20 Yanvar şəhidlərinin xatirəsi Moskvada da yad edilib
Moskva, 20 yanvar, AZƏRTAC
Azərbaycanın Rusiyadakı səfirliyində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Rusiyadakı səfirliyinin, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşları, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin fəalları və diaspor nümayəndələri Ümummilli Lider Heydər Əliyevin səfirliyin binasındakı barelyefi, eləcə də binanın qarşısında yaradılmış xatirə stendinin önünə əklillər və gül dəstələri qoyublar.