Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

2017-ci ilin ilk üç ayı: sürətli inkişaf davam edir

2017-ci ilin ilk üç ayı: sürətli inkişaf davam edir

Prezident İlham Əliyev Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında olduqca əhatəli və məzmunlu nitq söyləyib. Dövlət başçısı regional və qlobal miqyasda cərəyan edən geosiyasi, iqtisadi, maliyyə və hərbi proseslərin müqayisəli təhlili əsasında ölkədə ilk üç ayda həyata keçirilən proqramların sosial məzmununu diqqətə çatdırıb. Əldə edilən nəticələrin müstəqil dövlətçilik üçün əhəmiyyətini açıb. Ölkə rəhbəri gətirdiyi rəqəmlərlə sübut edib ki, davamlı surətdə reallaşdırılan islahatlar kursu səmərəsini verməkdədir. Azərbaycan bütün istiqamətlər üzrə ötən aylarda nəzərdə tutulan məqsədlərə çatıb. Buraya xarici siyasətin əsas prioritetləri, iqtisadi islahatlar, büdcə məsələsinin həlli, nəqliyyat, turizm, ordu quruculuğu və digər sahələr daxildir. Onların hər biri üzrə dövlət başçısı konkret rəqəmlər ifadə edib və onların əhəmiyyətini vurğulayıb. Təsadüfi deyil ki, Davos Ümumdünya İqtisadi Forumunun ekspertləri Azərbaycanı yüksək rəqabətə davamlı ölkə kimi təqdim ediblər. Bunlar ciddi nailiyyətlərdir və dövlətimizin etibarlı əllərdə olmasının sübutudur. Biz iclasın əsas məqamları üzərində geniş dayanmağa ehtiyac duyduq.

Üç ayın uğurları: xarici siyasətdəki fəallıq

Dövlət başçısı İlham Əliyev görülən işlərlə bağlı Nazirlər Kabinetinin ənənəvi iclaslarında əhəmiyyətli mesajlar verir. Azərbaycan hökumətinin 2017-ci ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası da bu mənada istisna olmadı. Ölkə başçısı bir çox məsələlərə dair olduqca vacib fikirlər söylədi, təhlillər apardı və uyğun vəzifələri qarşıya qoydu (bax: Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib / AZƏRTAC, 10 aprel 2017).

Prezidentin tədbirdəki çıxışı, faktiki olaraq, keçən üç ay müddətində görülmüş hər bir işlə bağlı dolğun informasiyanı özündə əks etdirməklə yanaşı, analitik və proqnostik xarakterli məqamları da ifadə edib. Xarici siyasətlə bağlı dövlət başçısının apardığı təhlillər xüsusilə diqqəti çəkir. Keçən müddətdə İlham Əliyev yeddi ölkəyə uğurlu səfər edib. Onlar dünyanın müxtəlif regionlarını əhatə edir. Bundan başqa, Prezident iki mühüm beynəlxalq forumda – Davos Ümumdünya İqtisadi Forumunda və Münxen Beynəlxalq Təhlükəsizlik Konfransında iştirak edib, həmin tədbirlərdə maraq doğuran çıxışlar edib.

2017-ci ilin ilk üç ayında Azərbaycana da yeddi ölkənin başçısı səfər edib. Əlavə olaraq ABŞ və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəislərinin Bakıda görüşü keçirilib. Onlar region və dünya üçün əhəmiyyəti olan problemləri müzakirə ediblər. Ekspertlər uzun müddət bu görüş haqqında rəylərini və onun mümkün nəticələrini müzakirə ediblər.

Bunlarla yanaşı, dövlət başçısı nitqində ayrıca V Qlobal Bakı Forumunun əhəmiyyətini vurğulayıb. Tədbirdə dünyanın nüfuzlu siyasi liderləri, iş adamları, jurnalistlər və ictimai xadimlər qlobal geosiyasətin aktual problemlərini müzakirə edirlər.

Xarici siyasətdə müşahidə edilən bu proseslər Azərbaycan diplomatiyasının uğurlarının əyani təsdiqidir. Qısa bir müddətdə xeyli işlər görən diplomatiyamız əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan xarici siyasət konsepsiyasının yüksək dərəcədə səmərəli olduğunu sübut etməkdədir. Prezident İlham Əliyev isə həmin kursu yaradıcı elementlər əlavə etməklə böyük uğurla davam etdirir. 2017-ci ilin birinci rübündə xarici siyasətin məzmununun əhəmiyyətli çalarlarını əks etdirən hadisələr üzərində bir qədər geniş dayanmaq olar.

