Hacı Əliyev: Növbəti hədəfim 2020-ci ildə Olimpiya çempionu olmaqdır VİDEO
Paris, 26 avqust, AZƏRTAC
Üçüncü dəfə dünya çempionu oldum. Sevincimin həddi-hüdudu yoxdur. İlk dəfə bu ada 2014-cü ildə, ikinci dəfə isə 2015-ci ildə layiq görülmüşəm. Məni dəstəkləyən bütün insanlara təşəkkür edirəm.
Bu fikirləri üçqat dünya çempionu Hacı Əliyev AZƏRTAC-ın xüsusi müxbirinə söyləyib.
Hacı Əliyev deyib: “Üçüncü dəfə dünya çempionu olmağımda təkcə özümün deyil, məşqçilərimin, ailəmin də böyük əziyyəti olub. 26 yaşım var, karyeram hələ qabaqdadır. Növbəti hədəfim 2020-ci ildə Olimpiya çempionu olmaqdır. Bu, mənim ən böyük arzumdur”.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris