CƏMİYYƏT
Səfir: Livanda baş verən partlayışlarda azərbaycanlılar xəsarət almayıb
Qahirə, 5 avqust, AZƏRTAC
Livanın paytaxtı Beyrutdakı limanda ammonium-nitrat saxlanılan anbarda baş vermiş və 80 nəfərin həlak olmasına, minlərlə insanın yaralanmasına səbəb olmuş partlayışlarda xəsarət alanlar arasında azərbaycanlılar yoxdur.
Bu barədə AZƏRTAC-ın xüsusi müxbirinə ölkəmizin Livandakı səfiri Ağasəlim Şükürov məlumat verib. O əlavə edib ki, səfirliyin insidentin baş verdiyi yerdən aralıda yerləşən binası da zərər görməyib. Bundan başqa, Beyrut limanında gəmidə olan 10 nəfər azərbaycanlı dənizçi də Livan hökuməti tərəfindən təxliyə edilib və onlar da heç bir xəsarət almayıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [21:02]
Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan
- 26.04.2024 [20:21]
Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib
- 26.04.2024 [20:05]
Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar
- 26.04.2024 [19:29]