Azərbaycan Dövlət İnformasiya Agentliyi

2018-ci il: On dörd mühüm hadisənin geosiyasi analizi və proqnozlar

2018-ci il: On dörd mühüm hadisənin geosiyasi analizi və proqnozlar

Ənənəvi olaraq, hər ilin sonunda həmin müddət ərzində baş verən xüsusi əhəmiyyətli hadisələr müəyyənləşdirilir. Burada vahid meyar yoxdur. Biz, müstəqil dövlət quruculuğu baxımından ciddi əhəmiyyəti olan hadisələri müəyyənləşdirib, onların üzərində dayanmaq qərarına gəldik. Təhlil göstərdi ki, cari ildə Azərbaycan dövlət olaraq bütün istiqamətlərdə böyük uğurlar əldə edib. Onların sayı çoxdur. Ancaq geosiyasi, iqtisadi, siyasi, enerji, nəqliyyat, logistika və humanitar aspektlərdə daha çox fərqlənən bir sıra hadisələri qeyd etmək olar. Onları şərti olaraq qruplara da ayırmaq mümkündür. Hər bir halda aydın olur ki, Azərbaycan 2018-ci ildə elə hadisələrə şahid olub ki, onlar müstəqil və demokratik dövlət quruculuğunda yeni mərhələnin başladığını göstərir. Həmin kontekstdə bir sıra özəl məqamların təhlil edilməsini vacib saydıq.

Prezident seçkisindən sonra: beynəlxalq əlaqələrin yeni üfüqləri

Hər il olduğu kimi, 2018-ci il də Azərbaycan üçün bir çox hadisələrlə yaddaqalan olub. Ölkə rəhbərliyinin apardığı uğurlu siyasət müxtəlif sahələrdə əhəmiyyətli hadisələrlə daha da zənginləşib. Ekspertlər həmin hadisələri fərqli meyarlar üzrə təsnif edirlər. Nəticədə, onların sayı da bir-birindən fərqlənir. Ancaq əsas olan ondan ibarətdir ki, göstərilən hadisələrin hər biri sözün həqiqi mənasında siyasi, geosiyasi, iqtisadi, energetik və humanitar əhəmiyyətlidir. Çünki Azərbaycan rəhbərliyi apardığı siyasətdə bütün istiqamətlər üzrə səmərəli proqramlar reallaşdırıb ki, onların da hər birinin nəticələri maraq doğurur.

Biz bu yazıda üstünlük verdiyimiz hadisələrdən yalnız 14-ünün üzərində dayanacağıq. Ancaq bu, qətiyyən başqa mövcud faktların arxa plana atılması anlamına gəlmir. Burada, sadəcə, müəyyən meyarlara görə seçim edilib. Həmin hadisələri bir neçə qrupda birləşdirmək olar. Birincisi ölkənin siyasi həyatı ilə birbaşa bağlı olan mühüm hadisələri, ikincisi beynəlxalq geosiyasi dinamika ilə əlaqəli olan hadisələri, üçüncüsü enerji-nəqliyyat sahəsində əməkdaşlıqla bağlı olan hadisələri, dördüncüsü, beynəlxalq hüquq ilə bağlı əhəmiyyətli hadisə və ya sənədləri əhatə edir.

Hər şeydən öncə, növbəti prezident seçkisinin keçirilməsini vurğulamaq gərəkdir. Aprelin 11-də baş tutan bu seçkidə səslərin 86,02 faizini toplayan İlham Əliyev inamlı qələbə qazanaraq yeddiillik müddətə Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu proses bütün dünyaya Azərbaycanda seçki mədəniyyətinin yüksək səviyyədə olduğunu nümayiş etdirdi. Eyni zamanda, Azərbaycan beynəlxalq hüquq normaları çərçivəsində, şəffaf və demokratik seçki keçirən ölkə kimi bir daha özünü təsdiq etdi.

Bu tezisin sübutu prezident seçkisindən sonra dünyanın böyük dövlətlərinin rəhbərlərinin İlham Əliyevə ünvanladıqları məktublarda ifadə edilən fikirlərdə və konkret əməkdaşlıq təkliflərində öz ifadəsini tapdı. Onlardan bir neçəsini xatırladaq. ABŞ Prezidenti D.Tramp İlham Əliyevə birinci dəfə seçkinin nəticələri elan olunandan sonra, ikinci dəfə isə AXC-nin 100 illiyi münasibətilə məktub yazaraq, həm məmnunluğunu ifadə etdi, həm də Azərbaycanla əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu açıq yazdı. Rusiya Prezidenti V.Putin Azərbaycan Prezidentini seçkidəki uğuru münasibətilə ilk təbrik edənlər sırasında idi. Eyni zamanda, V.Putin Azərbaycanın dövlət başçısı ilə bütün sahələrdə əməkdaşlığı inkişaf etdirməyə hazır olduğunu bəyan etdi.

