Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Daşkənd, 21 iyun, AZƏRTAC

İyunun 21-də Daşkənddə sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev mətbuata bəyanatlarla çıxış ediblər.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Özbəkistan dövlətinin başçısı bəyanatla çıxış edib.

Prezident Şavkat Mirziyoyevin
bəyanatı

-Hörmətli İlham Heydər oğlu.

Hörmətli kütləvi informasiya vasitələrinin nümayəndələri.

Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Heydər oğlu Əliyevi və Azərbaycan nümayəndə heyətinin bütün üzvlərini qonaqpərvər Özbəkistan torpağında bir daha səmimiyyətlə salamlamaq istəyirəm. Özbəkistana bir daha xoş gəlmisiniz.

Özbəkistanda Azərbaycan ilə ənənəvi dostluq, etimad və qarşılıqlı anlaşma münasibətlərinə xüsusi qiymət verirlər. Bu münasibətlərin əsasını ortaq mənəvi dəyərlər, din, oxşar mədəniyyətlər və dil təşkil edir. Xalqlarımızı çoxəsrlik tarix bağlayır. Əhməd Fərqaninin və Əbu Reyhan Büruninin elmi əsərlərində Azərbaycanın bir çox şəhərləri xatırlanır, bu şəhərlərdə Şərq və Qərb sivilizasiyaları bir-birinə qarşılıqlı təsir göstərir. Bizim Şərqşünaslıq İnstitutunun fondlarında Nizami, Xaqani, Tusi, Füzuli, Xətai və bir çox başqa Azərbaycan şairlərinin və mütəfəkkirlərinin onlarca nadir əlyazmaları qayğı ilə qorunub saxlanır. Füzulinin əlyazmalarından birini mən bu gün hörmətli İlham Heydər oğluna hədiyyə etdim. Fikrimcə, bu, bizim sərvətimizdir. Özbəkistanda belə əlyazmalar çoxdur. Bu, bir daha onu göstərir ki, özbək xalqı əsrlər boyu Azərbaycan mədəniyyətinə böyük hörmət və maraq bəsləyir. Xüsusi qeyd etmək istəyirəm ki, özbək ədəbiyyatının və poeziyasının banisi Əlişir Nəvai böyük Nizami Gəncəvinin əsərlərindən ilham alırdı, Nizamini “şairlərin şahı” adlandırırdı. O, Nizamiyə belə qiymət verirdi.

İki xalqın qarşılıqlı münasibətlərinin şanlı tarixi bizim günlərdə də çoxtərəfli əməkdaşlığı inkişaf etdirmək üçün möhkəm təməl yaradıb. Rəmzi haldır ki, budəfəki səfər Azərbaycanın ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin ölkəmizə birinci rəsmi səfərindən düz 25 il sonra keçirilir. Bu gün bizim əziz qonağımız hörmətli Prezidentlə birlikdə Heydər Əliyevin adını daşıyan yenilənmiş küçəni və orada qoyulmuş abidəni açmaq məndən ötrü böyük şərəf oldu. Bu, öz xalqının həqiqi liderinə və Özbəkistanın yaxın dostu olmuş dahi insanın xatirəsinə bizim ehtiramımızın əlamətidir.

Hörmətli jurnalistlər, məhdud tərkibdə və geniş formatda görüşlərdə biz ikitərəfli münasibətlərimizə aid məsələləri ətraflı müzakirə etdik. Sizə demək istəyirəm ki, biz bütün istiqamətlər üzrə çox səmimi, etimada əsaslanmaqla, çox diqqətlə, obrazlı desək əlimizə qələm götürərək münasibətlərimizi bundan sonra necə irəlilətməli olduğumuzu dedik ki, bu münasibətlər həqiqətən strateji səviyyəyə çatsın və İlham Heydər oğlunun Özbəkistana bugünkü tarixi səfərindən real nəticə əldə edilsin. Fikrimcə, geniş tərkibdə görüşdə də bizim nümayəndə heyətlərinin hər bir üzvünə nə istədiyimiz, necə işləyəcəyimiz barədə ətraflı məlumat verildi və biz razılığa gəldik ki, iki prezident hər ay işlərin gedişini yoxlayacaq. Ona görə ki, bizim hökumətlərarası komissiyaların sədrləri, həmsədrləri hər ay fikir mübadiləsi aparacaqlar. Biz hətta razılığa gəldik ki, başlanğıc mərhələdə həmsədrlər ayda bir dəfə görüşəcək, real nəticə olması üçün vəziyyəti yoxlayacaqlar. Biz bunu nə üçün edirik? Ona görə ki, biz həqiqətən münasibətlərimizi tamamilə yeni səviyyəyə qaldırırıq. Bunu nə üçün edirik? İstəyirik ki, real nəticə olsun, iki ölkənin xalqları bunu hiss etsin.

