Tanınmış sənətçilər Səməd Vurğunun "Azərbaycan" şeirini səsləndiriblər VİDEO
Bakı, 15 oktyabr, AZƏRTAC
Mədəniyyət Nazirliyinin dəstəyi ilə cəmiyyətimizdə, xüsusilə yeniyetmə və gənclər arasında vətənsevərlik ruhunun inkişafı, milli mədəni yaddaşın bərpası məqsədilə yeni videoçarx hazırlanıb.
AZƏRTAC xəbər verir ki, videoçarxda Azərbaycanın Xalq artistləri Səməd Vurğunun dillər əzbəri olan “Azərbaycan” şeirini səsləndirib.
Videoçarxı bu linkə daxil olaraq izləmək mümkündür.