Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tokioda keçirilən “JFEX-2022” beynəlxalq sərgisində Azərbaycan ilk dəfə böyük stendlə təqdim edilir VİDEO

Tokio, 22 iyun, AZƏRTAC

İyunun 22-də Tokionun möhtəşəm “Big Sight” sərgi salonunda açılan “Japan Food Expo Fair-2022” ( JFEX-2022) beynəlxalq sərgisində Azərbaycan şirkətləri ilk dəfə böyük stendlə təqdim edilir.

AZƏRTAC xəbər verir ki, Yaponiyanın “TET International Development Co.LTD” şirkətinin təşkilatçılığı ilə keçirilən sərgidə ölkəmizin “Made in Azerbaijan” brendi ilə tanınan yüksəkkeyfiyyətli, xüsusi orqanik məhsulları həm bu gündoğar ölkənin, həm də Asiya regionunun şirkətlərinə təklif olunur.

Qeyd edək ki, “JFEX-2022” beynəlxalq sərgisi Asiya regionunun qida məhsulları və içkilər üzrə ən böyük sərgilərindən biri hesab edilir. Təşkilatçıların bildirdiyinə görə, koronavirus pandemiyasının enişə doğru getdiyi vaxtda təşkil olunan sərgidə dünyanın, o cümlədən Yaponiyanın 1500 yaxın şirkəti iştirak edir. Üç gün davam edəcək sərgiyə on minlərlə ziyarətçinin gələcəyi proqnozlaşdırılır.

“JFEX-2022” sərgisində Azərbaycan şirkətlərinin yüksək səviyyədə təmsil olunduğunu qeyd edən “TET International Development Co.LTD” şirkətinin prezidenti Taro Savada AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə deyib: “Bu sərgidə iştirak edən Azərbaycan şirkətləri yüksək baxışa malik, ölkə daxilində uğur qazanan və xaricə, xüsusən də Asiya bazarına çıxmaqda maraqlı olan şirkətlərdir. Çox şadam ki, yapon xalqı zaman keçdikcə möhtəşəm Azərbaycan haqqında daha məlumatlı olmağa başlayıb.

Ötən il paytaxt Tokioda və Osakada təşkil olunmuş üç sərgidə Azərbaycan məhsullarını artıq nümayiş etdirmişik. Budəfəki sərgi isə Yaponiyada təşkil edilən ərzaq məhsullarının və içkilərin ən böyük sərgilərindən biridir. Bu tədbirə Yaponiyanın hər yerindən təxminən 15 min alıcının qatılacağı gözlənilir. Planlaşdırdığımız kimi, Azərbaycan stendi üç tərəflidir və təqribən 55 kvadratmetr sahəni əhatə edir. Burada Azərbaycan məhsullarının təqdimatı üçün mükəmməl şərait yaratmağa çalışmışıq. Sərgidə iştirak edən şirkətlərin təqdim etdiyi şərab, nar şirəsi, fındıq, xurma qurusu, müxtəlif çeşiddə digər quru meyvələr, bal, ədviyyatlar və başqa məhsullar burada yer alıb. Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO, Azərbaycan Sahibkarlar Federasiyası (ASK) və “Ailə Biznesinə Asan Dəstək” (ABAD) şirkətinin dəstəyi ilə iştirakçı şirkətlərin nümayəndələri də sərgiyə qatılmaq üçün Tokioya gəliblər. Bu, həmin şirkətlərin Yaponiya bazarına daxil olması üçün böyük imkan deməkdir. Arzumuz Yaponiya bazarını Azərbaycanın hər yerindən mallarla təmin etməkdir. Düşünürəm ki, Yaponiya bazarında əldə ediləcək uğur və təcrübə ilə digər ölkələrin bazarlarına daxil olmaq nisbətən asan olacaq”.