Fikrimcə, bizim ümumi səylərimiz və daha yaxınlaşma istəyimiz sayəsində Özbəkistan ilə Azərbaycan arasında münasibətlər açıq, geniş əhatəli xarakter kəsb edib, ticari-iqtisadi, parlamentlərarası, mədəni-humanitar və regionlararası əməkdaşlıq fəallaşıb. Bir daha demək istəyirəm, budəfəki danışıqlar göstərdi ki, biz xalqlarımızın mənafeyi naminə qarşılıqlı fəaliyyəti bundan sonra da hərtərəfli möhkəmləndirməyə hazırıq.

Siz indicə sanballı sənədlər paketinin imzalanmasının şahidi oldunuz. Onların arasında Strateji tərəfdaşlığın dərinləşməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi barədə Bəyannamə ikitərəfli münasibətlərdə yeni mərhələ açır. Biz, həmçinin qarşılıqlı fəaliyyətin əsas istiqamətlərini müəyyən etdik. Bizim ən mühüm prioritetimiz ticarəti və sənaye kooperasiyasını genişləndirməkdir. Bu istiqamətdə ciddi irəliləyişlər müşahidə edirik.

Bu gün biz razılaşdıq ki, komandalarımızın və ya nümayəndə heyətlərimizin hazırladığı rəqəmlər üzərində dayanmayacağıq, çünki rəqəmlər heç nə demir. Əlbəttə, mən deyə bilərəm ki, onlar altı dəfə artıb, lakin məcmu halda onlar bizim münasibətlərimizə, imkanlarımıza uyğun gəlmirsə və deyiriksə ki, sıfırdan başlayaq, çox real, bütün istiqamətlərdə, iqtisadiyyatımızın bütün sahələrində geniş əhatəli layihələri inkişaf etdirəcəyik. Bir daha demək istəyirəm, biz qarşılıqlı fəaliyyətimizi əsaslı şəkildə fəallaşdırmaq barədə razılığa gəldik. Bundan ötrü bizim geniş imkanlarımız, hər şeydən əvvəl iqtisadiyyatlarımızın qarşılıqlı tamamlanması amili var. Bu ərəfədə keçirilmiş biznesforumun yekunlarına əsasən yarım milyard dollardan artıq məbləğdə sazişlər və kontraktlar imzalanıb. Əlbəttə, yarım milyard rəqəmi nəyəsə dəlalət edir, lakin o, bizim imkanlarımıza müvafiq deyil.

Kooperasiya layihələrinə xüsusi diqqət yetiriləcək. Bildiyiniz kimi, biz Hacıqabulda avtomobillərin birgə istehsalını uğurla nizamlamışıq. İpəkçilik sahəsində əməkdaşlığı inkişaf etdiririk. Avtomobilqayırma üzrə razılığa gəldik ki, yeni istiqamətlər üzrə buraxılışı genişləndirəcəyik, ona görə ki, bizim artıq təcrübəmiz, tam qarşılıqlı anlaşma və tam etimad var. Biz dedik ki, bu sahəni hər iki tərəfdən dəstəkləyəcəyik. Hasilat, neft kimyası, əczaçılıq, tikinti materialları və hazır tekstil malları, qida məhsulları, zərgərlik məmulatları istehsalı və şərabçılıq sahələrində onlarca yeni layihə üzərində işləyirik. Bu məqsədlə artıq cari ildə birgə investisiya fondunu işə salmaq barədə razılığa gəldik. Biz, həmçinin hökumətlərarası birgə komissiyaya sənaye kooperasiyası proqramını qəbul etməyi tapşırdıq.

