CƏMİYYƏT
Lənkəranda yol kənarında partlamamış hərbi sursat aşkarlanıb VİDEO
Bakı, 17 yanvar, AZƏRTAC
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin mütəxəssisləri (ANAMA) Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin məlumatına əsasən, Lənkəran rayonunun Ürgə kəndində yol kənarında bir partlamamış hərbi sursat (122 millimetrlik top mərmisi (OF-462) aşkar ediblər. Həmin sursat zərərsizləşdirilməsi üçün götürülüb. Ümumilikdə 1500 kvadratmetr ərazi yoxlanılıb.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, yanvarın 1-dən 17-dək agentlik tərəfindən Füzuli və Şamaxı rayonlarında, Lənkəran və Gəncə şəhərlərində bir otlaq sahəsinə, dəniz kənarına və avtobaza ərazisinə baxış keçirilib. Baxış zamanı 1203 partlamamış hərbi sursat, 10 tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib. Yoxlanılan ərazi 6550 kvadratmetr təşkil edib.