Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

DTX-nin şanlı Qələbədəki rolundan bəhs edən “Qartal Zirvədə” filminin təqdimatı olub VİDEO

Bakı, 24 dekabr, AZƏRTAC

Onlar Vətən müharibəsində məxfi əməliyyatlarla tarix yazdılar, Xəzər Media Mərkəzinin hazırladığı “Qartal Zirvədə” sənədli filmi ilə isə əbədi olaraq Azərbaycan xalqının qəhrəmanlıq yaddaşında qalacaqlar.

AZƏRTAC xəbər verir ki, bu fikir Xəzər Media Mərkəzinin Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Vətən müharibəsindəki şanlı Qələbədəki roluna həsr etdiyi və tamaşaçı auditoriyasının böyük marağına səbəb olan “Qartal Zirvədə” sənədli filmində səsləndirilib.

DTX-nin Mədəniyyət Mərkəzində keçirilən təqdimat mərasimində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezidentin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev, media qurumlarının rəhbərləri, eləcə də DTX-nin ali zabit heyəti və əməkdaşları iştirak ediblər.

Tədbir Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Mərasimdə çıxış edən Xəzər Media Mərkəzinin baş direktoru Murad Dadaşov tədbirin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin doğum gününə təsadüf etdiyini vurğulayıb, “Qartal Zirvədə” sənədli filminin çəkilməsinin əsas məqsədlərindən danışaraq deyib: “Siz filmdə maraqlı məqamlar görəcəksiniz. Hamımız görəcəyik ki, Qələbə 44 gün ərzində deyil, bütün bu illər ərzində qazanılıb. Prezident İlham Əliyev bu müddət ərzində qüdrətli Ordumuzu yaradırdı. Bu qüdrətli Ordu bu gün öz təntənəsini qeyd edir”.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev Vətən müharibəsində şanlı Zəfərin qazanılmasında DTX-nin şərəfli fəaliyyətindən söz açıb. DTX-nin əməkdaşlarının Vətən müharibəsində qəhrəmanlıq nümunələri göstərdiklərini vurğulayan Əli Nağıyev onların yüksək orden və medallarla təltif olunduqlarını diqqətə çatdırıb. Xidmət rəisi “Qartal Zirvədə” sənədli filminin çəkilməsinə görə Xəzər Media Mərkəzinə təşəkkürünü bildirərək qeyd edib: “Böyük iftixarla qeyd edirəm ki, bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin sıralarında altı Vətən Müharibəsi Qəhrəmanı xidmət edir. Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin əsas məqamları bu film vasitəsilə cəmiyyətə hərtərəfli çatdırılıb və ictimaiyyət əməkdaşlarımızın müharibə dövründə göstərdikləri yüksək əzm və fədakarlıqlarla daha yaxından tanış olub”.

Çıxışlardan sonra Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev “Qartal Zirvədə” sənədli filminin ideya müəllifi, Xəzər Media Mərkəzinin baş direktoru Murad Dadaşovu “Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi” yubiley medalı ilə təltif edib.

Filmin müəllifi Rüstəm İbadova və rejissoru Aslan Qarayevə hədiyyələr təqdim olunub.

Sonra “Qartal Zirvədə” sənədli filmi nümayiş etdirilib.

Vətən müharibəsində DTX-nin həyata keçirdiyi məxfi əməliyyatların təfərrüatları ilə tamaşaçılar ilk dəfə bu sənədli ekran əsərində tanış olublar. Filmdə qeyd olunan faktlar və maraqlı görüntülər böyük maraqla qarşılanıb.

DTX-nin şanlı Qələbədəki rolundan bəhs edən “Qartal Zirvədə” filminin təqdimatı olub VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Slovakiya XİN rəhbəri: Sanksiyalar Rusiya-Ukrayna böhranının həllinə kömək etməyəcək

Qırmızı dənizdə batan yük gəmisində 21 min ton gübrə olub

İnanıram o parlaq günə

FIFA göy vərəqənin tətbiqinin əleyhinədir

İtaliyada kiçik təyyarə qəzaya uğrayıb, pilot və sərnişin həlak olub

Ağdərədə ilk dəfə buraxılış imtahanı keçiriləcək

Bu gün 52 mindən çox XI sinif şagirdi buraxılış imtahanı verəcək

Göygöldə ağır yol qəzası: 1 nəfər ölüb, 3 nəfər yaralanıb

Qırmızı dənizdə quru yük daşıyan gəmi batıb

Alimlər hansı hava şəraitinin insult riskini artırdığını müəyyən ediblər

İtaliya gəmisi Qırmızı dənizdə husilərin PUA-sını vurub

Hakim İspaniya çempionatının matçında "Real Madrid"i qələbədən məhrum edib

Çexiya hakimiyyəti etiraz aksiyaları keçirmək istəyən fermerlərin tələblərini təmin etməyə çalışır