Digər strateji istiqamət nəqliyyat kommunikasiyalarının inkişafıdır. Bu gün, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu ilə yük daşımaların həcmi artır. Biz yeni dəhlizləri inkişaf etdirmək, multimodal daşımaları artırmaq, ölkələrimizin nəqliyyat müəssisələri üçün əlverişli şərait yaratmaq barədə razılığa gəldik. İqlimlə bağlı təhdidlərin və ərzaq təhlükəsizliyi problemlərinin artması fonunda biz kənd təsərrüfatı sahəsində daha sıx işləmək niyyətindəyik. Elmi və innovasiya araşdırmalarını fəal surətdə bölüşəcək, aqrosektorun rəqəmsallaşdırılması üzrə qarşılıqlı fəaliyyəti nizamlayacaq, investisiya layihələrini həyata keçirəcəyik. Kənd təsərrüfatında konkret olaraq hansı sahələrdə işləmək və hansı sahələrin daha tez nəticə verməsi, hansı istiqamətlərdə bir-birimizi tamamlamaq barədə də razılaşdıq. Azərbaycanda kənd təsərrüfatında rəqəmsallaşma çox inkişaf edib və biz dedik ki, kənd təsərrüfatında rəqəmsallaşmanın bu təcrübəsini öyrənmək bizim üçün çox faydalı olardı.

Danışıqlarda regionlararası əlaqələrin fəallaşdırılmasına xüsusi diqqət yetirilib. Bu gün bizim şəhərlər və regionlar arasında birbaşa əlaqələr üçün geniş imkanlar yaradan saziş imzalanıb. Regionların birinci forumunu keçirməyi, ilk növbədə, ticarət, innovasiyalar, mədəniyyət, turizm sahələrində sıx əlaqələr yaratmağı planlaşdırırıq. Mədəni-humanitar sahədə də bizi qədimdən bağlayan ümumi cəhətlər çoxdur. Özbəkistanda Azərbaycan muğamını, Azərbaycanda isə bizim məqamları nəinki məmnuniyyətlə dinləyir, həm də ifa edirlər. Azərbaycan və özbək estradası hər iki ölkədə çox populyardır. Biz azərbaycanlı dostlarımıza təşəkkür edirik ki, bu yaxınlarda Bakıda Əlişir Nəvainin məşhur ədəbiyyatşünas Ramiz Əsgər tərəfindən tərcümə edilmiş onlarca kitabı nəşr edilib. Özbəkistanda da Azərbaycan klassiklərinin və müasir yazıçılarının əsərləri müntəzəm olaraq nəşr edilir. Bu günlərdə Daşkənddə Azərbaycanın Xalq yazıçısı Anarın yeni kitabının təqdimatı keçirilib. Hörmətli İlham Heydər oğlu ilə danışıqlar zamanı biz qarşılıqlı mədəniyyət və kino günlərinin keçirilməsi, humanitar və turizm mübadiləsi proqramının fəal inkişafı barədə razılığa gəldik.

Biz, həmçinin beynəlxalq gündəliyin aktual məsələlərinə dair fikir mübadiləsi apardıq, hərbi və hərbi-texniki əməkdaşlıq sahəsində planlar cızdıq. Birləşmiş Millətlər Təşkilatı və Türk Dövlətləri Təşkilatı, MDB, ATƏT, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində dialoqun konstruktiv xarakterini və qarşılıqlı dəstəyin vacibliyini qeyd etdik.

Əziz dostlar, Azərbaycan Prezidentinin tarixi dövlət səfərinin yekunları həqiqətən sıçrayış xarakteri daşıyır. Bu gün mən qardaşım İlham Heydər oğlu ilə birlikdə bütün şərtləri formalaşdırdıq ki, gələcəkdə real nəticə alınsın, dediyim kimi, Sizin tarixi səfəriniz həqiqətən bizim strateji tərəfdaşlığımıza uyğun olsun. Biz strateji tərəfdaşlığın dərinləşməsi haqqında danışırıq. Deyirik ki, bizim bütün komanda, bütün nazirliklərimiz işə tamam başqa cür yanaşsınlar. Səmimi demək istəyirəm ki, bugünkü danışıqlardan çox məmnunam. Biz məhdud və geniş tərkibdə görüşlərdə qaldırılan bütün məsələlər barədə çox ətraflı danışdıq. Qeyd etdik ki, həm beynəlxalq, həm də regionlararası siyasətdə ikitərəfli qarşılıqlı anlaşma və ümumi yanaşmalar mövcuddur. Biz ikitərəfli münasibətlərimizə xüsusilə böyük diqqət ayırdıq.