Prezidentin yeddi xarici ölkəyə səfəri əvvəlcədən düşünülmüş və konkret hədəfi olan addımlar idi. Azərbaycan yaxın qonşuları, yaxın geosiyasi regionlarla yanaşı, qlobal miqyasda yeri olan ölkələrlə aktiv siyasi əlaqələrə üstünlük verir. Prezidentin xarici səfərlərində İranla bərabər, Qətər və Avropa ölkələrinin olması bu reallığın əlamətidir. Hər üç istiqamətdə qısa müddətdə uğurlu nəticələr əldə edilib. Avropaya səfərlər daha intensiv və rəngarəngdir, çünki bu geosiyasi məkan dünya siyasətində çox ciddi rol oynamaqda davam edir. Bu baxımdan Fransaya səfər olduqca əlamətdardır. Bu ölkə həm ATƏT-in Minsk qrupunda həmsədr dövlətlərdən biri, həm də Avropa İttifaqının iki ən güclü ölkəsindən biridir (digəri Almaniyadır, Böyük Britaniya təşkilatdan uzaqlaşır).

Təsadüfi deyil ki, Parisdə ölkə başçısı siyasi və iqtisadi xarakterli məsələləri geniş müzakirə edib. Əldə edilən razılıqlar hər iki tərəf üçün ciddi əhəmiyyət daşıyır. Bu barədə Fransa prezidenti Fransua Olland açıq fikir bildirib.

Fransa səfərinin başqa vacib tərəfi Ermənistan prezidenti Serj Sarkisyanın Parisdə Azərbaycanla bağlı səsləndirdiyi böhtan xarakterli fikirlərin əsassızlığını sübut etməklə bağlıdır. İlham Əliyev konkret faktlarla fransız siyasi dairələri və iş adamlarına erməni liderin saxtakarlığını təsdiq edib. Nəticədə, Fransanın rəsmi dairələri və biznes mühitində Azərbaycanla bağlı real təsəvvür formalaşdırmaq imkanı yaranıb.

Dövlət başçısının Avropa Komissiyasına səfəri də yuxarıda vurğulanan faktorlar prizmasından çox aktual görünür. Avropa ölkələri Azərbaycanın əsas tərəfdaşları sırasında yer alırlar. Avropa İttifaqının münaqişələrin həllində aktiv yer tutması da sirr deyil. Ölkə rəhbəri xüsusi qeyd edib ki, Azərbaycan Aİ ilə uzun müddətdir səmərəli əməkdaşlıq aparır və o, əsas investorumuzdur (bax: əvvəlki mənbəyə). Bu dəfə də müzakirələr səmimi, qarşılıqlı anlaşma şəraitində keçib. Burada ciddi əhəmiyyəti olan məsələ Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin yeni qaydalar əsasında təşkilini nəzərdə tutan sənədin hazırlanması ilə əlaqədar ümumi razılığın əldə edilməsidir.

Məlumdur ki, rəsmi Bakı bir neçə il bundan əvvəl Aİ-nin təklif etdiyi qonşuluq siyasəti və assosiativ üzvlük məsələsini qəbul etməyib. Əvəzində, Prezident İlham Əliyev strateji çevik əməkdaşlığı nəzərdə tutan yeni əməkdaşlıq formatı təşəbbüsü ilə çıxış etdi. Prezident Avropaya səfəri zamanı məhz həmin istiqamətdə ümumi razılıq əldə edib. Bu da tərəflər üçün böyük strateji əhəmiyyəti olan hadisədir. Ölkə başçısı bu məsələ ilə əlaqədar tədbirdəki nitqində vurğulayıb: “Bu dəfə də Avropa qurumlarının rəhbərləri ilə bütün görüşlər çox səmimi, qarşılıqlı anlaşma şəraitində keçmişdir, bütün danışıqlar və söhbətlər qarşılıqlı hörmət əsasında aparılmışdır. Həm Avropa Komissiyasının rəhbərləri, həm mən bunu rəsmi çıxışlarda da qeyd etmişdik. Eyni zamanda, biz səfərdən dərhal sonra Avropa Komissiyası ilə yeni saziş üzərində danışıqlara başlamışıq və əminəm ki, bu danışıqlar tezliklə yaxşı nəticələrə gətirib çıxaracaqdır” (bax: əvvəlki mənbəyə).