Yanvarda AKİA tərəfindən 58 kənd təsərrüfatı texnikasının satışı maliyyələşdirilib

Xankəndi–Bakı ultra marafonu: Ucardan start götürən üçüncü mərhələ Hacıqabulda başa çatıb FOTO

Almaniya Kansleri Qərb ölkələrinin hərbçilərinin Ukraynaya göndərilməsinə qarşı çıxıb

Maldiv adalarında dənizdə batan qayıqdan 13 nəfər xilas edilib

HƏMAS İsraillə danışıqları davam etdirməyə hazır olduğunu açıqlayıb

Kənd təsərrüfatı məhsullarının ixracı dəyər ifadəsində 12,1 faiz artıb

Azərbaycan və Gürcüstanın qadın şahmatçıları arasında növbəti yoldaşlıq görüşü keçirilib

Şair Sahib Məmmədov: Nə qədər varıq, kitablar da bizimlə birgə var olacaq

Türkiyə Superliqası: "Fənərbağça" səfərdə vacib üç xal qazanıb

Samuxda 2000 ağac əkilib

Azərbaycan QHT-ləri Xarici Əlaqələr üzrə Alman Şurası və Konrad Adenauer Fondunun rəhbərlərinə açıq məktub ünvanlayıb

Azərbaycan Kuboku: "Sabah" və "NTD-İndiqo" qalib gəlib

Azərbaycanın xarici işlər naziri qazaxıstanlı həmkarı ilə görüşüb

Ceyhun Bayramov: COP Üçlüyü çərçivəsində Braziliya ilə əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanlar var

Beynəlxalq Muğam Mərkəzində Rusiya Elmlər Akademiyasının 300 illiyi qeyd olunub

Kənd təsərrüfatı məhsullarının istehsalı artıb

Bastiada korsikalılar Fransa repressiyasına qarşı etiraz nümayişi keçiriblər YENİLƏNİB VİDEO

Kamera və Orqan Musiqisi Zalında Eynaudinin əsərləri səsləndirilib

COP29 çərçivəsində TDT ilə mümkün əməkdaşlıq sahələri nəzərdən keçirilib

Premyer Liqa: "Sabah" evdə “Araz-Naxçıvan”ı məğlub edib

DİN narkotik vasitələr və onun fəsadları barədə maarifləndirici qısametrajlı film hazırlayıb VİDEO

Artan yük tələbatını qarşılamaq üçün Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin modernləşdirilməsi işləri yekunlaşır

Antalya Diplomatiya Forumunda Avrasiya ölkələri arasında inkişaf prespektivləri müzakirə olunub

Əlcəzairdə Qaz İxrac Edən Ölkələr Forumunun 7-ci Sammiti işə başlayıb

Ceyhun Bayramov: Türkiyə ilə Azərbaycan arasında dünyada bənzəri olmayan münasibətlər mövcuddur

Azərbaycan etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir ŞƏRH

Azərbaycanın xarici işlər naziri Antalyada mediaya açıqlama verib

Lavrov: Rusiya-Ermənistan münasibətlərində çox şeyi dəyişmək lazımdır

Milli Məclis sədrinin müavini: Azərbaycan enerji təhlükəsizliyinin qarantıdır

Vəkillər Kollegiyasında Almaniya Bundestaqının nümayəndə heyəti ilə görüş keçirilib

Müharibə Xarkov şəhərinə təxminən 10 milyard ABŞ dolları dəyərində ziyan vurub – AZƏRTAC-ın XÜSUSİ REPORTAJI VİDEO

Sergey Lavrov: Moskva üçtərəfli bəyanatların nəzərdə tutduğu məsələlərin həllinə kömək göstərməyə hazırdır

Azərbaycan cüdoçuları “Böyük Dəbilqə”nin ikinci günündə də medal qazana bilməyiblər

Moldova Baş nazirinin müavini Azərbaycan-Ermənistan sülh prosesinin perspektivləri barədə məlumatlandırılıb

Azərbaycan Premyer Liqası: “Zirə” - “Turan Tovuz” oyununda qalib müəyyənləşməyib

Veysi Kurt: BTQ-nin tam gücü ilə işə salınması ölkələrimizin iqtisadiyyatının güclənməsinə səbəb olacaq

Kanada Namizədlər Turnirinə ev sahibliyi etmək hüququnu itirə bilər

® “Azercell”in dəstəyilə “Robotex Türkiyə”nin regional yarışlarına start verilib

Tahir Budaqov: Azərbaycan-Türkiyə qardaşlıq əlaqələri partiyalararası münasibətlərin də güclənməsinə şərait yaradıb