Beləliklə, bir daha demək istəyirəm, biz hər şeyi edirik ki, güclü Özbəkistan və güclü Azərbaycan olsun. Onlar güclü olanda məcbur edəcəyik ki, bizə hörmət etsinlər və bundan ötrü bizim hər cür əsasımız var. Belə ki, bu səfər tarixi səfərdir, onun çox yaxşı əsası var və gələcəkdə biz bu əsası həyata keçirməliyik. Sizə bir daha demək istəyirəm, biz razılığa gəldik ki, noyabr ayında İlham Heydər oğlu Səmərqəndə səfər edəcək. Səmərqənddə biz nazirlərimizi bugünkü razılaşmalar barədə dinləyəcəyik. Bunu nəyə görə deyirəm? Ona görə ki, bilirsiniz, bizim çox böyük imkanlarımız var, lakin nəticə çox kiçikdir. Biz bu gün gələcək əməkdaşlığımızın ciddi perspektiv layihələri barədə razılığa gəldik. Fikrimcə, bu səfər tarixi səfərdir və danışıqlarımızdan tamamilə məmnunam. Diqqətinizə görə təşəkkür edirəm, indi isə sözü məmnuniyyətlə İlham Heydər oğluna verirəm.

x x x

Sonra Azərbaycan dövlətinin başçısı bəyanatla çıxış edib.

Prezident İlham Əliyevin
bəyanatı

- Hörmətli Şavkat Miromonoviç, icazə verin, dəvətə, mənə və Azərbaycan nümayəndə heyətinin üzvlərinə göstərilən qonaqpərvərliyə görə Sizə bir daha təşəkkürümü bildirim. Qardaş Özbəkistan torpağında olmaq, ikitərəfli münasibətlərin geniş spektrini və xarici siyasət gündəliyində duran mühüm məsələləri Sizinlə müzakirə etmək fürsətinə malik olmaq mənə çox xoşdur.

Bu gün mənim səfərim çox əlamətdar hadisədən - Daşkəndin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsinin, onun adını daşıyan meydanın və gözəl parkın açılışından başlandı. Şavkat Miromonoviç, mən Sizə atamın xatirəsinə belə münasibətə görə Azərbaycan Prezidenti kimi, Heydər Əliyevin oğlu kimi öz adımdan və bütün Azərbaycan xalqı adından təşəkkürümü bildirirəm. Biz bunu çox yüksək dəyərləndiririk. Biz gördük ki, Özbəkistanda Heydər Əliyevin xatirəsi necə sevgi ilə, necə hörmətlə yad edilir, bu, bizə çox xoşdur. Bu gün biz abidənin və meydanın açılışında çıxış etdik, Heydər Əliyev haqqında, onun Özbəkistana münasibəti haqqında danışdıq. Əminəm ki, bu gün bu münasibəti hər bir azərbaycanlı bölüşür. Mən atamın işinin davamçısı kimi, Azərbaycan Prezidenti kimi öz fəaliyyətimdə bizim ikitərəfli münasibətlərə daim xüsusi diqqət ayırıram. Bugünkü dövlət səfəri bunun əyani təsdiqidir. Səfər pandemiya ilə əlaqədar təxirə salınmışdı. Həmçinin onu diqqətlə hazırlamaq lazım idi ki, qardaşım Şavkat Miromonoviçin dediyi kimi, sıçrayış edək. Fikrimcə, bu, həqiqətən sıçrayış xarakterli səfərdir. Çünki müzakirə olunan mövzuların həm mahiyyətinə, həm formasına, həm məzmununa, bizim gəldiyimiz qərarlara əsasən bu səfər və razılaşmalar münasibətlərimizin gələcək inkişafı üçün əsas olacaq.

Dünən biznesforum çərçivəsində xeyli sənəd imzalanıb. Bu gün belə sənədlərin ümumi sayı iyirmiyə yaxındır. Şavkat Miromonoviçin dediyi kimi, Strateji tərəfdaşlığın dərinləşdirilməsi və qarşılıqlı fəaliyyətin genişləndirilməsi haqqında siyasi Bəyannamə çox qlobal xarakter daşıyır. Bu, mahiyyətcə gələcək fəaliyyətimizin yol xəritəsidir. Orada xarici siyasətimizin prioritetləri əksini tapıb, dövlətlərimizin ərazi bütövlüyünün, müstəqilliyinin, suverenliyinin qarşılıqlı dəstəklənməsi ifadə olunub, eləcə də həyat fəaliyyətinin müxtəlif istiqamətləri üzrə konkret məsələlər və hədəflər müəyyən edilib. Bu gün burada artıq bir neçə saat bir yerdə keçirdikdən sonra işləyəcəyimiz istiqamətləri daha da konkretləşdirdik. Tapşırıqlar verilib. Şavkat Miromonoviç artıq bu barədə ətraflı danışdı, mən həyat fəaliyyətinin müzakirə etdiyimiz istiqamətlərini təkrarlamaq istəmirəm. Əminəm ki, nəticələr olacaq. Çünki bu, prezidentlərin nəzarətindədir. Əminəm, müvafiq nazirlər, dövlət strukturlarının rəhbərləri yaxşı başa düşürlər ki, biz prezidentlər qarşıya qoyduğumuz məsələlərin yerinə yetirilməsinə nəzarət edəcək və onlardan cavab istəyəcəyik. Bu məsələlərin icrası isə ona gətirib çıxaracaq ki, ölkələrimiz arasında münasibətlər daha möhkəm olacaq, aramızda daha çox əməkdaşlıq və qarşılıqlı dəstək olacaq. Çünki bu gün Xəzər, Mərkəzi Asiya, Cənubi Qafqaz regionlarının sülhə və sabitliyə ehtiyacı var. Bunun əsası, əlbəttə ki, liderlərin siyasi iradəsi, eləcə də iqtisadi zəminlərdir. Fikrimcə, bu gün əmtəə dövriyyəsinin artırılması, investisiya layihələri, nəqliyyat-logistika istiqamətləri, kənd təsərrüfatında əməkdaşlığın dərinləşməsi ilə bağlı layihələr barəsində əldə etdiyimiz razılaşmalar - bütün bunlar həm əmtəə dövriyyəsinin artırılması, həm də ölkələrimiz və xalqlarımız arasında daha artıq əməkdaşlıq üçün gözəl imkanlar yaradacaq.