Avropa istiqamətində nail olunan nəticələrin fonunda Yaxın Şərq və Asiya ölkələri ilə əlaqələrin inkişaf etdirilməsi xüsusi qiymətləndirilməlidir. Çünki Azərbaycanın xarici siyasəti həmişə çoxvektorlu olub və geosiyasi tarazlıq gözlənilib. Keçən üç ay müddətində də bu prinsipə ciddi əməl edilib. Dövlət başçısının Pakistan, İran və Qətərə səfərləri bu aspektdə olduqca böyük səmərə verib.

Pakistana səfər həm ikitərəfli əlaqələrin inkişafı, həm də bütövlükdə İslam ölkələri ilə əməkdaşlığın yeni səviyyəyə yüksəldilməsi kontekstində vacib məqamı təşkil edir. Prezident İlham Əliyev həmin bağlılıqda ifadə edib: “Pakistan bizim üçün çox yaxın, dost, qardaş ölkədir. Bilirsiniz ki, Dağlıq Qarabağ münaqişəsinə görə Pakistan Ermənistanla heç bir əlaqə qurmayıb, diplomatik əlaqələri yoxdur. Biz bu mövqeyi çox yüksək qiymətləndiririk. İkitərəfli əlaqələrimizin gündəliyi genişlənir, həm iqtisadi, siyasi, eyni zamanda, hərbi-texniki əməkdaşlıq da müzakirə mövzusudur və yaxşı nəticələr də var” (bax: əvvəlki mənbəyə).

Eyni zamanda, Pakistanda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) növbəti zirvə görüşü keçirilib və Azərbaycan beşillik sədrliyi haqqında hesabat verib. Tədbirdə Azərbaycanın təşkilata sədrliyi dövründə çox səmərəli fəaliyyət göstərdiyi xüsusi qeyd edilib. Deməli, Bakı-İslamabad əməkdaşlığında ölkəmiz üçün böyük əhəmiyyəti olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli və ümumiyyətlə, müsəlman dövlətləri arasında iqtisadi əlaqələri daha da inkişaf etdirmək ayrıca yer tutur.

Qətərin Yaxın Şərqin nüfuzlu dövlətlərindən biri olması İslam həmrəyliyi aspektində mühüm faktordur. Bu səbəbdən Prezident İlham Əliyevin bu ölkə ilə əlaqələrin dinamik inkişafına önəm verməsi tamamilə əsaslıdır. Qətər həm də Yaxın Şərqin geosiyasi mənzərəsinin formalaşmasında ciddi rol oynayır. Rəsmi Bakı daim bu dövlətlə əməkdaşlığa xüsusi diqqət yetirib.

İrana gəldikdə isə, bu ölkə ilə qonşu və ortaq tarixi-mədəni keçmişi olan dövlət kimi əlaqələrin inkişafına daim maraq göstərilib. Dövlət başçısı qeyd edib ki, son üç ildə İran Prezidenti ilə səkkiz dəfə görüşüb. Axırıncı müzakirələrin ruhu da iki dost ölkənin maraqlarına cavab verən məzmunda keçib. Bununla bağlı Prezident ifadə edib: “...İranla əlaqələrimizin möhkəmləndirilməsi həm ölkəmizin maraqlarına xidmət edir, eyni zamanda, bölgə üçün də çox önəmlidir. Bu, bölgədə sabitliyi möhkəmləndirir və ikitərəfli formatda çox önəmli məsələlər müzakirə edildi. Yenə də bir çox sazişlər imzalandı və əvvəlki illərdə imzalanan sazişlər artıq həyatda öz əksini tapır. Əldə olunmuş bütün razılaşmalar icra edilir və həm ticarət dövriyyəsinin artırılmasında, – İranla bizim ticarət dövriyyəmiz təqribən 70 faiz səviyyəsində artmışdır, – eyni zamanda, nəqliyyat, energetika, logistika və digər sahələrdə çox uğurlu əməkdaşlıq aparılır” (bax: əvvəlki mənbəyə).

Burada ayrıca vurğulamağa ehtiyac görürük ki, Azərbaycan İranla üçtərəfli əməkdaşlıq formatında da uğurlu addımlar atır. Xüsusilə Bakıda Rusiya, İran və Azərbaycan prezidentlərinin görüşü region üçün geosiyasi əhəmiyyət daşımaqdadır. Bütövlükdə Cənubi Qafqazda sabitliyin təmini və iqtisadi-energetik əməkdaşlığın dərinləşməsi baxımından Bakı-Tehran xəttində baş verənlərin əhəmiyyətini dərk etmək gərəkdir.