Türkiyə Prezidenti R.T.Ərdoğan qardaş dövlətin növbəti dəfə Prezidenti seçilən İlham Əliyevi ürəkdən təbrik etdi və Türkiyəyə səfərə dəvət etdi. Bunlarla yanaşı, Fransa, Almaniya, Böyük Britaniya və digər dövlətlərin başçıları Azərbaycanda prezident seçkisinin nəticələrini qəbul etdiklərini bəyanlayıb, ölkə rəhbəri ilə əməkdaşlıqda maraqlı olduqlarını ifadə etdilər. Konkret nəticələr də oldu: Fransa Prezidentinin dəvəti ilə İlham Əliyev Parisə, Böyük Britaniyanın Baş nazirinin dəvəti ilə Londona səfər etdi və İtaliyanın Prezidenti Azərbaycana ilk səfərini reallaşdırdı.

Bütün bunların siyasi və geosiyasi mənası nədən ibarətdir? Aydındır ki, dünyanın bütün dövlətləri Azərbaycanda növbəti prezident seçkisinin demokratik, şəffaf və beynəlxalq hüquq normaları çərçivəsində keçdiyini rəsmən etiraf etdilər. Eyni zamanda, İlham Əliyev iqtidarının legitimliyi nəinki tam qəbul edildi, həm də Azərbaycan Prezidenti sözünə əməl edən, müdrik və etibarlı tərəfdaş olaraq yüksək qiymətləndirildi və onunla əməkdaşlığa maraq ifadə edildi. Bütün bunlar məntiqi olaraq Azərbaycanın müstəqil, suveren və etibarlı tərəfdaş dövlət kimi beynəlxalq aləmdə nüfuzunu daha da yüksəltdi.

İslahatlar ölkəsi: dünya miqyasında etiraf

Həmin kontekstdə digər mühüm hadisə kimi 2018-ci ildə Azərbaycanın dünyada ən çox islahat aparan ölkə elan olunmasını göstərə bilərik. Belə ki, Dünya Bankı tərəfindən yayılan "Doing Business 2019" hesabatında Azərbaycan 10 ən islahatçı dövlət siyahısına daxil edilib və ən çox islahat aparan ölkə kimi elan olunub. Hesabata əsasən, Azərbaycan 2017-ci illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb, dünyanın bir çox ölkələrini geridə qoymaqla Müstəqil Dövlətlər Birliyi ölkələri arasında lider mövqeyə yüksəlib.

Bu hadisənin həm geosiyasi, həm də siyasi əhəmiyyəti böyükdür. Çünki illərdir ki, Azərbaycanı başqa cür tanıtmağa çalışan bəzi dairələr, əsl cavablarını bir daha aldılar. Dünya Bankı çox ciddi təşkilatdır və onun hesabatı real faktlara əsaslanır. Bu faktlar isə göstərir ki, təkcə Cənubi Qafqazda, postsovet məkanında deyil, bütün dünyada belə Azərbaycan səviyyəsində sistemli, düşünülmüş və ardıcıl islahatlar aparan ölkə azdır. Bəs onda bir sıra beynəlxalq reytinq təşkilatlarının, QHT-lərin, beyin mərkəzlərinin və sairlərin Azərbaycan haqqında həqiqətdən uzaq informasiyalar yayması hansı məqsədi daşıyır? Məhz bu kimi suallara ən yaxşı cavab "Doing Business 2019" hesabatında vurğulanıb! Həmin səbəbdən bu hesabat mühüm hadisədir.

