Təlimlərdə iştirak edən qoşunlar əməliyyat təyinatı rayonlarına çıxarılır VİDEO
Bakı, 18 sentyabr, AZƏRTAC
Genişmiqyaslı təlimlərin planına əsasən qoşunlar, hərbi texnika, döyüş və ehtiyat hərbi hissələri əməliyyat təyinatı rayonlarına çıxarılır.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlimin hazırkı mərhələsinin şərtlərinə uyğun olaraq qoşunlar nəzərdə tutulan digər fəaliyyətləri də icra edir.