Vüsal Kərimli: Parklanma zamanı qanunsuz pul toplayanlar müvafiq qurumlar tərəfindən nəzarətə götürülməlidir VİDEO
Bakı, 28 aprel, Elvin Camalov, AZƏRTAC
Bakıda nəqliyyatın parklanması zamanı pul toplayan şəxslər müvafiq qurumlar tərəfindən nəzarətə götürülməlidir.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli aprelin 28-də keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, həmin şəxslər özlərini BNA-nın əməkdaşları kimi təqdim etsə də, agentliklə heç bir əlaqəsi yoxdur: "Nəqliyyatın parklanması ilə bağlı məsələ gündəmə gəldikdə bundan qanunsuz gəlir əldənlər narahat oldu. Gələcəkdə məsələ öz həllini tapdıqda, bu kimi hallar aradan qaldırılacaq. Hazırda yolkənarı parklanma yerləri ödənişsizdir".