Münaqişənin həlli: ikili standartlar və Bakının sabit mövqeyi

Yuxarıda vurğulanan səfərlərin əhəmiyyəti dünyada və regionda mövcud olan geosiyasi vəziyyətin dinamikası kontekstində xüsusi məna kəsb edir. Belə ki, mövcud münaqişələr öz həllini tapmır. Yaxın Şərqdə qanlı toqquşmalar ara vermir. Nəticədə, “...yeni risklər yaranır, yeni təhdidlər ortaya çıxır və bütövlükdə, əfsuslar olsun ki, 2017-ci ildə bölgədə sabitlik istiqamətində ciddi addımlar atılmamışdır” (bax: əvvəlki mənbəyə). Bunun fonunda geosiyasi xarakterli risklər artır.

Dövlət başçısı bütün bunları nəzərə alaraq rəsmi Bakının addımlar atdığını bəyan edib. Prezident İlham Əliyev deyib: “Əlbəttə, biz bu bölgədə yaşayan bir ölkə kimi bundan narahatıq və öz tədbirlərimizi görürük ki, Azərbaycan dövləti və Azərbaycan xalqı inkişaf etsin, normal yaşasın, ölkəmizdə təhlükəsizlik təmin edilsin və özümüzü potensial risklərdən qoruya bilək” (bax: əvvəlki mənbəyə).

Deməli, 2017-ci ilin birinci rübündə xarici ölkələrə səfərlər, mötəbər beynəlxalq tədbirlərdə iştirak başqa vacib faktorlarla yanaşı, regional və qlobal miqyasda özünü göstərən yeni risklərin neytrallaşdırılması məqsədi daşıyıb. Və bu məqsədə tamamilə nail olunub. Azərbaycan hazırda dünyanın ən sakit və sabit inkişaf edən ölkələrindən biridir. Onu deyək ki, Prezident İlham Əliyev hələ keçən ilin sonlarında ölkəmizin 2017-ci ildə də sürətlə inkişaf edəcəyi haqqında proqnostik fikir söyləmişdi. Ötən üç ay bu proqnozu tamamilə təsdiq edir. Ölkə rəhbəri də nitqində bu məqamı ayrıca ifadə edib. Dövlət başçısı deyib: “Birinci rübdə ölkəmiz uğurla inkişaf edib, bizim bütün proqnozlarımız həyatda öz əksini tapır. Hələ keçən ilin sonlarında mən tam əminliklə qeyd etmişdim ki, 2017-ci ildə ölkəmizin sürətli inkişafı təmin ediləcəkdir. Birinci rübün nəticələri göstərir ki, Azərbaycan bütün sahələrdə çox sürətlə inkişaf edib, bizim beynəlxalq mövqelərimiz möhkəmlənib, ölkə daxilində proseslər müsbət istiqamətdə gedir, iqtisadi inkişaf təmin edilir, bütün sosial məsələlər öz həllini tapır. Çox ciddi sosial təşəbbüslər irəli sürülmüşdür, ordu quruculuğu uğurla gedir...” (bax: əvvəlki mənbəyə).

Təbii ki, xarici siyasətdən bəhs edərkən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyətin üzərində dayanmamaq olmaz. Dövlət rəhbəri iclasda bu məsələ üzərində çox geniş dayanıb. İlham Əliyev bir daha Azərbaycanın mövqeyini dünyaya bəyan edib. Münaqişənin həlli Bakı üçün xarici siyasətin ən prioritet istiqaməti olaraq qalır. Ermənistanın təxribatçı addımlarına baxmayaraq, Minsk qrupunun həmsədr ölkələri bəyan ediblər ki, mövcud status-kvo qəbuledilməzdir.

Azərbaycan diplomatiyası bu aspektdə fəaliyyətini daha da gücləndirib. Bu bağlılıqda Prezident İlham Əliyev konkret fikir bildirib. Dövlət başçısı deyib: “Hesab edirəm, Ermənistana, onun işğalçı siyasətinə Minsk qrupu tərəfindən təzyiq daha da güclənməlidir ki, onlar beynəlxalq normalara riayət etsinlər və işğala son qoysunlar” (bax: əvvəlki mənbəyə). Bunun üçün, hər şeydən əvvəl, müstəqil siyasət yürüdən dövlətlərə davamlı təzyiqlərə, onların daxili işlərinə kobud müdaxiləyə, ikili standartlara, qarayaxma və ləkələmə kampaniyalarına son qoyulmalıdır.

