“20 Yanvar-qan yaddaşımızdır” mövzusunda ədəbi-bədii tədbir keçiriləcəkdir
Bakı, 13 yanvar (AZƏRTAC). Yanvarın 18-də M.S.Ordubadinin ev-muzeyində 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş “20 Yanvar-qan yaddaşımızdır” mövzusunda ədəbi-bədii tədbir keçiriləcəkdir.
Ev-muzeyindən AZƏRTAC-a bildirmişlər ki, tədbirə Bakının 7 və 45 nömrəli məktəblərinin müəllim və şagirdləri də dəvət olunmuşlar.
Tədbirdə muzeyin direktoru Lalə Abaszadə, elmi işçisi İradə Vəliyeva və digər iştirakçıların 20 Yanvar faciəsi ilə bağlı çıxışlarından sonra məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]