Hərbi və hərbi-texniki sahələrdə nəzərdə tutulan əməkdaşlığı xüsusi qeyd etmək istərdim. Bu sahə hər bir ölkə üçün, xüsusən bizim ölkələr üçün prioritet əhəmiyyət kəsb edir. Bizim yerləşdiyimiz regionlar təhlükəsizliyin və müdafiə qabiliyyətinin möhkəmlənməsi məsələlərinə gündəlik diqqət tələb edir. Buna görə də, düşünürəm ki, bu gün razılığa gəldiyimiz məsələlər yerinə yetiriləcək. Biz təcrübə mübadiləsi, hərbi-texniki sahədə, müdafiə istiqamətli təhsil sahəsində əməkdaşlıq üzrə fəal əlaqə saxlayacaq, həmçinin təhlükəsizliyimizi qarşılıqlı möhkəmlədəcək addımlarımızı planlaşdıracağıq.

Bu gün Bəyannamə imzalandı. Siyasi Bəyannamə mahiyyət etibarilə bizim münasibətlərimizi keyfiyyətcə yeni səviyyəyə çatdırır. Təbii ki, qarşılıqlı dəstək də olacaq - həm mövcud beynəlxalq təşkilatlar çərçivəsində, həm də ölkələrimizin və xalqlarımızın təhlükəsizliyi ilə bağlı bütün başqa məsələlər daimi diqqət tələb edir. Bu da olacaq. Ona görə ki, bundan ötrü siyasi iradə var.

Bu gün mən biz ərazi bütövlüyümüzü bərpa edərkən özbək xalqının və Özbəkistan Prezidentinin Azərbaycana göstərdiyi dəstəyi xüsusi qeyd etmək istərdim. Azərbaycanlılar bunu çox yaxşı bilir, qardaşlıq münasibətini xatırlayır və yüksək qiymətləndirirlər. Özbəkistan Prezidentinin sözləri, bizim Qələbəmiz münasibətilə təbrikləri - bütün bunlar, təbii ki, Azərbaycanda dost sözü, qardaş sözü kimi qəbul edilir. Biz bunu yüksək qiymətləndiririk və öz tərəfimizdən biz də bütün məsələlərdə Özbəkistanın, özbək xalqının yanındayıq. Bugünkü səfər buna daha bir sübutdur. Əslində, biz bu gün iqtisadi qarşılıqlı fəaliyyət, biznes strukturlarının əlaqələri, təhlükəsizlik, müdafiə qabiliyyəti ilə bağlı məsələlər, xarici siyasətlə bağlı təşəbbüslər, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi, humanitar sahə ilə, mədəniyyətlə bağlı məsələlər barədə danışırıq, yəni, sözün geniş mənasında bu gün bizim gələcək aktiv qarşılıqlı fəaliyyətimizin əsası qoyulur və əminəm ki, nəzərdə tutduqlarımızın hamısı yerinə yetiriləcək.

