06.12.2005 [21:06]
AzərTAc xarici KİV-lərə istinadla xəbər verir ki, Münxenin “Bavariya” klubu Almaniya Futbol İttifaqının Yulius Hirşin xatirəsinə təsis etdiyi mükafatı alacaqdır. Mükafat irqçiliyin təzahürləri ilə fəal mübarizəyə görə təqdim olunur. “Bavariya” ...

KUNQ-FUÇULARIMIZ DÜNYA KUBOKUNUN SAHİBİ OLMUŞLAR

06.12.2005 [21:02]
AzərTAc xəbər verir ki, Beynəlxalq Peşəkar Kunq-fu və Uşu Assosiasiyasının təşkilatçılığı ilə İtaliyanın Milan şəhərində keçirilən dünya kuboku yarışları başa çatmışdır.
Bu mötəbər idman tədbirində ölkəmizi əməkdar məşqçi Barat ...

NİZAM-İNTİZAM KOMİTƏSİ ÜÇ KLUBU CƏZALANDIRMIŞDIR

06.12.2005 [21:01]
AzərTAc xəbər verir ki, AFFA-nın Nizam-İntizam Komitəsinin (NİK) iclası keçirilmişdir. NİK-in qərarına əsasən, ölkə futbol çempionatının “Qarabağ” – “Gəncə” görüşündə qonaq komandanın oyunçusu Xalid Muradov hakimi təhqir etdiyinə görə 2 ...

“AZƏRREYL” KOMANDASI POLŞA ÇEMPİONUNUN QONAĞI OLACAQDIR

06.12.2005 [20:54]
Azərbaycan Voleybol Federasiyasından AzərTAc-a bildirmişlər ki, dekabrın 8-də Avropanın qadın voleybol komandaları arasında çempionlar liqasının qrup oyunları çərçivəsində V turun görüşləri keçiriləcəkdir.
Bu yarışda ölkəmizi təmsil edən “Azərreyl” komandası ...

KARATEÇİLƏRİMİZ BU İL BEYNƏLXALQ YARIŞLARDA 39 QIZIL, 20 GÜMÜŞ VƏ 58 BÜRÜNC MEDAL QAZANMIŞLAR

06.12.2005 [19:48]
AzərTAc xəbər verir ki, Azərbaycan Milli Karate Federasiyasının yetirmələrinin 2005-ci il ərzində iştirak etdikləri beynəlxalq və yerli yarışlara yekun vurulmuşdur. İllik tədbirlər proqramı çərçivəsində karateçilərimiz 10 beynəlxalq yarışda iştirak etmiş, ...

MARİYA ŞARAPOVA RUSİYANIN ƏN VARLI İDMANÇISIDIR

06.12.2005 [16:57]
AzərTAc xarici KİV-lərə istinadla xəbər verir ki, Mariya Şarapova “Finans” jurnalının Rusiyanın ən varlı idmançıları tərtib etdiyi barədə siyahıya başçılıq edir. Jurnalın məlumatına görə, 18 yaşlı tennisçi mövsüm ərzində ...

ANNA QURBANOVA OMSK TURNİRİNDƏ İKİ MEDAL QAZANMIŞDIR

06.12.2005 [16:10]
Azərbaycan gimnastı Anna Qurbanova beynəlxalq yarışlarda uğurlu çıxışlarını davam etdirir. Respublika Gimnastika Federasiyasının mətbuat xidmətindən AzərTAc-ın müxbirinə bildirmişlər ki, o, Omskda, SSRİ-nin əməkdar məşqçisi Qalina Qorenkovanın XX xatirə turnirində ...

BRAZİLİYADA İKİ AZARKEŞ GÜLLƏLƏNMİŞDİR

06.12.2005 [16:09]
AzərTAc xarici KİV-lərə istinadla xəbər verir ki, dekabrın 3-də Braziliyada futbol çempionatı çərçivəsində keçirilmiş “Botafoqo”-“Fortaleza” (2:0) oyununda iki azarkeş güllə yarasından ölmüşdür.
Oyundan sonra “Botafoqo”nun fanatlarının maşını “Fortaleza”nın azarkeşləri ...