Beynəlxalq sərginin Azərbaycanın orqanik məhsullarının tanıdılması baxımından əhəmiyyətini qeyd edən “AZGRANATA” şirkətinin ixrac departamentinin müdiri Tural Hacıyev isə bildirib ki, bu günədək dünyanın 20-dək ölkəsinə şirkətin məhsullarını satırlar: “Təəssüf ki, həmin ölkələr sırasında Yaponiya yox idi. Bu gün isə “TET International Development Co.LTD” şirkətinin yardımı ilə ilk dəfə məhsullarımızı yapon alıcılara təqdim edirik. Ümid edirik ki, “Made in Azərbaijan” brendi ilə dünyaya səs salan məhsullarımız Yaponiya bazarında da özünə yer tutacaq. Yerli şirkətlərlə müqavilələr imzalayaraq, Yaponiyaya da məhsullarımızı ixrac edəcəyik”.

Artıq bir ildir ki, Zaqatalanın “AHEC” şirkətinin məhsullarını Yaponiya bazarına ixrac etdiklərini xatırladan şirkətin təsisçisi İsmayıl Orucov isə qeyd edib ki, sərgiyə qatılmaqda məqsəd yeni alıcı şirkətlərin müəyyən olunmasıdır: “Ümid edirik ki, “JFEX-2022” sərgisi bizə Yaponiyada və ətraf ölkələrdə yeni tərəfdaşlar tapmağa yardım edəcək. Belə möhtəşəm sərgiyə gəlməyə göstərdiyi köməyə görə “TET International Development Co.LTD” şirkətinin rəhbərliyinə minnətdarlığımı bildirirəm. Azərbaycan fındıq məhsulunun istehsalı və ixracatçısı kimi dünyada ilk beşliyə daxildir. Yaponiya da bizim alıcılar sırasında xüsusi yer alır. Çalışacağıq ki, “Made in Azerbaijan” brendi ilə tanınan məhsullarımızın ixrac coğrafiyasını daha da genişləndirək”.

“JFEX-2022” beynəlxalq sərgisində iştirak etməyin rəhbərlik etdiyi “ECODRY” şirkəti üçün də faydalı olacağına inandığını vurğulayan şirkətin direktoru İsaməddin Dəmirov isə bildirib ki, əvvəllər bir çox beynəlxalq sərgilərə qatılsalar da, ilk dəfə Yaponiyaya gəliblər: “Şirkətimizin “fayda+əmtəə” nişanı altında istehsal etdiyi məhsulları sərgidə yapon alıcılara təqdim edirik. İlk dəfədir Yaponiyada belə böyük qida və içkilər sərgisində məhsullarımızı “Made in Azerbaijan” brendi altında nümayiş etdiririk. Sərginin ilk günü olmasına baxmayaraq, ziyarətçilər Azərbaycan məhsullarına böyük maraq göstərirlər. İnanırıq ki, uğurlu nəticələr əldə edə biləcəyik. “TET International Development Co.LTD” şirkətinə sərgiyə qatılmağa göstərdiyi dəstəyə görə minnətdarlığımızı bildiririk”.

Üç gün davam edəcək sərgi iyunun 24-də başa çatacaq.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

Tokioda keçirilən “JFEX-2022” beynəlxalq sərgisində Azərbaycan ilk dəfə böyük stendlə təqdim edilir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yüksək nəticə göstərən 300 tələbəyə “Gələcəyin müəllimi” təqaüdü verələcək

BMU magistrantı Çində minillik freskaların süni intellektlə bərpasını araşdırıb

Tağlar mağarasında arxeoloji tədqiqatların üçüncü mövsümü başlanıb

® “Ziraat Bank Azərbaycan” 15 milyon manat həcmində istiqraz emissiyasını təqdim edir!

Azərbaycan komandası Qazaxıstanda gənc yol hərəkəti müfəttişlərinin toplantısında iştirak edəcək

Bakıda axşam konsertləri keçirilir

BDYPİ: Velosiped sürərkən mobil telefondan istifadə etmək yolverilməzdir

Dünya birjalarında qızıl ucuzlaşıb, gümüş bahalaşıb VİDEO

Dünya birjalarında qızıl ucuzlaşıb, gümüş bahalaşıb VİDEO

Neft bahalaşıb VİDEO

Neft bahalaşıb VİDEO

Azərbaycanın bir neçə bölgəsinə elektrik enerjisinin verilişi dayandırılacaq

Bakıda sıxlıq olan yollar açıqlanıb

Çin “Delfin” qasırğası ilə əlaqədar bir milyondan çox insanı təxliyə edib

Yəmən ordusu: Husilərin hücumu nəticəsində 7 nəfər ölüb

İsrail Livanın cənubuna hücumlarını davam etdirir

Hörmüz boğazının açılmasının qeyri-müəyyən qalması fonunda neft qiymətləri artıb

Rəsmi Dəməşq və Moskva Suriyadakı hərbi bazalar ilə bağlı razılığa gəlib

ABŞ hərbçiləri İranın blokadasının davam etməsi üçün 55 gəminin istiqamətini dəyişdiriblər