Möhtəşəm ordu: hərbi paradlarda ifadə edilən qüdrət

Ölkəmizin siyasi-hərbi həyatı üçün əhəmiyyəti olan və yuxarıda vurğulanan məqamların məntiqi davamı kimi qəbul edilə bilən iki vacib hadisə də 2018-ci ildə baş verib. Onlardan biri Bakıda möhtəşəm hərbi paradların keçirilməsidir. Birinci hərbi parad iyun ayının 26-da Azərbaycan Ordusunun yaradılmasının 100 illiyi ilə bağlı təşkil olundu. Həmin gün Azadlıq meydanında təntənəli hərbi parad keçirildi. Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin, Dövlət Təhlükəsizliyi, Dövlət Sərhəd və Xüsusi Dövlət Mühafizə xidmətlərinin, eləcə də Türkiyə Respublikası Silahlı Qüvvələrinin 4 min nəfərədək şəxsi heyətinin iştirak etdiyi möhtəşəm paradda 240-dan çox hərbi texnika, gəmilər, 70-dən artıq təyyarə və helikopter, ən müasir raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, pilotsuz uçuş aparatları nümayiş olundu.

Bu hadisə Ermənistan rəhbərliyində böyük şok yaratdı. Azərbaycan Ordusunun nə dərəcədə inkişaf etdiyini hər kəs gördü. Rəsmi İrəvan o dərəcədə narahat idi ki, öz yaxın müttəfiqlərini belə Azərbaycana yardım etməkdə ittihamlara başladı. Rusiya, Belarus və Qazaxıstanı Ermənistan rəhbərliyi sərt şəkildə qınadı. Lakin sözügedən hərbi paradın geosiyasi, siyasi-hərbi və mənəvi zəfəri qərəzli ermənilərdə narahatlıq hissi oyatması ilə məhdudlaşa bilməz. Hərbi parad Azərbaycan dövlətçiliyi kontekstində ilin əhəmiyyətli hadisələrindən biridir.

Bu parad bütün dünyaya nümayiş etdirdi ki, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və ordu quruculuğunu da əhatə edən inkişaf kursu son dərəcə səmərəlidir. Keçən əsrin 90-cı illərində öz havadarlarının yardımı ilə bir neçə hərbi əməliyyatı udan Ermənistan qarşısında nizamlı ordu dayanmırdı. Tarixi baxımdan qısa müddətdə Azərbaycan xalqı öz rəhbərlərinin uzaqgörən siyasəti sayəsində Cənubi Qafqazın ən təminatlı və döyüşkən ordusunu yaratdı! Parad, ilk növbədə, bunu təsdiq etdi! Onun fonunda digər əhəmiyyətli nüans bu tədbirin qardaş Türkiyə ordusu ilə birlikdə keçirilməsi ilə əlaqəlidir. Həmin məqam dünyaya ikinci bir mesajı verdi: Azərbaycan Ordusu Türkiyə Silahlı Qüvvələri ilə iç-içədir! Real olaraq bu iki ordu bir orqanizmdir. Ona görə də Azərbaycana təcavüz etmək istəyən hər kəs bilməlidir ki, qarşısında birləşmiş Azərbaycan-Türkiyə Ordusu var! Bu ordu(lar) yenilməzdirlər. Onun tarixin son mərhələsində ən azından 100 illik bir əməkdaşlıq təcrübəsi var! İkinci paradda bu özəllik daha parlaq şəkildə özünü göstərdi.

Bəli, 2018-ci il sentyabrın 15-də Azadlıq meydanı növbəti hərbi təntənənin məkanı oldu. Daha bir hərbi parad keçirildi. Bakının bolşevik-daşnak işğalından azad olunmasının 100 illiyinə həsr edilmiş paradı Azərbaycan və Türkiyə prezidentləri qəbul etdilər. Bu möhtəşəm parad Türkiyə Silahlı Qüvvələrinin məşhur "Mehtəran" birliyi "Mehtər marşı"nın, Azərbaycan və Türkiyə orduları hərbi qulluqçularının Qafqaz İslam Ordusunun süvari və piyadalarının qiyafəsində, hər iki ölkənin dövlət bayraqları altında tribuna önündən keçməsi ilə yadda qaldı.

Tam əminliklə deyirik: ikinci hərbi parad Ermənistan rəhbərliyi üçün ölümcül hadisə idi! İki qardaş ordunun yanaşı addımlayan əsgərləri, havada ustalıq nümayiş etdirən qırıcıları ox kimi düşmənin gözünə batdı! Ermənilərin havadarları da gördülər ki, regionda sabitlik və sülhü təmin etmək iqtidarında olan möhtəşəm hərbi qüvvə artıq mövcuddur. Bu, tarixi mesajdır. Keçən əsrin 90-cı illərindən müxtəlif istiqamətlərdən hərbi aspektdə sıxışdırılan Azərbaycanın öz ayaqları üzərində möhkəm dayandığının və onunla artıq təcavüz dilində danışmağın mümkün olmadığını göstərən hadisə idi.