Xocalıda kütləvi məzarlıqda aşkar edilmiş insan qalıqlarının sayı 13-ə çatıb

Azərbaycan “mavi yanacaq” ixracı coğrafiyasını daha da genişləndirir ŞƏRH

Cənub Qaz Dəhlizi: Azərbaycanın strateji baxışı

Böyük Britaniyada qızılca epidemiyası təcili vaksinləmə kampaniyasını zəruri edib

Kəlbəcərdə yük maşını aşıb, sürücü ölüb

Ceyhun Bayramov iraqlı həmkarını bölgədə mövcud vəziyyət barədə məlumatlandırıb

Koksaki virusu və onun əlamətləri

Beynəlxalq Qadınlar Günü ərəfəsində şəhid və qazi analarının iştirakı ilə tədbir keçirilib

Rəşad Sadıqov: “Qarabağ”ın “Bayer”i keçəcəyinə inanıram

Azərbaycan gimnastları Almaniyadakı turnirdə bürünc medal qazanıblar

“Barselona” ötən il forma satışından ən çox gəlir əldə edən klub olub - SİYAHI

İsmayıllı və Qəbələdə vətəndaşlardan 16 tüfəng götürülüb

"Avropa Bilik Yarışması"nın qalibləri mükafatlandırılıb

Bakıda Azərbaycan Pulmonologiya Simpoziumu keçirilib

“Neftçi”nin üç futbolçusu “Qarabağ”la matçı buraxacaq

Peter Mixalko: “Avropa Bilik Yarışması”na Azərbaycanda gənclər arasında böyük maraq var

Cənub Qaz Dəhlizi beynəlxalq əməkdaşlığın unikal formatını əks etdirən platformaya çevrilib ŞƏRH

Azərbaycan Bakı-Tbilisi-Qars ilə bağlı yaradılacaq müəssisədə 50 faiz pay sahibi olacaq

Husilərin hücumuna məruz qalan Britaniya gəmisi Qırmızı dənizdə batıb

COP üzrə dünyanın ən nüfuzlu ekspertləri Qlobal Bakı Forumunda bir araya gələcəklər

Sədr: BTQ-nin modernləşdirilməsi üzrə işlərin 95 faizi başa çatdırılıb

Naxçıvanda ilin ilk ağacəkmə aksiyası keçirilib

Ərəb mediası: İsrail və HƏMAS atəşkəs və girovların mübadiləsi sxemi üzrə razılıq əldə ediblər

Serdar Kılıc: Türkiyə Ermənistanla normallaşma prosesini Azərbaycanla sıx koordinasiyada davam etdirir

Bakıda “Heydər Əliyev irsi, qadın siyasəti” mövzusunda konfrans keçirilib

BMT “Quran”ın yandırılması faktlarına görə İsveçi tənqid etməyib

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Ə.A.Rəsulovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İmişli sakini tonqala düşərək ölüb VİDEO

Ermənipərəst senatorla korrupsiya əlaqəsinə girmək istəyən biznesmen təqsirini etiraf edib

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub

Səhiyyə Nazirliyi Gəncədə “İlk tibbi yardim - ikinci həyata addim” adlı fləş-mob keçirib

“Qarabağ” – “Bayer” oyunu üçün satılan biletlərin sayı açıqlanıb

Azərbaycanla Lüksemburq arasında əməkdaşlıq əlaqələri müzakirə edilib

Naxçıvanda Təcili Tibbi Yardım Mərkəzinin əməkdaşları təlimlərə cəlb olunublar

Moldova ilə potensial əməkdaşlıq məsələləri müzakirə olunub

Kanalda batması ehtimal olunan azyaşlının axtarış-xilasetmə tədbirləri davam edir VİDEO

Musiqi məktəbinin sazçalanlar ansamblı Gəncə Dövlət Filarmoniyasının səhnəsində çıxış ediblər

İşğaldan azad olunan ərazilərdə işəgötürənlərin kadr ehtiyaclarının qarşılanması üzrə görüləcək birgə işlər müzakirə olunub

Xarici və daxili mühit havasının çirklənməsi astma və allergik xəstəliklərin yayılmasını artırır

“Yaşıl dünyamızı qoruyaq” – konfrans

“Alibaba” portretləri canlandıran EMO neyro-şəbəkəsini təqdim edib

Bağdad Amreyev: Türk İnvestisiya Fondu mart ayından fəaliyyətə keçəcək

Arzu Babayeva: Ümumdünya Vəhşi Təbiət Günündə hər kəsi milli parkların zəngin ekosistemi ilə tanış olmağa dəvət edirik

Azərbaycanda startap ekosisteminin inkişafı istiqamətində görülən işlər müzakirə olunub

Gəncədə iki evdə yanğın olub VİDEO

FIBA reytinqi: Azərbaycan millisi 13 pillə irəliləyib

YAP və AK Parti sədrlərinin müavinləri Antalyada görüşüblər VİDEO