Çıxışımın sonunda qardaş özbək xalqını qazanılmış bütün nailiyyətlər münasibətilə bir daha təbrik etmək istərdim. Biz Özbəkistanda baş verənləri diqqətlə izləyirik. Sizin uğurlarınıza sevinirik. Sevinirik ki, Şavkat Miromonoviçin başladığı islahatlar artıq nəticə verir. Aydındır ki, belə fundamental islahatlar üçün vaxt lazımdır. Lakin qısa müddətdə əldə edilənlər, əvvəla, Prezidentin iradəsindən xəbər verir, göstərir ki, özbək xalqı bu təşəbbüsləri dəstəkləyir və həmin təşəbbüslər nəticə verir. Bu, təkcə statistikada görünmür, əminəm ki, Daşkəndi ziyarət edən hər kəs bunu görür. Mən Daşkənddə əvvəllər olmuşam və bugünkü dəyişiklikləri görəndə ürəkdən sevinirəm ki, qardaş ölkə uğurla inkişaf edir, burada sülh, asayiş, sabitlik, iqtidarla cəmiyyətin vəhdəti mövcuddur - bunlar hər bir dövlətin inkişafı üçün əsas amillərdir. Əlbəttə, Prezidenti təbrik etmək istərdim ki, onun nəzərdə tutduğu işlərin hamısı yerinə yetirilir və əminəm ki, tamamilə yerinə yetiriləcək. Bu nailiyyətlər münasibətilə qardaş özbək xalqını da təbrik edirəm. Həmçinin əminəm ki, bu gün iki Prezidentin öz nümayəndə heyətlərinə verdiyi bütün tapşırıqlar yerinə yetiriləcək. Əlbəttə, onlar bilirlər ki, tələb ciddi olacaq, biz ciddi nəzarətçilərik, səhvləri bağışlamayacağıq, amma yaxşı nəticələr olsa onları tərifləməyə şad olarıq.

Hörmətli Şavkat Miromonoviç, belə xoş münasibətə, qonaqpərvərliyə görə bir daha sağ olun, qardaş özbək xalqına firavanlıq, bundan sonra da inkişaf arzu edirəm. Sağ olun.

x x x

Prezident Şavkat Mirziyoyev: İlham Heydər oğlu, bizim islahatları bu cür dəstəklədiyinizə görə bir daha çox sağ olun. Əlbəttə, bizim bugünkü razılaşmalarımız onu göstərir ki, biz bugünkü nailiyyətlərimizi gələcəkdə real həyata tətbiq edəcəyik. Siz çox düzgün olaraq qeyd etdiniz ki, bu gün görülən bütün işlər iki xalqın rifahı naminədir. Biz çox gərgin dövrdə yaşayırıq. Əlbəttə, bu gün hər bir ölkə sabahkı gün barədə düşünür və Siz düzgün olaraq dediniz ki, bu gün xalq bizim Özbəkistanda həyata keçirdiyimiz islahatlara etibar edir və əlbəttə, bu islahatların böyük perspektivi var. Bu cür qısa müddətdə heç bir ölkədə belə nəticələrə nail olmaq mümkün deyil. Bununla əlaqədar biz öz dostlarımızla, o cümlədən Azərbaycanla elə münasibətlər qurmaq istəyirik ki, həqiqətən strateji istiqamətləri ehtiva etsin. Azərbaycanda İlham Əliyevin rəhbərliyi ilə islahatlar sahəsində çox iş görülüb. Əlbəttə, biz də bunu görür və yaxın qonşular kimi həmişə sevinirik. Biz də Siz başda olmaqla Azərbaycan xalqına arzu edirik ki, hər şey reallaşsın və bizim dost ölkəmiz olan Azərbaycan firavanlaşsın.

Bir daha demək istəyirəm, biz öz komandamıza bunu həqiqətən qəti şəkildə dedik ki, nəticələr çox ciddi olacaq. İlham Heydər oğlunun dediyi kimi, həm cəzalandıracaq, həm də həvəsləndirəcəyik. Nəyə görə? Ona görə ki, bilirsiniz, bu gün biz ümumiyyətlə öz imkanlarımız və bizim bugünkü əməkdaşlığımızın vəziyyəti barədə çox diqqətlə, çox etimadla, açıq danışdıq. Bilirsiniz, elə bir istiqamət yoxdur ki, o istiqamətdə biz əməkdaşlıq edə bilməyək və orada nəticə olmasın. Sadəcə, bu gün iki Prezidentin möhkəm siyasi iradəsi var və bu gün biz iki Prezidentin həmin iradəsini bizim komandanın məsuliyyətinə əlavə etdik. Düşünürəm ki, komandanın üzvləri, həm Özbəkistan, həm də Azərbaycan tərəfinin nümayəndə heyətinin üzvləri düzgün nəticələr çıxaracaq və dediyim kimi Səmərqənddə görüş tarixi, nəticəli görüş olacaq. Nəticə necə olacaq? Biz öz qarşılıqlı münasibətlərimizi genişləndirməli və həqiqətən yeni platforma, yeni istiqamətlər yaratmalıyıq. İlham Heydər oğlunun dediyi kimi, bu yol xəritəsi real həyata keçirilməlidir. Biz həmin xəritəni tamamlayanda və bir-birimizi başa düşəndə bu, bizim gələcək münasibətlərimizin rəhni olacaq. Əgər biz yol xəritəsini tamamlasaq və düzgün yol xəritəsi qəbul etsək, 2023-cü il nəticəli il olacaq. Düşünürəm ki, gələcək görüşlərimizdə bu nəticə göz qabağında olacaq.