Məsələn, rəsmi Bakı fərqindədir ki, “postsovet məkanında mövcud olan digər münaqişələrə bəzən daha böyük diqqət göstərilir, yaxud da ki, o münaqişələrin həlli ilə bağlı daha dəqiq ifadələr işlənilir” (bax: əvvəlki mənbəyə). Bu, belə davam edə bilməz. Ölkə rəhbəri nitqində onu da qeyd edib ki, erməni işğalçı qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır və bu prinsipdən kənarda heç bir başqa məsələ müzakirə oluna bilməz.

Münaqişə ilə bağlı vəziyyətin bu cür olduğu zamanda üç ay müddətində Dağlıq Qarabağ münaqişəsi ilə əlaqəli bəzi düşündürücü hadisələr baş verib. Prezident onların sırasında Dağlıq Qarabağda qondarma “referendum”un keçirilməsini qeyd edib. İlham Əliyev həmin məqamla bağlı bəyan edib: “Bu “referendum”un keçirilməsi ilə Ermənistan özünü bir daha biabır və ifşa etdi. Mən bir dəfə demişəm və bir daha demək istəyirəm ki, onlar orada nə qədər çox qanunsuz “referendum” keçirsələr, bu, bir o qədər çox bizim xeyrimizə işləyir. Çünki bütün qonşu ölkələrimiz, Minsk qrupuna həmsədrlik edən ölkələr, Avropa İttifaqı və bir çox ölkələr dərhal bu “referendum”u pislədilər. Bəyan etdilər ki, bu “referendum”u tanımırlar və Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir” (bax: əvvəlki mənbəyə).

Digər hadisə “bizim qanunlarımızı bir neçə dəfə kobudcasına pozmuş, Dağlıq Qarabağa qanunsuz səfərlər etmiş, Azərbaycan dövlətini, xalqını təhqir etmiş bir nəfərin xaricdə saxlanılaraq Azərbaycana təhvil verilməsi” ilə bağlıdır (bax: əvvəlki mənbəyə). İlham Əliyev bu hadisəni ədalətin bərpası və beynəlxalq hüququn aliliyinin təntənəsi kimi qiymətləndirib. Şübhə yoxdur ki, bu hadisə bir çox dumanlı başları ayıldacaq və onlar Azərbaycana qarşı daha diqqətli davranmağa məcbur olacaqlar.

İqtisadi baza: inkişafın təməl daşı

Dövlət başçısı xarici siyasətdə əldə edilən nailiyyətlərin iqtisadi sahədə aparılan islahatlarla sıx bağlı olduğunu ayrıca vurğulayıb. Ötən üç ayın yekunları göstərir ki, Azərbaycan iqtisadiyyatı çox dinamik şəkildə inkişaf edir. Prezident konkret rəqəmlərlə bu fikrini tam sübut edib. Çox vacib məqamdır ki, “iqtisadiyyatımızın əsas göstəriciləri qeyri-neft sektorunun, qeyri-neft sənayesinin və kənd təsərrüfatının inkişafıdır” (bax: əvvəlki mənbəyə). Qeyri-neft sektorunda artım 2,4%, qeyri-neft sənayesində 2%, kənd təsərrüfatında 3,5% (bitkiçilikdə 20%-dən çox) olub (bax: əvvəlki mənbəyə). Özü də bunlar bütövlükdə dünyada maliyyə və iqtisadi inkişaf sferalarında özünü göstərən böhranlar fonunda baş verir.

Keçən müddətdə ölkənin valyuta ehtiyatları 1 milyard dollar səviyyəsində artıb. Hazırda bu miqdar 38,5 milyard dollardır. Regionun digər ölkələri ilə müqayisədə bunun böyük bir rəqəm olduğunu görürük. Onu nəzərə almaq lazımdır ki, valyuta ehtiyatı neftin qiymətinin kəskin dərəcədə aşağı düşməsi fonunda artıb. Konkret olaraq, Azərbaycan üç ay müddətində 1 milyard dollar qazanıb (bax: əvvəlki mənbəyə). Prezident İlham Əliyev əminliyini ifadə edib ki, bu il ərzində valyuta ehtiyatı daha da artacaq. Bunun önəmini dövlət başçısı xüsusi qeyd edib: “Çünki hamıya aydındır ki, 2015-2016-cı illər böhran illəri idi. Neftin qiymətinin 3-4 dəfə aşağı düşməsi, inşaat sektorunda keçən il yaşanan durğunluq istər-istəməz təbii ki, bizim iqtisadi inkişafımıza mənfi təsir göstərə bilərdi. Bəlkə də hər hansı bir başqa hökumət bunun çıxış yolunu ancaq valyuta ehtiyatlarının istifadəsində görə bilərdi. Ən asan yol da bu idi. Ancaq bax, məsuliyyətli yanaşma və uzunmüddətli inkişaf planlarımız əlbəttə ki, bizim üçün başqa seçimi diktə edir. Bu, məsuliyyətli seçim idi, bu, xalqın maraqlarını hər şeydən üstün tutan seçim idi” (bax: əvvəlki mənbəyə).