Netanyahu: İsrail Trampın Qəzza ilə bağlı 15 bəndlik planını rədd edir

Cəlilabadda transformator partlayıb, ətraf ərazidə yanğın baş verib

Bir il sonra: Vaşinqton razılaşmaları Azərbaycanı hansı yeni geosiyasi mərhələyə çıxardı?

Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib

Rusiya ərazisində 285 Ukrayna dronu məhv edilib

Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla üçüncü yerdə başa vurublar

Almaniya dron hücumlarından müdafiə qüvvələrini ikiqat artırır

Yasamal və Nərimanov rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Bakıda 11 marşrut xəttinin dayanacaq məntəqələri müvəqqəti dəyişdiriləcək

Həsən Seyidbəyli küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Moskvaya yaxınlaşarkən vurulan dronların sayı altıya çatıb

Vuçiç: Avropa böyük bir müharibənin astanasındadır

Türkiyənin Qara dəniz sahilində ekipajsız kater məhv edilib

Bu saata olan əsas xəbərlər

İran parlamentində Hörmüz boğazı ilə bağlı yeni qanun layihəsi təsdiqlənib

Dünya əhalisinin 6 faizini təşkil edən yerli xalqlar iqlim dəyişikliyinin təhdidi altındadır

Xətai rayonunda baş verən yanğın söndürülüb - YENİLƏNİB

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi keçirilib

Aqrar sığorta üzrə müstəqil ekspert sertifikatı üçün test imtahanı təşkil edilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

İmişlidə Araz çayında batan şəxsin meyiti tapılıb - YENİLƏNİB 2

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub

Suriya ilə Rusiya hərbi bazaların gələcəyi ilə bağlı memorandum imzalayıb

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri

İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Cənubi Qafqazda köhnə münaqişə reallığı tarixə qovuşur, yeni siyasi-iqtisadi düzən formalaşır - ŞƏRH

Qazaxıstanda sərnişin avtobusu yanıb

Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur

Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib

Rektor: Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşü regionda sülhün və təhlükəsizliyin təməlini qoydu

Azərbaycan-Ermənistan münasibətləri artıq siyasi bəyanatlardan praktik əməkdaşlıq mərhələsinə keçir ŞƏRH

Yəmənin Mokha limanına raket və dron hücumu təşkil edilib

Almaniyada infrastrukturun dronlardan qorunması üçün yeni tədqiqat mərkəzi yaradılır

Sumqayıtda yaşayış binasında yanğın söndürülüb, 6 sakin təxliyə edilib

Avqustun 10-da hava necə olacaq? - PROQNOZ

Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur

Sinqapur Respublikasının Prezidenti Zati-aliləri cənab Tarman Şanmuqaratnama

Xarkova hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var

Şəhid Elcan Məmmədovun atası: O, mənim yarımçıq qalmış missiyamı ən ali səviyyədə tamamladı

“Yay Fest 2026”nın “Müasir şəhərlər və texnologiya” düşərgəsi başa çatıb

Vaşinqtonda keçirilən tarixi görüşlər Cənubi Qafqazın siyasi tarixində yeni mərhələnin başlanğıcını qoydu ŞƏRH

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Finlandiya Ukraynaya “Patriot” raketləri verməkdən imtina edib

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

“Atletiko” dünya çempionunu 20 milyon avroya satıb

Qaziantepdə 4,5 bal gücündə zəlzələ olub

“Qalatasaray” rusiyalı futbolçunun transferi üçün “Lokomotiv”lə anlaşıb

Neymar yenidən Messi ilə komanda yoldaşı ola bilər

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

Belqorod vilayətinə dron hücumu olub, 13 nəfər yaralanıb

Siciliya sahillərində Roma imperiyasına aid batmış gəmi tapılıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO