“Artilleriya atəşinin ustaları” müsabiqəsi başa çatıb VİDEO
Bakı, 8 avqust, AZƏRTAC
“Beynəlxalq Ordu Oyunları-2018” çərçivəsində Qazaxıstanın Otar hərbi bazasında keçirilən “Artilleriya atəşinin ustaları” müsabiqəsinin final mərhələsi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, final yarışlarının nəticələrinə görə Azərbaycan artilleriyaçıları müsabiqədə üçüncü yerə layiq görülüblər.
Qaliblərin təltif olunması mərasiminin sabah keçirilməsi nəzərdə tutulub.