Ölkə rəhbəri həyata keçirilən işlər sırasında ticarət dövriyyəsinin 15% artdığını da göstərib. İxrac isə daha çox – təxminən 50% artıb. Qeyri-neft sektorunda ixracat təqribən 10% artıb ki, bu da əhəmiyyətli göstəricidir. Bütövlükdə birinci rübdə ticarət dövriyyəsinin müsbət saldosu 1 milyard dollar səviyyəsində olub. Əhəmiyyətlidir ki, Davos İqtisadi Forumu bu il iqtisadiyyatların rəqabətqabiliyyətliliyinə görə Azərbaycanı 37-ci yerə layiq görüb. Böhranlı bir mərhələdə Azərbaycanın 3 pillə irəliləməsi müsbət haldır.

Cəmiyyət üçün böyük əhəmiyyəti olan faktorlardan biri əhalinin məşğulluğudur. 2017-ci ilin ilk üç ayında Azərbaycanda 85 min iş yeri açılıb. Onlardan 70 mini daimi iş yeridir. Bu məqamlara bağlı Prezident İlham Əliyev bildirib: “Mən əvvəlki toplantıda qeyd etmişdim ki, biz bu il dövlət sektorunda 40 mindən çox yeni iş yeri yaradacağıq. Onlar artıq yaradılıb. Amma 40 mindən çox iş yeri özəl sektorda yaradılıbdır. Bu da iqtisadi inkişafın təzahürüdür” (bax: əvvəlki mənbəyə).

Birinci rübdə enerji, nəqliyyat və turizm sferaları ilə bağlı da maraqlı hadisələr baş verib. Bu istiqamətlərin də hər birində irəliyə doğru addımlar atılıb. Cari ildə həmin sahələrdə nəzərdə tutulan işlərin hamısı yekunlaşmalıdır.

Beləliklə, Azərbaycan Prezidentinin ifadə etdiyi əhəmiyyətli faktlar onu göstərir ki, 2017-ci ilin birinci rübündə ölkə inkişaf templərini saxlayıb. Nəzərdə tutulan proqramlar tam yerinə yetirilir. Dünyada maliyyə və iqtisadi sahələrdə çətinliklərin olmasına rəğmən, Azərbaycan sürətli inkişaf kursundan dönmür. Bu o deməkdir ki, Azərbaycan dövlətinin sükanı etibarlı əllərdədir və ölkəmizi qarşıda daha böyük uğurlar gözləyir!

Kamal Adıgözəlov

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qırğızıstanın iki vilayətində daşqınla əlaqədar fövqəladə vəziyyət elan edilib

Sumqayıt rəssamları Şuşaya səfər ediblər

Azərbaycan və Çexiya arasında COP29 çərçivəsində əməkdaşlıq imkanları müzakirə edilib

Prezident İlham Əliyev: Çinlə əməkdaşlıq həm siyasi, həm iqtisadi, həm də daşımalar sahəsində genişlənir

İstanbulun “Vision Art Platform”u Aida Mahmudovanın “Bir arzu gerçəkləşir” adlı yeni fərdi sərgisinə ev sahibliyi edir

Azərbaycan Prezidenti: Dünya bundan sonra uzun illər ərzində hasil edilən enerji mənbələrinə ehtiyac duyacaq

MEK Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə virtual sərgi hazırlayıb

Xətai rayonunda un məmulatlarının istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb

Prezident İlham Əliyev: COP29-a sədrliyimizə ən təxirəsalınmaz məsələlərin həllinə qlobal aləmdə töhfə vermək fürsəti kimi də baxırıq

Fərid Cəfərov: Azərbaycanın son illərdə dünyada mədəniyyətlərarası dialoqun məkanı kimi tanıdılmasının şahidi oluruq

BAM-ın veteranı Yuri Verbitski: Bir rəhbər kimi, biz Heydər Əliyevə minnətdarıq

Ağasəlim Mircavadov: “Zirə” gümüş medallara əsas namizəddir, “Turan Tovuz” avrokuboklara hazır deyil

İsrail ordusu “Hizbullah”ın iki komandirinin öldürüldüyünü bildirib

Azərbaycan Prezidenti: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Fransadan Britaniyaya keçməyə çalışan beş miqrant həlak olub