İlham Heydər oğlunu və bütün Azərbaycan xalqını bir daha səmimi qəlbdən salamlamaq və uğurlar arzu etmək istəyirəm.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Vitkoff və Kuşner Ukrayna nümayəndə heyəti ilə görüşəcəklər

Fransada məktəb etirazları zamanı 500-dən çox insan saxlanılıb

ABŞ İran neftinə görə 17 gəmi və şirkətə sanksiya tətbiq edib

Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb

Alman rejissor: Biz Azərbaycanın özünəməxsus səsini və ruhunu musiqi vasitəsilə göstərmək istədik

Üzgüçülük və digər su idman növlərinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

Sahibə Qafarova Tanzaniyada Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin koordinasiya iclasına sədrlik edib

“Kosmik hava: kritik infrastruktur üçün təhlükələr və proqnozlaşdırma problemləri” – ustad dərsi

Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib

Türkiyə mediası Azərbaycan Prezidentinin Türkmənistana səfərini geniş işıqlandırıb

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

Frankfurt sərgisi çərçivəsində Azərbaycanın nəşriyyat təmsilçilərinin işgüzar görüşləri təşkil olunub

Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib

Fəxrim Quluzadə: Yeni nəsil memarlara akustik komfort prinsiplərini öyrətmək vacibdir

Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək

Böyük Britaniya məhkəməsi Endryunun evlərində aparılan axtarışları qanunsuz hesab edib

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır ŞƏRH

Cəbrayılda 2-ci mina partlayıb, bu gün yaralanmış şəxsin atası xəsarət alıb – YENİLƏNİB

Qəzənfər Əhmədov: Azərbaycanda itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində işlər Prezident İlham Əliyevin daimi diqqəti ilə həyata keçirilir

Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb

Fransada asayiş əməliyyatlarında xüsusi vasitələrdən istifadə edilməsi gündəmdədir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Bakıda Beynəlxalq Akustika Mühəndisliyi Forumu işə başlayıb

Naxçıvanda yeni investisiya layihələrinin reallaşdırılması imkanları müzakirə olunub

Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir

Anar Əliyev: Azərbaycan BMT ilə sıx və davamlı tərəfdaşlığa xüsusi önəm verir

Qazaxıstanlı ekspert: TRIPP Naxçıvan vasitəsilə Orta Dəhlizin imkanlarını genişləndirəcək

Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib

Ceyd Makkeyb: Qarabağda dağıntıların və bərpa-quruculuq işlərinin şahidi olduq

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

Tramp administrasiyası “Microsoft”un xarici işçilər üçün “Green Card” müraciətlərini dayandırır

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Azərbaycan Milli İncəsənət Muzeyində “Əksetmə” adlı fotosərgi açılıb

Azərbaycanın Mərkəzi Asiya ilə yeni strateji xəritəsi - ŞƏRH

ADPU-da magistr dissertasiyalarının keyfiyyətinin artırılması prioritetlər sırasındadır

Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir

Şəmkirdə bazarda nöqsanlar aşkarlanıb

NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır -  REPORTAJ  VİDEO

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır - REPORTAJ VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında 5-ci medalını qazanaraq tarixi rekorda imza atıb

Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşü: Rəsmi Bakı diqqət mərkəzində - TƏHLİL

Neft qiymətləri yenidən kəskin yüksəlib

Şahbuzda vətəndaşların kənd təsərrüfatı ilə bağlı müraciətləri dinlənilib, təsərrüfatlara baxış keçirilib

Xaçmazda qəhvəyi mərmər bağacığının qışlama dövrü ilə əlaqədar kompleks mübarizə tədbirləri görülür