BOKSÇULARIMIZ DÜNYA KUBOKU YARIŞLARINDA 6 MEDAL QAZANMIŞLAR

06.12.2005 [15:37]
AzərTAc xəbər verir ki, Rusiyanın Nijnevartovsk şəhərində Xantı-Mansi Muxtar Mahalının yaradılmasının 75-ci ildönümü münasibətilə neft istehsal edən ölkələrin boks üzrə dünya kuboku yarışlarına yekun vurulmuşdur. Turnirdə ölkəmizi baş məşqçi Rasim ...

BOKSÇULARIMIZ ABŞ MİLLİ YIĞMASINA QALİB GƏLMİŞLƏR

05.12.2005 [20:49]
AzərTAc xəbər verir ki, ölkəmizin boks üzrə yığma komandası ABŞ-ın Çikaqo şəhərində bu ölkənin boksçuları ilə yoldaşlıq turnirində gücünü sınamışdır. Turnirdə baş məşqçi Məmməd Eyvazovun rəhbərliyi ilə Ceyhun Əbiyev (48 ...

HƏRBÇİ İDMANÇILAR BEYNƏLXALQ TURNİRİNMÜKAFATLARINA LAYİQ GÖRÜLMÜŞLƏR

05.12.2005 [19:52]
AzərTAc xəbər verir ki, hərbçilər arasında 9 komandadan 100-dək idmançının iştirakı ilə kikboksun kik-citsu növü üzrə Tbilisidə keçirilən beynəlxalq turnir başa çatmışdır. Baş məşqçi Rauf Aydınovun rəhbərliyi ilə turnirdə ölkəmizi ...

ÖLKƏ HƏNDBOL ÇEMPİONATINDA 16 KOMANDA MÜBARİZƏ APARACAQDIR

05.12.2005 [19:51]
AzərTAc xəbər verir ki, dekabrın 6-8-də “Daxili İşlər Nazirliyinin Həndbol Klubu” (DİN HK), “Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər, İdman Məktəbi” (RİOEUGİM), “Varidat”, “Nəsimi OEUGİM”, “ABUniversitet”, “AzTUniversitet”, “Əli Bayramlı” və “Neftçala” ...

TAMBLİNQ ÜZRƏ BAKI ÇEMPİONATI BAŞA ÇATMIŞDIR

05.12.2005 [15:45]
Tamblinq üzrə Bakı çempionatı başa çatmışdır. Çempionatda gimnastika məktəbinin, Nizami rayon idman məktəbinin və “Neftçi” İdman Cəmiyyətinin 30 idmançısı iştirak etmişdir.
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən AzərTAc-ın müxbirinə bildirmişlər ...

XI TUR HEÇ-HEÇƏLƏRLƏ YADDA QALMIŞDIR

05.12.2005 [10:44]
AzərTAc xəbər verir ki, dekabrın 4-də “Olimpik” – “İnter”, “Xəzər-Lənkəran” – “Gənclər birliyi” və “Qarabağ” – “Gəncə” görüşləri ilə ölkə futbol çempionatının XI turuna yekun vurulmuşdur. Hər üç görüş ...

XI TUR HEÇ-HEÇƏLƏRLƏ YADDA QALMIŞDIR

04.12.2005 [17:28]
AzərTAc xəbər verir ki, dekabrın 4-də “Olimpik” – “İnter”, “Xəzər-Lənkəran” – “Gənclərbirliyi” və “Qarabağ” – “Gəncə” görüşləri ilə ölkə futbol çempionatının XI turuna yekun vurulmuşdur. Hər üç görüş 0:0 hesabı ...

ÖLKƏ FUTBOL ÇEMPİONATININ XI TURUNUN İLK DÖRD GÖRÜŞÜ KEÇİRİLMİŞDİR

03.12.2005 [20:51]
AzərTAc xəbər verir ki, dekabrın 3-də ölkə futbol çempionatının XI turunun oyunlarına start verilmişdir.
Turun mərkəzi görüşü Tofiq Bəhramov adına Respublika stadionunda “Bakı” və “Neftçi” komandaları arasında olmuşdur. Gərgin ...