Azərbaycan Prezidenti: COP29 üç Cənubi Qafqaz ölkəsi arasında gələcək əməkdaşlıq üçün yol açacaq

Axit Qişlakayev: Heydər Əliyev BAM inşaatçıları üçün çox iş görüb

Araşdırma: qocalıq nə vaxt başlayır?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məktəblini təltif edib

Konstitusiya Məhkəməsi Palatası iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciətinə baxılaraq, qərardad qəbul edilib

Prezident: Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır və hətta böhran vəziyyətində də dayanıqlı artım göstərdi

Məktəblilər iqlim dəyişikliyi barədə məlumatlandırılıb

COP29-la bağlı Vergi Məcəlləsinə dəyişiklik ediləcək

DİN: Astara sakinində 51 kiloqram narkotik vasitə aşkarlanıb

Günəş elektrik stansiyası üzrə ilk hərrac elan edilib

Çinin Şençjen şəhərində güclü yağışa görə yüksək təhlükə səviyyəsi elan edilib

Naxçıvana 30 qutu ipəkqurdu toxumu gətirilib

Prezident İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik

Çexiya xarici işlər nazirinə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumat verilib

BDU-da keçirilən kitab sərgisində ilk dəfə əksər nəşriyyatlar bir araya gəlib

Xarici dövlətlərdə ali təhsil almış şəxslər peşə tanınması üzrə imtahan verəcəklər

Marneulidə yaşayan azərbaycanlılara pulsuz hüquqi yardım göstəriləcək

Prezident: Ermənistan istisna olmaqla, Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə çox sıx tərəfdaşlıq münasibətlərimiz var

QDİƏT-in turizm üzrə təhsil müəssisələrinin birinci görüşündə “Bakı Bəyannaməsi” qəbul edilib

Türkiyə ordusu İraq və Suriyada 19 terrorçunu zərərsizləşdirib

Prezident İlham Əliyev: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür

BAM-ın veteran inşaatçısı: Heydər Əliyev mübariz insan idi və asudə vaxtlarını insanlara sərf edirdi

Ərdoğan: Ümid edirəm ki, Ermənistan düzgün yol seçər və yeni dövr başlayar

Çingiz Hüseynzadə: Parisdə ilk dəfə təmsil olunacağımız idman növlərində də sürpriz nəticələr gözləyirik

Yerli sort qarpız növləri unudulmaqdadır - Saatlıdan reportaj FOTO

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilir
Prezident İlham Əliyev forumda iştirak edir YENİLƏNƏCƏK CANLI

Beynəlxalq Riyaziyyat Olimpiadasında Azərbaycanı təmsil edəcək komandanın seçmə imtahanı keçirilib

İtaliyanın müstəqilliyi uğrunda mübarizədə canlarından keçmiş azərbaycanlıların xatirəsi anılıb

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilir - YENİLƏNİB VİDEO

“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə yarışacaq

Ali Məclisin komitə iclasında Nazirlər Kabinetinin hesabatı təqdim edilib

Bakıdakı Rus evində Beynəlxalq Rəqs Günü qeyd olunacaq

Nazir müavini: VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna qeydiyyat prosesi davam edir

Avropa çempionatının oyunlarını idarə edəcək hakimlər açıqlanıb

Londonda hüquq şirkəti qurmuş azərbaycanlı vəkil: Elə olub ki, milyonlarla funt sterlinq təzminat almışıq - MÜSAHİBƏ

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB VİDEO

Dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin və psixotrop maddələrin siyahısında dəyişiklik edilir

Nəşriyyat direktoru: Tələbələr daha çox psixoloji və şəxsi inkişafla bağlı kitablara maraq göstərirlər

Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib VİDEO

Tunis, Əlcəzair və Liviya əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər

Fərid Cəfərov: Forum çərçivəsində 100-dən artıq dini liderin iştirak edəcəyi plenar iclasın keçirilməsi nəzərdə tutulur

Prorektor: Tələbə oxucular kitab sərgisində fəal iştirak edirlər

DSMF daha iki beynəlxalq mükafata layiq görülüb

Sabah paytaxtda 29, bəzi bölgələrdə isə 30 dərəcə isti olacaq

Əməyin mühafizəsi sahəsində Türkiyənin təcrübəsi öyrənilir

Azərbaycanda alkoqollu içkilərin illik minimum istehsal həcmi 20 min dekalitr olacaq