Hərbi paradların geosiyasi möhtəşəmliyini savaş meydanında təsdiqləyən hadisə də 2018-ci ildə baş verdi. Biz, Naxçıvanda 11 min hektara yaxın ərazi və Şərurun Günnüt kəndinin işğaldan azad edilməsi ilə nəticələnən hərbi əməliyyatı nəzərdə tuturuq. Şərur rayonunun Günnüt kəndi və ətrafdakı mühüm strateji əhəmiyyətli yüksəkliklər 1992-ci ildə erməni silahlı birləşmələri tərəfindən işğal edilmişdi. Həmin ərazidə işğal edilmiş torpaqların sahəsi 11 min hektara yaxın idi. 26 ildən sonra Əlahiddə Ümumqoşun Ordunun əks-həmlə əməliyyatları ilə bu ərazi erməni işğalından azad edildi. Nəticədə, Azərbaycan Ordusu daha əlverişli mövqelərə yiyələndi. Konkret olaraq, "Xunut" dağı və "Ağbulaq" yüksəkliyi, "Qızılqaya" dağı və "Mehridağ" işğaldan azad olundu. Dərələyəz mahalının Arpa kəndi nəzarətə alındı. "Qızılqaya" yüksəkliyinin azad olunması ordumuza İrəvan-Yexeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etmək imkanı yaratdı.

Bununla da 2018-ci ildə Azərbaycan qlobal geosiyasi və siyasi təsiri olan vacib siyasi-hərbi hadisələrin şahidi oldu. Əldə edilən nailiyyətlər bir daha göstərdi ki, ölkə rəhbərliyi son dərəcə aktiv siyasi fəaliyyət göstərir və səmərəli proqramlar həyata keçirir. Bu fikri həm də enerji-nəqliyyat sferasında atılan addımlara da aid etmək olar.

Enerji-hüquq sənədi və xarici siyasət: ilin yaddaqalan hadisələri sırasında

Burada ilk olaraq Azərbaycanın üçüncü peykini - "Azerspace-2"ni kosmik orbitə buraxması yada düşür. Bu hadisə 2018-ci il sentyabrın 26-da baş verib. "Azerspace-2" telekommunikasiya peyki Fransa Qvianasında yerləşən kosmodromdan - Qviana Kosmik Mərkəzindən uğurla orbitə çıxarılıb. ABŞ-ın "Space Systems/Loral" (SSL) şirkəti tərəfindən yüksək etibarlı "SSL 1300" peyk platforması əsasında istehsal olunan "Azerspace-2" peyki Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələrini əhatə edəcək. Bu peykin dəyəri 190 milyon ABŞ dollarıdır. Onun Azərbaycan iqtisadiyyatına 400 milyon ABŞ dolları gəlir gətirəcəyi proqnozlaşdırılır.

Burada əhəmiyyətli olan həm də Azərbaycanın bir kosmos ölkəsi kimi mövqeyini getdikcə möhkəmlətməsi və fəaliyyət dairəsini genişləndirməsidir. İndi Azərbaycan dünyanın böyük bir məkanını kosmosdan izləyə bilir. İnformasiya mübadiləsi və təhlükəsizlik baxımından bunun nə qədər böyük əhəmiyyət daşıdığını hər kəs bilir. Bununla yanaşı, Azərbaycan Cənubi Qafqazda kosmosda bu cür imkanları olan yeganə dövlətdir.

Əslində, Azərbaycan kosmosda əldə etdiyi nailiyyətlər qədər enerji-nəqliyyat, loqistika və sənaye obyektlərinin inşası istiqamətlərində də uğurlar qazanmış ölkədir. Bu baxımdan 2018-ci ildə TANAP qaz kəmərinin istifadəyə verilməsi ekspertlər tərəfindən tez-tez vurğulanır. Bu ilin iyun ayının 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirildi. TANAP-la Türkiyəyə 2019-cu ildə 2 milyard kubmetr, 2020-ci ildə 4 milyard kubmetr və 2021-ci ildə isə 6 milyard kubmetr Azərbaycan təbii qazı nəql ediləcək. Boru kəməri gələn ilin birinci yarısında TAP qaz boru kəmərinə birləşmək üçün hazır olacaq. Layihə üzrə kapital xərcləri 8 milyard dollardır. İndiyədək TANAP layihəsinə 5,7 milyard dollar xərclənib.

