17 yaşadək futbolçular arasında Avropa çempionatının oyunlarının vaxtı və yeri dəqiqləşib
Bakı, 12 aprel, AZƏRTAC
Mayın 5-də Bakıda start götürəcək 17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsinin təqvimi bəlli olub.
AZƏRTAC xəbər verir ki, püşkatmadan sonra komandaların hansı turlarda üz-üzə gələcəyi müəyyənləşsə də, qrup mərhələsinin görüşlərinin başlama vaxtı və stadionları bu gün müəyyənləşib.
Azərbaycan millisi mayın 5-də Portuqaliya ilə ilk matçına saat 20:00-da çıxacaq. Bu oyun Bakı Olimpiya Stadionunda keçiriləcək. 3 gün sonra Belçika ilə üz-üzə gələcək Təbriz Həsənovun yetirmələri son matçında Şotlandiya ilə qarşılaşacaq. Bu iki matç 8-ci km qəsəbə stadionunda oynanılacaq.
Çempionatın açılış oyununda isə Avstriya ilə Bosniya və Herseqovina yığmaları üz-üzə gələcək. Mayın 5-də keçiriləcək bu görüş saat 14:00-da başlayacaq.
5 may - I tur
Saat 14:00. 8-ci km stadionu
Avstriya - Bosniya və Herseqovina
Saat 17:00. Bakı Olimpiya Stadionu
Ukrayna - Almaniya
Saat 19:00. 8-ci km stadionu
Belçika - Şotlandiya
Saat 20:00. Bakı Olimpiya Stadionu
Azərbaycan - Portuqaliya
6 may
Saat 14:00. “Qarabağ” stadionu
İtaliya - Serbiya
Saat 15:30. Dalğa Arena
Hollandiya - İspaniya
Saat 19:00. “Qarabağ” stadionu
İngiltərə - İsveç
Saat 19:00. Dalğa Arena
Fransa - Danimarka
8 may - II tur
Saat 14:00. 8-ci km stadionu
Ukrayna - Avstriya
Saat 15:30. Dalğa Arena
Portuqaliya - Şotlandiya
Saat 19:00. 8-ci km stadionu
Azərbaycan - Belçika
Saat 19:00. Dalğa Arena
Almaniya - Bosniya və Herseqovina
9 may
Saat 14:00. Bakı Olimpiya Stadionu
Danimarka - İsveç
Saat 16:00. “Qarabağ” stadionu
İtaliya - Hollandiya
Saat 17:00. Bakı Olimpiya Stadionu
Serbiya - İspaniya
Saat 20:00. “Qarabağ” stadionu
Fransa - İngiltərə
11 may - III tur
Saat 16:00. 8-ci km stadionu
Şotlandiya - Azərbaycan
Saat 16:00. Dalğa Arena
Portuqaliya - Belçika
Saat 19:15. 8-ci km stadionu
Bosniya və Herseqovina - Ukrayna
Saat 19:15. Dalğa Arena
Almaniya - Avstriya
12 may
Saat 14:00. “Qarabağ” stadionu
İspaniya - İtaliya
Saat 14:00. Bakı Olimpiya Stadionu
Serbiya - Hollandiya
Saat 19:00. “Qarabağ” stadionu
İsveç - Fransa
Saat 19:00. Bakı Olimpiya Stadionu
Danimarka - İngiltərə
4 may, 1/4 final
Saat 15:00. Dalğa Arena
A1 - B2 (A cütü)
Saat 20:00. Dalğa Arena
B1 - A2 (B cütü)
15 may, 1/4 final
Saat 16:00. 8-ci km stadionu
C1 - D2 (C cütü)
Saat 20:00. 8-ci km stadionu
D1 - C2 (D cütü)
18 may, 1/2 final
Saat 15:00. Bakı Olimpiya Stadionu
A cütünün qalibi - C cütünün qalibi
Saat 20:00. Bakı Olimpiya Stadionu
B cütünün qalibi - D cütünün qalibi
21 may, final
Saat 20:00. Bakı Olimpiya Stadionu