Fövqəladə Hallar Nazirliyi Gəncədə daha bir qanunsuz tikilini söküb

Pakistan və İran terrorizmlə mübarizə üçün birgə plan hazırlayacaq

Azərbaycan Fetisov Jurnalistika Mükafatlarının İstanbulda keçirilən 5-ci təqdimatında təmsil olunub

Bakıdakı Rus evində Pasxa bazarı keçiriləcək

Körpələr evində yol verilmiş qanunsuzluqlarla bağlı cinayət işi başlanıb

Azərbaycanda tütün məmulatının istehsalında yerli xammaldan istifadənin həcmi artırılacaq

DSMF və “McDonald’s Azərbaycan” qazi övladları üçün tədbir təşkil ediblər

“Qəbələ”nin futbolçusu: Kuboku qazansaq belə, çempionatdakı uğursuzluğu unutdura bilməyəcəyik

Azərbaycan və Baham adaları bədii gimnastika sahəsində əməkdaşlığa başlayır

Bağanis Ayrımın ən yaşlı sakini: Kəndimizə qayıdan kimi qurban kəsəcəyəm

Rusiya nəqliyyat naziri: Şimal-Cənub Nəqliyyat Dəhlizi ilə yükdaşıma 60-100 milyon tona qədər arta bilər

Ombudsman: 4 minə yaxın soydaşımızın taleyi barədə dəfələrlə müraciət edilməsinə baxmayaraq məlumat ala bilməmişik

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Sloveniyada ali səviyyəli konfrans keçirib

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti BMT-nin Cenevrə bölməsinin Baş direktoru ilə görüşüb

Rusiya mediası Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkəyə səfərini işıqlandırmaqda davam edir

® ABB-nin ATM-lərində yenilik!

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə sərgi təşkil edilib

Vətəndaşların hərbi xidmətdən yayınmalarını təşkil etməkdə təqsirləndirilən şəxs barədə cinayət işinin istintaqı tamamlanıb

Cari ilin birinci rübünün elektrik enerjisi göstəriciləri açıqlanıb

Gəncə Dövlət Filarmoniyası ilk dəfə “Üzbəüz” layihəsini təqdim edib

BAM-ın tikintisində çalışmış Nurməmməd Cavadov: Azərbaycanın bizimlə olduğunu həmişə hiss edirdik

Tailand və Qazaxıstan qarşılıqlı vizasız rejim haqqında saziş imzalayıb

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümüdür

Rusiyalı ekspert: Azərbaycan Moskva üçün Ermənistandan daha mühüm tərəfdaşdır

NASA-nın yarışında Azərbaycanı fiziki məhdudiyyətli gənc təmsil edib

Efiopiyada silahlı qarşıdurmalar nəticəsində on minlərlə insan didərgin düşüb

Şahmat üzrə Azərbaycan çempionatında ilk finalçı məlum olub

FHN: Ötən sutka ərzində 27 halda yanğına çıxış olub

Məktəblilərin Aşqarlar Kimyası İnstitutunda yerinə yetirdikləri layihələr qalib olub

Azərbaycan ilə Albaniya arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbi aradan qaldırılır

Azərbaycan ilə Türkiyə arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutma aradan qaldırılır

Azərbaycan Respublikasının 2023-cü il 21 noyabr tarixli 1024-VIQD nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar normativ hüquqi aktların kolliziyasının aradan qaldırılması məqsədilə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

ADPU-nun Quba filialında tələbə spartakiadasına start verilib

“Haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə xarici ölkələrə göndərilən Azərbaycan Respublikası vətəndaşlarının sayı və tərkibi haqqında” 1 №-li (emiqrasiya) rüblük rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstəriş haqqında” Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2012-ci il 26 sentyabr tarixli 73/6 nömrəli qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

Azərbaycan ilə Türkiyə baytarlıq sahəsində əməkdaşlıq edəcək

Dubayda innovasiyaların turizm sənayesinə təsiri müzakirə olunacaq

“Dəniz limanlarının işi haqqında” 12-liman №-li aylıq rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstərişin təsdiq edilməsi və “Dəniz limanlarında yüklərin yüklənməsi-boşaldılması, hərəkəti, mövcudluğu (qalığı) və baş vermiş qəzalar haqqında” 9 №-li (liman) aylıq rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstəriş haqqında” Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2013-cü il 9 aprel tarixli 29/09 nömrəli qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2022-ci il 13 yanvar tarixli 2/18 nömrəli qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

Əziz Ələkbərli: Qərbi azərbaycanlıların öz yurduna qayıdışı erməni vandalizmini üzə çıxaracaq