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

AzTU-da Türk Aviasiya və Kosmik Sənaye Şirkətinin “LIFT UP” proqramı təqdim edilib

Maliyyə Monitorinq Xidmətinin hüquq-mühafizə orqanlarına göndərdiyi məlumatların sayı 30 faiz artıb

Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müəyyən edilib

Leysan olacaq, dolu düşəcək, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıblar

“Dəfn yerlərindən identifikasiyaya: Milli yanaşmalar və qabaqcıl təcrübələr” - Panel sessiya

İncəsənət məktəblərinə direktor və direktor müavini vəzifələri üzrə müsahibələrin vaxtı açıqlanıb

Maliyyə Monitorinq Xidmətinə 20 ölkənin xarici maliyyə kəşfiyyatı orqanından 32 sorğu daxil olub

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında inteqrasiya qeyri-neft ixracı və rəqəmsallaşma üzrə yeni mərhələyə keçir – ŞƏRH

Prezident İlham Əliyev Avazada geoiqtisadi planlar irəli sürdü – TƏHLİL

“Akustik Qrup”un baş direktoru: Bakı müxtəlif regionlardan mütəxəssisləri bir araya gətirmək üçün əlverişli məkandır

Türkmən şairinin Azərbaycandakı divanı - ədəbi əlaqələrdə yeni mərhələ

Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyib

Fərid Bağırov: Gənclərin birgə yaradıcılığı inklüzivliyin gücünü göstərəcək

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi –  ŞƏRH  VİDEO

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi – ŞƏRH VİDEO

TÜRKPA-ya üzv dövlətlər arasında vahid informasiya məkanının yaradılması diqqət mərkəzində

Azərbaycan dövlət idarəçiliyi məktəbi: Əziz Əliyev fenomeni

Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

“Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində yeni müraciətlərin qəbuluna start verilib

ADAU-da 2026–2030-cu illər üzrə strateji inkişaf planına dair təlimlərə başlanılıb

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib

Gəncənin mədəni irsi gənclərin gözü ilə: Nizami Gəncəvinin 885 illik yubiley forumu

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Gəncə ilk dəfə voleybol festivalına ev sahibliyi edir

BMU tələbələrinə “4Sİ Akademiyası - Milli Proqram”ın imkanları barədə məlumat verilib

“Tərsinə irəliləyən zaman” inklüziv tamaşası qrant müsabiqəsinin qalibi olub

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Qazaxıstanda iki süni intellekt mərkəzi yaradılacaq

Maliyyə Monitorinq Xidmətində qeydiyyatdan keçən öhdəlik daşıyan şəxslərin sayı 48,3 faiz artıb

Növbəti seminar - “Dilimiz milli-mədəni kimliyimizin təməlidir”

Azərbaycanda süni intellekt sahəsində hüquqi və institusional çərçivə formalaşdırılır

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

Aqrar sahənin hüquqi bazası möhkəmlənir: sahibkarlar yeni qanun layihəsini necə qiymətləndirir?

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Düşənbədə “ŞƏT-in nəqliyyat və logistikası” beynəlxalq sərgisi keçiriləcək

Estoniya 195 milyon avro dəyərində silah və sursat alacaq

Dünya Bankı ilə rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanları dəyərləndirilib

Türkiyədə Het çarlığı dövrünə aid mixi yazılı lövhələr aşkarlanıb

® “Yango Group”un biznesin inkişafı üzrə direktoru: Bu gün regionda 20 milyondan çox insan məhsullarımızdan istifadə edir

“Azərkosmos” peyk və 5G texnologiyalarının inteqrasiyası ilə bağlı vörkşop təşkil edib

“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb

“Zəfər yolçuları”: Qəhrəmanlıq dastanını gələcək nəsillərə daşıyan yeni nəşr

Azərbaycanda 150 kilovatdan yuxarı bərpaolunan enerji layihələrinin inkişafı üçün yeni layihəyə start verilib

Qara dənizdə PUA ilə vurulan gəmidə 10 nəfər itkin düşüb

Azərbaycan Kubokunda daha üç oyun keçirilib

Aygün Attar: Azərbaycan beynəlxalq münasibətlərdə təşəbbüskar aktor kimi mövqeyini gücləndirir

BƏƏ Qəzzada 600 min insanın su təminatına dəstək olub

“AzerGold”un rəhbəri “Yüksəliş”in qalibi ilə fəaliyyətin səmərəli planlaşdırılmasına dair təcrübəsini bölüşüb

Mərakeşdə Fəs Sufi Mədəniyyəti Festivalı təşkil olunacaq