Bu rəqəmlər göstərir ki, TANAP iqtisadi baxımdan möhtəşəm layihədir. Bununla yanaşı, onun geosiyasi əhəmiyyəti də çox böyükdür. Çünki daha geniş bir proqramın - Cənub Qaz Dəhlizinin tərkib hissələrindən biridir. Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi mayın 29-da Səngəçal terminalında olub. Həmin gün Azərbaycan təbii qazı Cənub Qaz Dəhlizi sisteminə vuruldu. Avropa İttifaqı üçün prioritet enerji layihələrindən olan Cənub Qaz Dəhlizinin seqmentlərini "Şahdəniz-2", Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, TANAP və TAP layihələri təşkil edir. Bu boru kəmərləri zənciri Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz-2" yatağından hasil olunan təbii qazı Türkiyəyə və həmin ölkədən də Avropaya çatdıracaq. Uzunluğu 3 min 500 kilometr olan Cənub Qaz Dəhlizi vasitəsilə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya isə 10 milyard kubmetr Azərbaycan qazının nəqli planlaşdırılır.

Qərb siyasi liderləri və ekspertlər vurğulayırlar ki, Cənub Qaz Dəhlizi Avropanın enerji xəritəsini ciddi surətdə dəyişdirəcək. Bu layihə yalnız regional deyil, həm də qlobal əhəmiyyətə malikdir. Bu kimi layihələrin reallaşdırılması üçün nəqliyyat-logistik xidmətin də böyük rolu vardır.

Həmin kontekstdə ilin mühüm hadisələri sırasına Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılışını da daxil etmək olar. 2018-ci il mayın 14-də Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılışı oldu. Liman 117 hektar ərazini əhatə edir və 12 yanalma körpüsünə malikdir. Limanın yükaşırma imkanı illik 15 milyon ton yük, o cümlədən 100 min konteyner təşkil edir. Limanda Ro-Ro tipli gəmilər üçün iki körpü, yeddi körpüdən ibarət universal quru yük və konteyner terminalı, iki bərə körpüsü, həmçinin xidməti donanma gəmiləri üçün bir körpü tikilib. Bu liman Asiya-Avropa xəttində logistik xidmətin mühüm hissəsini təşkil edir. Onun "Bir Qurşaq, Bir Yol" proqramının reallaşmasında vacib rol oynayacağı haqqında yüksək səviyyədə fikirlər səslənir.

Logistik xidmətin inkişafı fonunda sənaye müəssisələrinin tikilməsi də çox əhəmiyyətli görünür. Çünki iqtisadi infrastrukturun yüksək inkişaf səviyyəsi ölkədə istehsal olunan məhsulların dünya bazarına çevik və keyfiyyətli çıxarılmasına birbaşa yardım göstərir. Bu baxımdan SOCAR-ın fəaliyyətinin iki məqamı 2018-ci ilin mühüm hadisələri sırasına daxil edilməlidir.

2018-ci ildə "SOCAR Polymer"in polipropilen zavodu açıldı. Bu, iyulun 18-də Prezident İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkının ərazisində baş verib. "SOCAR Polymer"in polipropilen zavodunda bazar araşdırmasına əsasən, 3 növdə - homopolimer, zərbəyə davamlı so-polimer, statistiki so-polimer polipropilen məhsulları istehsal olunur. Azərbaycanın neft-kimya sənayesində dövlət-özəl sektor tərəfdaşlığı üzrə yaradılan ilk şirkət olan "SOCAR Polymer" zavodlarının fəaliyyəti Azərbaycanın qeyri-neft sektorunun ixrac gəlirlərini 19 faiz artıracaq.

Digər hadisə İzmirdə SOCAR-ın "Star" neft emalı zavodunun açılışının olmasıdır. Zavodun açılışı oktyabrın 19-da Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə baş tutub. SOCAR-ın 6,3 milyard dollar investisiyası hesabına tikilən "Star” zavodu Türkiyənin ilk Xüsusi Sənaye Zonası elan olunub. 2019-cu ildən etibarən tam gücü ilə işləyəcək zavodda ildə 5 milyon ton dizel yanacağı, 1,6 milyon ton nafta, 1,6 milyon ton təyyarə yanacağı, 1 milyon ton qarışıq ksilen/reformat, mayeləşdirilmiş neft-qazı (LPG), neft koksu və kükürd istehsal ediləcək, 10 milyon ton xam neft emal olunacaq.

Bütün bunlar 2018-ci ildə Azərbaycanın siyasi, geosiyasi, sosial, iqtisadi, enerji, logistika, hərbi və digər sahələrdə uğurlara imza atdığını təsdiqləyir. Bu siyahıya humanitar-mədəniyyət və hüquqi sferalarda atılan addımları da daxil etmək vacibdir. İlk növbədə, Bakıda VI Beynəlxalq Humanitar Forumun keçirilməsini vurğulamaq gərəkdir. Forum 2018-ci il oktyabrın 25-26-da Bakıda təşkil edilib. "Yeni dünya və yeni insan formalaşdıraq: yaradıcılıq və insan inkişafı" mövzusunda keçirilən Forumda 86 ölkə və 24 beynəlxalq təşkilatdan 581 nümayəndə iştirak edib. Bu formatı mütəxəssislər sivilizasiyalar, mədəniyyətlər və dinlər arasında real dialoq mexanizmi qismində çox səmərəli hesab edirlər.

Ötən il beynəlxalq miqyasda vacib hüquqi sənəd kimi qəbul edilən sazişin bağlanması baxımından da əhəmiyyətli olub. Biz, "Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya"nın imzalanmasını nəzərdə tuturuq. Bu hadisə 2018-ci il avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin başçılarının V zirvə toplantısında baş verdi. Toplantı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Rusiya Prezidenti Vladimir Putin, İran Prezidenti Həsən Ruhani və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov tərəfindən Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalandı. Həmin sənəd Xəzəryanı bölgədə hüququn təminatı və sabitliyin saxlanması aspektində ciddi rol oynayır. O, ölkələrin beynəlxalq hüquq normaları çərçivəsində fəaliyyət göstərmələrinə əsas verir.

Nəhayət, xarici siyasət sahəsində də 2018-ci ildə əhəmiyyətli proseslərin getdiyini ifadə etmək lazımdır. 2018-ci ilin iyul ayında Avropa İttifaqı ilə Azərbaycan arasında qəbul olunmuş "Tərəfdaşlıq prioritetləri" sənədində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı ilə bağlı Avropa İttifaqından Azərbaycana önəmli dəstək ifadə olunub. Bununla yanaşı, 2018-ci il dekabrın 12-də Avropa Parlamentinin qəbul etdiyi "Vahid Xarici və Təhlükəsizlik Siyasətinin həyata keçirilməsi üzrə illik plan" adlı qətnamədə Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələri, o cümlədən Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləməsi bir daha təsdiqlənib. Eyni zamanda, 2018-ci il iyulun 11-12-də Brüsseldə keçirilmiş NATO zirvə görüşünün yekun bəyannaməsində alyans üzvləri Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə davamlı dəstək ifadə edib və regiondakı mövcud münaqişələrin məhz bu prinsiplər əsasında həll olunması xeyrinə çıxışlar ediblər.

Yuxarıda vurğulanan bütün hadisələr yekun halında Azərbaycan üçün 2018-ci ilin uğurlu olduğunu göstərir. Müstəqil dövlət quruculuğu istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə çox uğurlu siyasət həyata keçirilir və 2019-cu ildə bu prosesin davam edəcəyini proqnozlaşdırmaq olar.

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Azərbaycan çayı Brüsseldə beynəlxalq auditoriyaya təqdim olunub

“Azərbaycan Kredit Bankı”nın ləğv prosesi yekunlaşıb

Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib

BDU Qazaxıstanın Maqsut Narikbayev Universiteti ilə əməkdaşlığa başlayır

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Hövsanın bəzi ərazilərində içməli su təminatında fasilə yaranacaq

® “Azercell” abunəçilərinə mənzil, avtomobil və “iPhone” hədiyyə edir!

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər əlverişsiz hava səbəbi ilə təxirə salınıb

Soydaşlarımız Anım Gününü Tbilisidə və Saqarecoda qeyd ediblər

Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar

Şəfəq Mehrəliyeva: Mir Cəlal Paşayev yaradıcılığının əsas gücü sadə süjet və yığcam ifadələrlə dərin fikirlər ortaya qoymasıdır

“Turan Tovuz” – “Fənərbağça” oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək

Çində Azərbaycan dili ixtisası üzrə magistraturaya ilk tələbə qəbulu aparılıb